ÇAXAL-dan görünməmiş çağırış: İranlılar, bu ərazidən qaçın!
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) iranlı mülki şəxslər üçün görünməmiş təxliyə xəbərdarlığı edib. “Bakuinfo” xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adrai sosial şəbəkə hesabında yazıb. “Silah istehsal edilən yerlərdə olan və yaxud yaxın müddətdə o ərazilərə və ya o obyektlərin yaxınlığına gedəcək şəxslər dərhal oradan uzaqlaşmalı və növbəti xəbərdarlığa qədər bu ərazilərə yaxınlaşmamalıdır”, - o bildirib. “Bu obyektlərin yaxınlığında qalmaq həyatınızı riskə atır”, - ÇAXAL
İran və İsrailin raket atışları Naxçıvandan görünür - Video
İsrail-İran müharibəsində atılan raketlər Naxçıvanın Culfa rayonundan açıq şəkildə görünür. ”Bakuinfo” APA-ya istinadən görüntüləri təqdim edir:
İsrail yenidən İrana hücuma başladı: Çox sayda qırıcı...
İsrail qırıcıları kütləvi şəkildə İrana doğru hərəkətə keçib. “Bakuinfo” Axar.az-a istinadən xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Məlumata görə, çox sayda İsrail qırıcı təyyarəsi hərbi bazalardan havaya qalxıb və İrana genişmiqyaslı hücum həyata keçirmək üçün yola düşüb.
İran hücum etdi: Konsul və xanımı yaralandı
İranın Təl-Əvivə raket zərbələri nəticəsində Xorvatiyanın İsraildəki konsulu və həyat yoldaşı yaralanıb. Axar.az-a istinadən xəbər verir ki, bu barədə Xorvatiyanın xarici işlər naziri Qordan Radman bildirib. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Ötən gün gecə saatlarında isə İran cavab olaraq İsrailin paytaxtı Təl-Əvivi raketlərlə vurub. Toqquşmalar hələ davam etməkdədir.
TƏCİLİ! İrana növbəti ŞOK: “Xamenei rejiminin hər yeri…”
İsrailin baş naziri Netanyahu İranın hücumları ilə bağlı yeni açıqlamalar verib. “Bakuinfo” İsrail mediasına istinadən xəbər verir ki, Netanyahu “Xamenei rejiminin hər yerini vuracaqlarını” deyib. "Çox yaxında siz Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin uçduğunu görəcəksiniz. Biz Ayətullah rejiminin hər yerini və hər hədəfini vuracağıq" - o, bildirib. Qeyd edək ki, qarşılıqlı hücumlar gecə boyu fasilələrlə davam edib. İsrail gecə yarısı İranın qərbində
Tehranda İsrail təyyarələrini görəcəksiniz - Netanyahu
Yaxın gələcəkdə Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrini görəcəksiniz. “Bakuinfo” Axar.az-a istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. “Ayətullah rejiminin hər bir obyektinə və hədəfinə zərbə vuracağıq”, - nazir bildirib.
“Hər məntəqəni, hər hədəfi vuracağıq”
“Tezliklə Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri görəcəksiniz”. “Bakuinfo” “Ynet”ə istinadən xəbər verir ki bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib. “Hər məntəqəni, hər hədəfi vuracağıq. Məqsədimiz İrandan gələn ikili təhlükənin qarşısını almaqdır - həm nüvə, həm də ballistik raketlər”, - Netanyahu qeyd edib.
İranın İsrailə hücumları bu vaxta kimi davam edəcək
Nə qədər ki, silahlı qüvvələrimiz bunu zəruri hesab edir, bu cavab tədbirləri davam edəcək və hökumət Silahlı Qüvvələrin qərarlarını tam dəstəkləyəcək. Axar.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib. “Biz ali dini lideri və onun qərarlarını dəstəkləyirik", - Mühacirani qeyd edib.
İrandan bu 3 ölkəyə ŞOK XƏBƏRDARLIQ: Vuracağıq!
İran İsrailə qarşı planlaşdırılan addımların qarşısını almağa çalışmağa cəhd edən ölkələri təhdid edib. ”Bakuinfo”nun xarici mediaya istinadən xəbərinə görə, İran xəbərdarlıq edib ki, ABŞ, Böyük Britaniya və Fransa İslam Respublikasının İsrailə hücumlarının qarşısını almağa çalışsalar, Tehran bu ölkələrin Yaxın Şərq və Körfəzdəki hərbi bazalarını, həmçinin gəmiləri vuracaq. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İsrailin hücumuna baxmayaraq, ABŞ ilə danışıqların növbəti
İran Hörmüz boğazını bağlamağı düşünür
İran Hörmüz boğazının bağlanması məsələsini ciddi şəkildə müzakirə edir. ”Bakuinfo” xəbər verir ki, bu barədə İran parlamentinin Təhlükəsizlik Komitəsinin üzvü Esmail Kavatri bəyan edib. “Hörmüz boğazının bağlanması məsələsi gündəmdədir və İran bu barədə tam qətiyyətlə qərar verəcək”, - deyə Kavatri bildirib. Xatırladaq ki, İsrailin cümə günü İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlardan sonra Yunanıstan və Böyük Britaniya öz ticarət gəmilərinə Ədən körfəzi sularından istifadə