Bu ölkə İran-İsrail münaqişəsinə qoşulacaq
Yəmən İran və İsrail arasında müharibəyə qoşulmağa hazır olduğunu açıqlayıb. “Bakuinfo” xəbər verir ki, bu haqda Yəmən husiləri “X” sosial şəbəkəsində yazıb. “Yəmən rəsmən müharibəyə girəcək. Gəmilərinizi bizim ərazi sularımızdan uzaq tutun”, - paylaşımda qeyd olunub. Yəmən hərəkatının siyasi büro üzvü Məhəmməd əl-Buheiti “Əl-Cəzirə” telekanalına müsahibəsində hərəkatın ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etməyə hazır olduğunu təsdiqləyib. O bildirib ki, ABŞ və Yəmən üsyançıları
İran hədələdi: Hörmüz boğazı bağlanacaq
Hörmüz boğazı bir neçə saat ərzində bağlanacaq. "Bakuinfo" xəbər verir ki, bunu SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Əlirza Tanqsiri deyib. İranın xarici işlər naziri Abbas Arakçı da məsələ ilə bağlı bildirib ki, Tehran üçün müxtəlif variantlar mövcuddur.
Paşinyan Türkiyəyə buna görə gedibmiş - İnanılmaz detallar
Ermənistanın Baş naziri Nikol Paşinyanın İstanbula səfəri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, şübhəsiz ki, tarixidir. Lakin bunun müsbət tarix olması məsələsi mübahisəlidir. ”Bakuinfo” Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib. O, Paşinyanın bir məqsədlə Türkiyəyə səfər etdiyini, lakin istədiyini ala bilmədiyini söyləyib: “İrəvan hökuməti İsrail ilə İran arasında başlayan müharibənin Türkiyə-Azərbaycan münasibətlərində soyuqluq
İrana qarşı savaşda ABŞ ordusuna “Qorilla” rəhbərlik edəcək!
ABŞ Prezidenti Donald Tramp İrana hücum etmək qərarına gələrsə, hava hücumlarına “Qorilla” ləqəbli general rəhbərlik edəcək. Bu ləqəb ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərq üzrə məsul zabiti Maykl Kurillanın soyadından gəlir. “Bakuinfo” xəbər verir ki. bu barədə “Politiko” nəşri yazıb. Bildirilib ki, müdafiə naziri Pit Heqset qətiyyətli hərbçiyə tam etibar edir. Kurilla artıq “Nimitz” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi əlavə donanma göndərməklə, həmçinin əlavə F-22, F-35 və
Putin açıqladı: Biz İranı dəstəkləyirik!
Moskva bütün öhdəliklərini yerinə yetirir və Tehranı öz qanuni maraqları, o cümlədən dinc nüvə sektoru uğrunda mübarizədə dəstəkləyir. “Bakuinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında deyib. "Biz İranla müəyyən dostluq münasibətlərini inkişaf etdirmişik. Birincisi, bu baxımdan həmişə bütün öhdəliklərimizi yerinə yetiririk. İranı qanuni maraqları uğrunda mübarizədə, o cümlədən dinc nüvə sektorunda maraqları
Rus əsgərinin ayaq basdığı hər yer bizimdir - Putin
Belə bir qədim qayda var. Rus əsgərinin ayağının dəydiyi yer bizimdir. “Bakuinfo” xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistin sualını cavablandırarkən deyib. “Rus əsgərinin ayaq basdığı bütün ərazilər Rusiyanındır. Rus və ukraynalılar eyni xalqdır. Bu mənada bütün Ukrayna bizimdir”, - deyə Putin bildirib.
Ərdoğanı Ermənistana dəvət edəcəyəm - Paşinyan
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət etməyi planlaşdırıram. "Bakuinfo" xəbər verir ki, bu sözləri İstanbulda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan erməni icmasının nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, 2026-ci ildə İrəvanda baş tutacaq Avropa Siyasi Birliyinin samitində Ərdoğanın da iştirak edəcəyinə ümid edir.
Tramp İrana buna görə hücum əmri vermir: qorxur ki…
ABŞ Prezidenti Donald Tramp ölkədə vəziyyətin Liviya kimi xaosa çevrilə biləcəyindən ehtiyat edərək, İrana qarşı hərbi əməliyyatla bağlı yekun qərarını təxirə salır. "Bakuinfo" xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadən məlumat yayıb. Nəşrin mənbələrinin məlumatına görə, Tramp 2011-ci ildə Liviyada baş verən hadisələri İran-İsrail münaqişəsinin inkişafı üçün arzuolunmaz ssenari kimi dəfələrlə qeyd edib. Mənbələrdən biri bildirib ki, prezident ABŞ-ın hərbi
İran İsraili yenə vurur: Əhaliyə göstəriş verildi - Video
İrandan İsrailə yeni raket hücumları qeydə alınıb. “Bakuinfo” xəbər verir ki, bununla bağlı İsrail ordusu özünün Teleqram hesabında paylaşım edib. Bildirilib ki, hava hücumundan müdafiə sitemləri fəaliyyətə keçib. Əhaliyə təhlükəsiz məkanlara sığınmaq göstərişi verilib.
Dünya ikiyə bölündü - İran və İsraili dəstəkləyən ölkələr
İran və İsrail arasında münaqişə getdikcə şiddətlənir. Hər iki ölkə zərbə kampaniyasında öz rəqibini keçməyə, strateji addımlar üstünlük qazanmağa çalışır. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, beynəlxalq aləmdə baş verənlərə münasibət birmənalı deyil. Bəzi ölkələrdən verilən bəyanatlar münaqişələrin həlli istiqamətində konkret addımları ehtiva etmir və regionda gərginliyi daha da artırır, bəziləri də neytral mövqe nümayiş etdirərək, tərəflər arasında həll yolu tapmağa