Dünya

Səfeh Trampa xəbərdarlıq edirik - SEPAH

Vaşinqton yenidən İrana hücum edərsə, İran ABŞ-a daha sarsıdıcı cavab verəcək. Axar.az xəbər verir ki, bunu SEPAH-ın komandiri, briqada generalı Məhəmməd Pakpur deyib. “Şər sionist rejimin sağ qalması üçün Amerika xalqının mənafeyini və təhlükəsizliyini talan edən səfeh Amerika prezidentinə xəbərdarlıq edirik ki, o, İrana qarşı təcavüzünü təkrar edərsə, daha dağıdıcı cavab alacaq, bu da tarixə dərs olacaq”, - o bildirib. Qeyd edək ki, ABŞ-ın 22 iyunda İranın nüvə obyektlərini bombalamasına

11:17, 24 iyun Dünya

İsrail mühüm məlumatı elan etdi

İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu elan edib. "Bakuinfo" xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb. Bildirilib ki, əməliyyat məqsədlərinə nail olduqdan sonra ABŞ Prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəs razılaşdırılıb. “İsrail atəşkəsin istənilən pozulmasına güclə cavab verəcək”, - bəyanatda qeyd edilib.

11:16, 24 iyun Dünya

Netanyahu gecə təcili iclas keçirib: Nazirlərə tapşırıq...

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ və Qətərin vasitəçiliyi ilə İranla atəşkəs razılaşmasına görə gecə saatlarında kabineti ilə iclas keçirib. "Bakuinfo" xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziyası məlumat yayıb. “Baş nazir gecə saat 02:00-a qədər davam edən Nazirlər Kabinetinin iclasında İranla əldə olunan atəşkəs razılaşması barədə onları məlumatlandırıb. O, görüşdə ABŞ Prezidenti Donald Trampla daha əvvəl apardığı və İranla gərginliyin azaldılması prosesində

10:58, 24 iyun Dünya

Atəşkəs əldə olundu - İran-İsrail müharibəsi bitdi

İran və İsrail arasında atəşkəslə bağlı razılıq əldə olunub. APA xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında məlumat verib. “Hamını təbrik edirəm! İsrail və İran arasında tam və ümumi şəkildə razılaşdırılıb ki, təxminən 6 saat sonra, hər iki tərəf hazırda davam edən son missiyalarını başa çatdırdıqdan sonra tam və qəti atəşkəs elan ediləcək. Bu atəşkəs 12 saat davam edəcək, və bu müddətin sonunda müharibə rəsmi olaraq bitmiş hesab olunacaq! Rəsmi olaraq İran

10:58, 24 iyun Dünya

İran dövlət televiziyası “qələbə” elan etdi – Reallıq isə fərqlidir

İranın dövlət mediası – İslam Respublikası Radio və Televiziyası (İRİB) bu gün səhər saatlarında yayımladığı bəyanatda İranla İsrail arasında əldə olunan atəşkəsi Tehranın “tam hərbi qələbəsi” kimi təqdim edib. Rəsmi açıqlamada bildirilir ki, Sepah Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın Qətərdəki Əl-Udeyd hərbi bazasına endirdiyi raket zərbəsi “uğurlu olub” və bu əməliyyatın nəticəsi olaraq ABŞ tərəfinin atəşkəsə çağırdığı iddia olunub. "Bakuinfo" xəbər verir ki, İRİB-ə bağlı Yayım

10:55, 24 iyun Dünya

Ərdoğana zəng gəldi, salonu tərk etdi - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “Vəfa” toplantısında İstiqlal Marşı səsləndikdən dərhal sonra tədbir başlamamış iclas zalını tərk edib. “Bakuinfo” xəbər verir ki, tədbirin aparıcısı Ərdoğanın vacib telefon zənginə görə zalı tərk etməli olduğu haqda məlumat verib. Həmin kadrları təqdim edirik:

23:56, 23 iyun Dünya

Rusiya bu ölkəyə 10 minlik ordu yeridir? – İstanbuldan uçan reysləri...

Moldovanın baş naziri Dorin Reçan deyib ki, Rusiya Dnestryanıya 10 min hərbçi yerləşdirmək və Moldovada demokratik yolla seçilmiş rejimi devirmək niyyətindədi. "Bakuinfo"publika.az-a istinadən xəbər verir ki, o, bu barədə “Financial Times” (FT) qəzetinə deyib. “Onlar Dnestryanıda hərbi mövcudluğunu gücləndirmək istəyirlər”, - deyən Dorin əlavə edib ki, Moskva onlayn təbliğatdan istifadə edir və partiyalara və seçicilərə qanunsuz pul köçürmələr edir. Rusiyanın Moldovadakı səfiri Oleq

17:02, 23 iyun Dünya

İsrail müharibəni bitirmək istəyir – ABŞ-dan İrana mesaj

ABŞ ərəb rəsmilərindən İsrailin münaqişəyə tezliklə son qoymaq istədiyini İrana çatdırmağı istəyib, Tehran isə ABŞ-ın öz ərazisindəki zərbələrinə cavab verməyə məcbur olduğunu bildirib. "Bakuinfo" xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” rəsmilərə istinadla məlumat yayıb. Məlumata görə, İsrail İranla münaqişəni tezliklə bitirməyə can atır və yaxın günlərdə hədəfə alınan İran obyektlərinə zərbələri tamamlayacağı gözlənilir: “ABŞ bölgədəki ərəb rəsmilərinə bildirib ki, İsrail

17:00, 23 iyun Dünya

Gərginlik artdı: Tankerlər Hörmüz boğazından uzaqlaşırlar

Üç boş neft və kimyəvi tanker Hörmüz boğazından uzaqlaşaraq istiqamətini dəyişib. "Bakuinfo" Publika.az-a istinadən xəbər verir ki, bunu "Marine Traffic" gəmi izləmə məlumatları göstərir. ABŞ-ın Tehranın nüvə obyektlərinə hava zərbələri endirdikdən sonra İranın həyati əhəmiyyət daşıyan su yolunda cavab tədbiri görüb-götürməyəcəyinə dair artan qeyri-müəyyənlik fonunda bu addım atılıb. Yük daşımaq əvəzinə ballastda olan və əvvəllər boğaza doğru üzən "Marie C" və

16:51, 23 iyun Dünya

İran ordusundan ABŞ-a sərt xəbərdarlıq: “Elə cavab alacaqsınız ki, peşman olacaqsınız”

ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi son hücumlar bölgədə gərginliyi daha da artırıb. "Bakuinfo" xəbər verir ki, Tehran bu zərbələri açıq şəkildə “cinayət” adlandıraraq, cavabın qaçılmaz və ağır olacağını bildirib. İran Silahlı Qüvvələrinin koordinasiya qərargahı olan “Hatəm əl-Ənbiya” bu gün yayımladığı rəsmi bəyanatda bildirib ki, ABŞ-ın bu addımları regionda sabitliyi pozur və strateji səbir həddini artıq keçib. “Bu cinayətə cavab olaraq güclü və hədəfə yönəlmiş

16:28, 23 iyun Dünya

Powered by MirTech