Dünya

İran məğlub olsa, Azərbaycan... - Mixaylov

Axar.az rusiyalı politoloq Yevgeni Mixaylovun müsahibəsini təqdim edir: - İran-İsrail münaqişəsinin taleyini necə proqnozlaşdırırsınız: İranda rejim dəyişəcək, yoxsa bu müharibə də uzunmüddətli münaqişəyə çevriləcək? - Həqiqətən ümid edirəm ki, münaqişə ən azı bir həftəyə yekunlaşacaq, baxmayaraq ki, hər şey İranın öz idealları və beynəlxalq aləmdəki mövqeyi uğrunda sona qədər mübarizə aparmağa hazır olduğunu göstərir. İsrailin İranda rejimi dəyişmək məqsədi var, amma bunun baş verəcəyinə

14:30, 18 iyun Dünya

İsrail Ərdəbili “vurdu”, İran kanalları isə Bakını... - Video

Bu gün səhər saatlarından Ərdəbil şəhərinin 1-ci Sənaye Şəhərciyində güclü yanğın baş verib. "Bakuinfo" axar.az-a istinadən xəbər verir ki, bu haqda görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumatda yanğının köpük istehsal edən müəssisədə olduğu diqqətə çatdırılıb. Bəzi Teleqram kanalları isə yanğına İsrailin zərbələrinin səbəb olma ehtimalı ilə bağlı versiya irəli sürüb və qısa müddətdə bu versiya sosial şəbəkələrdə genişləndirilib. O səviyyədə ki, hətta Azərbaycan mediası da bunu

14:21, 18 iyun Dünya

Tehrandan Bakıya uzanan Kamangir oxu: Cəmi 2 gün öncə...

İsrailin İrana hücumundan iki gün öncə - 11 iyunda Tehranın Vanak meydanında Araş Kamangirin (Araş Oxatan) heykəli ucaldılıb. Araş Kamangir İranın Turana – türklərə qarşı müharibəsinin mifik qəhrəmanı hesab olunur. Mifə görə, Araşın atdığı ox bir neçə min kilometr uçaraq, İranla Turanın sərhədini ayırıb. Buna görə Araş Kamangir obrazı İranda həm də sərhədin bütövlüyünü simvolizə edir. Bakuinfo" xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib. “Bu heykəlin qoyulması birmənalı

13:26, 18 iyun Dünya

Tanınmış Xalq artisti vəfat etdi - FOTOLAR

Rusiyanın Xalq artisti, aktrisa Natalya Tenyakova 81 yaşında dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, bu barədə A.P.Çexov adına Moskva İncəsənət Teatrı məlumat yayıb. Onun ölüm səbəbi açıqlanmayıb. Tenyakova “Məhəbbət və göyərçinlər” filmində "Şura nənə" obrazı ilə məşhur olub./Bizim.Media

13:23, 18 iyun Dünya

35 yaşında baş prokuror təyin edildi

Ruslan Kravçenko Ukraynanın baş prokuroru vəzifəsinə təyin olunub. Bu barədə Ukrayna mətbuatı məlumat dərc edib. Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Ruslan Kravçenkonun baş prokuror vəzifəsinə təyin edilməsi təklifini Ali Radaya təqdim edib. Daha sonra parlament 35 yaşlı Ruslan Kravçenkonu baş prokuror təyin edib. Xatırladaq ki, Ruslan Kravçenko Ukrayna Dövlət Vergi Xidmətinə rəhbərlik edib. Unikal.az

13:22, 18 iyun Dünya

Çin İrana üç sirli təyyarə göndərdi - Sensasion iddia

Ən azı üç ədəd Boinq-747 yük təyyarəsi “aldadıcı marşrutla” İrana göndərilib. "Bakuinfo" xəbər verir ki, bu barədə “Telegraf” nəşri məlumat yayıb. İddiaya görə, İsrailin İrana zərbə endirməyə başladığı tarixdən (13 iyun) bir gün sonra ilk yük təyyarəsi havaya qalxıb. İkinci təyyarə 15 iyunda, digəri isə növbəti gün Şanxaydan yola düşüb. Qeyd olunub ki, hava gəmiləri İslam Respublikasının İsraillə müharibəsində ehtiyac duyduğu silahların daşınması üçün istifadə oluna bilər.

13:06, 18 iyun Dünya

Paşinyandan döyüş elanı: Türkiyəyə səfərdən sonra başlayırıq

Ermənistan Baş naziri Nikol Paşinyan kilsəni çökdürəcək faktları üzə çıxaracağını bəyan edib. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb. Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı mənbələrin nəşrə dediklərinə görə, Nikol Paşinyanın kilsəyə qarşı amansız mübarizəsi həlledici mərhələyə qədəm qoyur: “Eyni xəbərə görə, Paşinyan komanda yoldaşlarına söz verib ki, material ictimaiyyətə təqdim edilmədikcə kilsə geri çəkiləcək və

12:00, 18 iyun Dünya

Nüvə silahından fərqi yoxdur - Bu bomba İRANA DÜŞSƏ... - ŞOK DETALLAR, FOTOLAR

ABŞ nüvə silahı qədər dağıdıcı olan bu bombadan ilk dəfə istifadə etmək üçün hazırlıq görür İsrail və İran arasında müharibənin 6-cı gününə girdiyi bir vaxtda ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrini İrana qarşı istifadə etmək üçün yerləşdirib. "Bakuinfo" xəbər verir ki, İsrail və İran günlərdir ki, raketlərlə toqquşur. İranın nüvə obyektlərini məhv etməyə çalışan İsrailin yerin metrlərlə altında yerləşən bunkerlərə çata biləcək bombaları yoxdur. Burada ABŞ bombaları

11:52, 18 iyun Dünya

İran BOMBALADI: İsraildə 1 gecədə 90 nəfər... - ŞOK RƏQƏM

İranın 17-dən 18-nə keçən gecə İsrailə endirdiyi raket zərbələri nəticəsində çox sayda insan xəsarət alıb. "Bakuinfo" xəbər verir ki, İsrail Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, ümumilikdə 94 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan biri orta-ağır vəziyyətdədir, 85 nəfərin durumu qənaətbəxş sayılır, 3 nəfərdə isə təşviş pozuntusu aşkarlanıb. Daha 5 nəfər üzərində tibbi müayinələr davam etdirilir. Xatırladaq ki, iyunun 13-də İsrailin İrana təşkil etdiyi hava hücumları

11:25, 18 iyun Dünya

Mahmud Əhmədinejad öldürülüb? - Açıqlama

İranın sabiq prezidenti Mahmud Əhmədinejad Tehranda küçədə açılan atəşlə qətlə yetirilib. “Bakuinfo” xəbər verir ki, bu haqda İran sosial mediasında xəbərlər yayılıb. Detallar haqda bilgi yoxdur. İranlı rəsmilər hələlik məlumatı təsdiqləməyiblər. *** İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bu barədə keçmiş prezidentin ofisinin bəyanat yayıb.

23:44, 17 iyun Dünya

Powered by MirTech