İran Netanyahunun evini vurdu
İranın İsrailə raket zərbələri zamanı Baş naziri Benyamin Netanyahunun evi dağılıb. "Bakuinfo" xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.
İsrail kəşfiyyatı dağıdır: Tehran çirkli su içində... - Video
İsrail kəşfiyyatı İranın paytaxtı Tehranda kanalizasiya və su borularını partladıb. "Bakuinfo" xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin İran seqmentində görüntülər yayılıb. Boruların partlaması nəticəsində küçələri su basıb.
Çinin İranla bağlı planı: Tehrana belə dəstək veriləcək
Çin İsrailin İrana qarşı hava zərbələrini sərt şəkildə tənqid edib. Çin xarici işlər naziri Van Yi İranın nüvə obyektlərinə hücumun fəlakətli nəticələrə səbəb ola biləcəyini deyib. Van Yi iranlı həmkarı Abbas Arakçı ilə telefon danışığı zamanı İsrailin hərəkətlərinin BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq münasibətlərin əsas normalarını ciddi şəkildə pozduğunu vurğulayıb. Çinin İranın suverenliyini, qanuni hüquq və mənafelərini dəstəklədiyini söyləyən Van Yi İsrailin iranlı
İran İsrailin hücumlarını dayandırmaq üçün iki ölkədən kömək istəyib
İran İsrail zərbələrinin dayandırılmasına dair ABŞ ilə danışıqlarda Oman və Qətərdən kömək istəyib. Bu barədə Oxu.Az "The Jerusalem Post" nəşrinə istinadla xəbər verir. Nəşr öz mənbələrinə istinadla yazır ki, Tehran bu iki dövlətdən nüvə razılaşması üzrə dialoqa qayıtmaqda kömək istəyir. Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən
İran xahiş edir ki, İsrail zərbələri dayandırsın... - KİV
Tehran Oman və Qətər vasitəsilə ABŞ-dan xahiş edib ki, İsrail zərbələri dayandırsın. “Bakuinfo” xəbər verir ki, bu barədə “Yerusəlim Post” mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Tehran Vaşinqtona İsrailin hərbi əməliyyatı ilə kəsilən danışıqları bərpa etməyə hazır olduğunu bildirib: “Vaşinqton hazırda açıq şəkildə təkid edir ki, Tehran uranın zənginləşdirilməsindən tamamilə imtina etməsi ilə bağlı onun şərtlərini qeyd-şərtsiz qəbul etməlidir”.
İranda panika yarandı: Tehran əhalisi şəhəri tərk edir
srail müdafiə nazirinin güclü zərbə endiriləcəyi ilə bağlı xəbərdarlığından sonra İranda panika yaranıb. “Bakuinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb. “İranda panika yaranıb. Tehran və Şiraz əhalisi kütləvi şəkildə şimala, Xəzər dənizi sahillərinə qaçırlar. Yollarda kilometrlərlə tıxac var. Tehranın özündə metro sığınacaq kimi 24 saatlıq iş rejiminə keçib”, - məlumatda qeyd olunub.
Makrondan Pezeşkiana çağırış: Yeganə çıxış yolu budur
Fransa Prezidenti Emmanuel Makron və İranPrezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. “Bakuinfo” xəbər verir ki, bu barədə Fransa dövlət başçısı məlumat yayıb. Makron İranın nüvə proqramı ilə bağlı vəziyyətin son dərəcə ciddi olduğunu qeyd edərək, bu problemin yalnız danışıqlar yolu ilə həll edilə biləcəyini vurğulayıb. “Prezident Pezeşkiyanı mümkün qədər tez danışıqlar masasına qayıtmağa dəvət etdim. Bu, gərginliyin azaldılması üçün yeganə çıxış yoludur. Fransa bu məqsədə
Xameneinin öldürülməsi ssenarisi... - KİV
İsrail İranın dini lideri Ayətullah Əli Xameneinin fiziki olaraq məhv edilməsi ssenarisini istisna etmir. “Bakuinfo” xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbəyə istinadla məlumat yayıb. Mənbə bildirib ki, Tehranın nüvə proqramı ilə bağlı məqsədinə çatmaq üçün Xameneinin öldürülməsi İsrail üçün tabu deyil. Onun sözlərinə görə, iki ölkə arasında müharibə Tehran nüvə proqramından əl çəkənə qədər davam edəcək.
İran geri çəkilir: Saziş bağlamağa hazırıq...
İran nüvə silahına sahib olmayacağını təmin edən bir razılaşma imzalamağa hazırdır. “Bakuinfo” xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı deyib.
İran şərtini açıqladı: İsrail dayansa...
Tehrana qarşı təcavüz dayanarsa, İran İsrailə zərbələri dayandıracaq. “Bakuinfo” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib. "Biz özümüzü müdafiə edirik, bu, özünümüdafiədir. Təbii ki, dayanarsa, biz də cavab verməyi dayandıracağıq", - o bildirib. Qeyd edək ki, İsrail 13 iyundan İranın hərbi və nüvə obyektlərinə zərbələr endirir.