İran İsrailə raketləri suyun altından buraxdı - Video
Xəbər verdiyimiz kimi, İran İsrailə ballistik raketlərlə hücuma başlayıb. "Bakuinfo" xəbər verir ki, İran raketlərdən bir qismini dənizdən - sualtı qayıqdan buraxıb. Həmin kadrları təqdim edirik:
İranda xalq İsrailə hücumu belə qeyd edir - Video
İran sakinləri İsrailə hücumu böyük coşqu ilə qeyd edirlər. "Bakuinfo" xəbər verir ki, İsrailin 13 iyunda nüvə və hərbi obyektlərə hücumundan sonra İranın cavab zərbələrini qeyd etmək üçün insanlar küçələrə axışıblar. Həmin görüntüləri təqdim edirik:
İsrailin ordu rəhbərliyinin brifinqi yarımçıq dayandırıldı
İsrail ordusunun rəhbərliyinin brifinqi İranın Təl-Əvivə hücumu səbəbindən yarımçıq dayandırılıb. "Bakuinfo" xəbər verir ki, bu barədə “Yerusəlim Post” nəşri məlumat yayıb. Belə ki, İsrail Müdafiə Qüvvələrinin rəsmisi Effie Defrinin jurnalistlərin suallarını cavablandırarkən, səsgücləndirici ilə elan səsləndirildiyi və daha sonra yayımın dayandırıldığı bildirilib. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirir. İran isə
Netanyahu iranlılara müraciət etdi: Ayağa qalxın!
İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciət ünvanlayıb. "Bakuinfo" xəbər verir ki, Netanyahu müraciətdə iranlıları öz hökumətlərinə qarşı ayağa qalxmağa və azadlıq uğrunda mübarizəyə başlamağa çağırıb.
İsrail MN-in binasının vurulma anı - Video
İsrail Müdafiə Nazirliyinin binasının vurulmasını əks etdirən görüntülər yayılıb. “Bakuinfo” həmin görüntüləri təqdim edir:
İran iki İsrail təyyarəsini vurdu, qadın pilot ələ keçirildi
İran İsrailə məxsus qırıcı təyyarəni vurub. “Bakuinfo” xəbər verir ki, bu barədə İran mediasında iddia yayılıb. Bildirilir ki, hava hücumundan müdafiə sistemləri həmçinin İsrailin bir neçə raketini və PUA-sını vurub. *** İran ordusu İsrailə məxsus iki F-16-nın vurulduğunu təsdiqləyib. Ordudan verilən məlumata görə, katapult edən israilli qadın pilot da SEPAH qüvvələri tərəfindən əsir götürülüb.
Xamenei xalqa müraciət etdi
İranın Ali Rəhbəri Əli Xamenei xalqa müraciət edib. “Bakuinfo” İRNA-ya istinadən xəbər verir ki, o, müraciətində İsrailin İrana qarşı hərbi əməliyyatından danışıb. “İsrail bu cinayətdən zərərsiz xilas olmayacaq. İran xalqı əmin ola bilər ki, bu sahə diqqətdən kənarda qalmayacaq. Silahlı qüvvələr güclə hərəkət edəcək və sionist rejimini bədbəxt edəcəklər” - Xamenei İran xalqına müraciətində deyib.
İran İsrail təyyarəsini vurdu
İran İsrailə məxsus qırıcı təyyarəni vurub. “Bakuinfo” xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Bildirilir ki, hava hücumundan müdafiə sistemləri həmçinin İsrailin bir neçə raketini və PUA-sını vurub.
Xameneinin iqamətgahlarından biri raketlə vurulub
İranın ali lideri Ayətullah Əli Xameneinin Tehrandakı iqamətgahlarından biri raketlə vurulub. ”Bakuinfo” xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb. Məlumata görə, hazırda Tehranın mərkəzində hava hücumundan müdafiə sistemləri işləyir, səmada İsrail pilotsuz təyyarələrinə yönəldiyi ehtimal edilən yaylım atəşinin izləri görünür. Polis insanların sıx olduğu yerlərdə kütləvi təşvişin qarşısını almağa çalışır.
Müraciət etməyənlərin pulu LƏĞV OLUNACAQ - SON TARİX...
Türkiyədə 10 il ərzində heç bir əməliyyat aparılmayan bank hesablarındakı vəsaitlər TMSF-yə (Tasarruf Mevduatı Sigorta Fonu) təhvil veriləcək. Son müraciət tarixi sabahdır. TMSF-nin rəsmi internet saytında adı siyahıda olan şəxslər, şəxsiyyət vəsiqələri ilə bank şubələrinə müraciət edərək unutduqları pulları geri ala bilərlər. Əks halda, həmin vəsaitlər avtomatik olaraq fonda köçürüləcək. Qeyd edək ki, ötən il bu yolla 507 milyon lirə TMSF-yə təhvil verilib. Banklar vətəndaşlara ən geci sabah