İranda daha üç nüvə alimi öldürülüb
İranda İsrailin zərbələri zamanı daha üç nüvə üzrə alimin öldürüldüyü bildirilir. Bu barədə "Bakuinfo" "Tasnim"ə istinadən məlumat verir. Agentlik həmçinin öldürülən alimlərin adlarını açıqlayıb - Əli Bekai Kərimi, Mənsur Əsgəri və Səid Borci. Dünən İsrailin hücumu nəticəsində altı İran nüvə aliminin həlak olduğu bildirilmişdi. İsrail Müdafiə Ordusu da "9 İran aliminin məhv edildiyini" bəyan etmişdi. Report
İsrail Təbrizin neft emalı zavodunu vurdu - Video
İsrail Təbriz neft emalı zavoduna PUA ilə hücum edib. "Bakuinfo" xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Hücumun hazırda da davam etdiyi bildirilib.
İran rəsmisindən SENSASİON AÇIQLAMA: "Sızma baş verib, amma..."
İran Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvəndi sensasion açıqlama verib. "Bakuinfo" xəbər verir ki, İran rəsmisi İsrailin hücumu zamanı Fordo nüvə reaktoruna müəyyən zərər dəydiyini bildirilb: “Fordo nüvə reaktoruna məhdud ziyan dəyib. Hücumdan əvvəl biz Fordodan kritik avadanlıqları artıq çıxarmışdıq, ona görə də ərazidə nüvə çirklənməsi ilə bağlı heç bir narahatlıq yoxdur.”. Kamalvəndi əlavə edib ki, “Natanzda isə səthi zərər və cüzi sızma olub, lakin bu sızma xaricə
İran bu ölkələrə XƏBƏRDARLIQ ETDİ
İran Böyük Britaniya, ABŞ və Fransa hakimiyyətlərini rəsmən xəbərdar edib ki, İranın İsrailə hücumlarını dəf etməkdə yəhudi dövlətinə kömək etsələr, onların Yaxın Şərq və Fars körfəzi ölkələrindəki hərbi obyektləri Tehranın zərbələrinin hədəfinə çevriləcək. "Bakuinfo" bu barədə "Mehr" agentliyinə istinadla xəbər verir. Agentliyin məlumatına görə, Tehran onları hərbi obyektlərlə yanaşı, Fars körfəzi və Qırmızı dənizdəki mülki və hərbi gəmilərə hücum etməklə hədələyib.
İsrailin İrana güclü ZƏRBƏ endirdi - 60 nəfər öldü
İranın cənub-qərbində Şahid Camran şəhərində yaşayış binası İsrailin zərbələrindən sonra uçub. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı İranın dövlət televiziyası yayıb. Bildirilib ki, hadisə nəticəsində 60 nəfər həlak olub. Onlardan iyirmisinin uşaq olduğu vurğulanıb. Hazırda 10 nəfərin cəsədinin dağıntılar altında olduğu qeyd edilib.
Bu gecə İsrailə bu ölkə də qoşulacaq: İranı nə gözləyir?
İsrailin İrana qarşı hərbi əməliyyatı Trampla Putinin “işbirliyi”nə də ağır zərbədir. Bir neçə gün öncə Tramp Putinin İranla danışıqlarda vasitəçiliyindən danışırdı. İsrail “İran məsələsi”ni həll etsə, Trampın Putini “diriltmək” üçün uydurduğu daha bir məqamın ortadan qalxmasına səbəb olacaq. Ümumiyyətlə, “İran məsələsi”nin həllinin Trampla Putinin “bal ayı”nı başa çatdıracağı ilə bağlı fikirlər doğru təsbitdir. “Bakuinfo” xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib. Onun
İsraildən etiraf: İranın iki mərmisi Qəzza yaxınlığında...
İranın “Araş” tipli kamikadze dronları İsraildə bir sıra hədəfləri vurub. “Bakuinfo” xəbər verir ki, bu barədə “Nour Nyus” agentliyi məlumat yayıb. Daha əvvəl İsrail ordusu İrana məxsus PUA-ların aşkarlanması ilə əlaqədar ölkənin şimalında bir sıra bölgələrdə hava hücumu xəbərdarlığı elan etmişdi. *** İsrail Müdafiə Qüvvələri iki İran PUA-sının ölkənin hava hücumundan müdafiə sistemlərini yara bildiyinə dair məlumatı təsdiqləyib. İki mərmi Qəzza sektorunda sərhəd bölgəsinə düşüb. Mərmilərin
İran-İsrail münaqişəsində ƏN QORXULU SSENARİ açıqlandı
"İran tərəfindən İsrailin hücumuna ən güclü cavab yəhudi dövləti ərazisindəki hədəflərə kiçik miqyaslı nüvə zərbəsi ola bilər". “Bakuinfo” xəbər verir ki, bunu "RİA Novosti"yə Təhlükəsizlik və Müdafiə Strategiyasının Tədqiqat və Tətbiq Mərkəzinin direktoru, İstanbulun İstinye Universitetinin professoru Fahri Erenel deyib. Onun sözlərinə görə, İranın ixtiyarında kiçik nüvə başlığının olması istisna edilmir: "İran bundan İsraildəki nüvə obyektlərinə zərbələr endirmək üçün
“Yeni hədəf onlar olacaq” - İrandan xəbərdarlıq
“İran İsrailə hücumlarını gücləndirəcək və onu müdafiə etməyə cəhd edən istənilən ölkənin bazalarına hücum etməyə hazır olacaq”. “Bakuinfo” xəbər verir ki, bunu “CNN” telekanalına açıqlamasında yüksəkvəzifəli iranlı məmur deyib. “İsraili İranın əməliyyatlarından müdafiə etməyə cəhd edən istənilən ölkə öz növbəsində regional bazalarının və mövqelərinin yeni hədəfə çevrildiyini görəcəklər”, - deyə iranlı məmur qeyd edib. Xatırladaq ki, iyunun 13-də İsrail İran ərazisində 100-ə yaxın hədəfə zərbə
İran bununla "qırmızı xətti" keçdi - Katz
İran İsrailin mülki yaşayış məntəqələrinə raket atmağa cəsarət etməklə "qırmızı xətti" keçib. "Bakuinfo" xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrail Katz deyib. “Biz İranın cinayətkar əməllərinə görə cəzasını ödəməsindən əmin olana kimi İsrail vətəndaşlarını qorumağa davam edəcəyik”, - İ.Katz qeyd edib.