Dünya

Son anda İranla bağlı qərar verəcəyəm - Tramp

İranla bağlı hələ yekun qərar verilməyib. Nə edəcəyimlə bağlı fikirlərim var, amma hələ yekun qərar verməmişəm. “Bakuinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib. “Mən son qərarı verilməli olduğu anda, yəni bir saniyə əvvəl verməyi xoşlayıram, çünki vəziyyət dəyişir, xüsusilə müharibə zamanı...”, - deyə Ağ Ev rəhbəri bildirib.

00:42, 19 iyun Dünya

İsrailin hücumuna görə bu ölkə günahkardır - Pezeşkian adını açıqladı

ABŞ İsrailin İrana qarşı təcavüzünə görə məsuliyyət daşıyır. Publika.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib. “Amerika beynəlxalq hüququn bütün normalarına zidd olaraq, İsrailə təcavüz etməyə və ölkəmizə hücum etməyə icazə verir”, o, parlamentdəki çıxışında bildirib. Pezeşkian qeyd edib ki, İran xalqı bu müharibəni istəməyib. Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İsrailin İrana zərbə endirmək planlarını əvvəlcədən bilib.

18:23, 18 iyun Dünya

İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurdu - Video

İsrail Hərbi Hava Qüvvələri Tehran ərazisində hərbi obyektlərə hücum edib. “Bakuinfo” xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. “Hazırda Hərbi Hava Qüvvələri Tehran ərazisində İran rejiminin hərbi obyektlərinə hücum edir”, - məlumatda qeyd olunub. İsrailin Kanal-9 telekanalı isə bildirib ki, Hərbi Hava Qüvvələri Tehranda İranın dini lideri Əli Xameneinin bunkerinin yerləşdiyi ərazini bombalayıb.

17:36, 18 iyun Dünya

Melonidən SON DƏQİQƏ İran AÇIQLAMASI - Devrilməlidir!

İranda hakimiyyət dəyişməli, xalq hazırkı rejimi devirməlidir. "Bakuinfo" xəbər verir ki, bunu İtaliyanın baş naziri Corciya Meloni Kanadada keçirilən G7 sammitindən sonra jurnalistlərə bildirib. "Mən həmişə hesab etmişəm ki, ən yaxşı ssenari İranda rejimin məhz zülmə məruz qalmış xalq tərəfindən devrilməsi olardı", - baş nazir bildirib. Onun sözlərinə görə, hazırkı mərhələdə əsas məqsəd İranın nüvə dövləti olmasının qarşısını almaqdır.

17:02, 18 iyun Dünya

Dəhşətli xəbər təsdiqləndi - İrandan radiasıya yayılır

İranın Natanz nüvə obyektində qoruyucu perimetr daxilində kiçik radioaktiv çirklənmə aşkar edilib. "Bakuinfo" Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib. Qeyd edək ki, Natanz nüvə obyekti 4 gün öncə İsrail tərəfindən bombalanıb.

17:01, 18 iyun Dünya

İranlılar Ermənistan sərhədinə axışdı - Video

Ermənistanın İranla sərhəddə yerləşən Mehri sərhəd-keçid məntəqəsində hazırda intensiv hərəkətlilik müşahidə olunur – İrandan ölkəyə daxil olan insanların sayı artmaqdadır. "Bakuinfo" xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yayıb. Qeyd olunub ki, bu vəziyyət nəqliyyat qiymətlərinə də ciddi təsir göstərib. Hazırda Mehridən İrəvana taksi ilə səyahət 220 ABŞ dolları (təxminən 85 min dram) təşkil edir. Halbuki daha əvvəl bu marşrut üzrə qiymət təxminən 75 dollar (yəni 28

15:20, 18 iyun Dünya

Hücumları dayandırmasaq, İrana yalvaracağıq - İsrailli ekspert

Vəziyyət eyni axarda davam edərsə, atəşkəs üçün İrana yalvarmağa məcbur olacağıq. "bakuinfo" xəbər verir ki, bu sözləri təhlükəsizlik və hərbi məsələr üzrə israilli ekspert Yosi Melman deyib. “Qısamüddətli eyforiya keçdi və cümə günü səhər mən özümdən soruşdum: Ümumiyyətlə, bu müharibəyə girmək lazım idimi, xüsusən də iranlılara qarşı?”, - deyə ekspert bildirib. O, İsrail hakimiyyətinə çağırış edərək, hücumları dayandırmağı tövsiyə edib: "Mənim tövsiyəm itkiləri azaltmaq və

15:11, 18 iyun Dünya

Xamenei elan etdi: Bunu qəbul etməyəcəyik!

İran xalqı məcburi sülhə qarşı möhkəm dayandığı kimi, zorakı müharibəyə qarşı da möhkəm dayanacaq və bu xalq zorakılıq qarşısında heç kimə təslim olmayacaq. "Bakuinfo" xəbər verir ki, bunu İranın dini rəhbəri Əli Xamenei bu gün günorta video-müraciətində deyib. “İranı, İran xalqını və onun tarixini bilən ziyalı insanlar heç vaxt bu xalqla təhdid dili ilə danışmazlar, çünki İran xalqı təslim ola bilməz və amerikalılar bilməlidirlər ki, ABŞ-ın hər hansı hərbi müdaxiləsi, şübhəsiz ki,

15:10, 18 iyun Dünya

Daha bir qüvvə İran üçün müharibəyə girir – TƏCİLİ

Yəməndəki husilər İsrail və İran arasında gedən silahlı qarşıdurmaya müdaxilə etməyə hazır olduqlarını bildiriblər. "Bakuinfo" Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə husilərin siyasi bürosunun üzvü bəyanat verib. Onun sözlərinə görə, hərəkat İslam Respublikasına dəstək məqsədilə regiondakı münaqişəyə müdaxilə edəcək.

14:49, 18 iyun Dünya

İran məğlub olsa, Azərbaycan... - Mixaylov

Axar.az rusiyalı politoloq Yevgeni Mixaylovun müsahibəsini təqdim edir: - İran-İsrail münaqişəsinin taleyini necə proqnozlaşdırırsınız: İranda rejim dəyişəcək, yoxsa bu müharibə də uzunmüddətli münaqişəyə çevriləcək? - Həqiqətən ümid edirəm ki, münaqişə ən azı bir həftəyə yekunlaşacaq, baxmayaraq ki, hər şey İranın öz idealları və beynəlxalq aləmdəki mövqeyi uğrunda sona qədər mübarizə aparmağa hazır olduğunu göstərir. İsrailin İranda rejimi dəyişmək məqsədi var, amma bunun baş verəcəyinə

14:30, 18 iyun Dünya

Powered by MirTech