Dünya

İsrail səfərbərlik elan etdi

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) ehtiyatda olan hərbçilərin (rezervistlər) səfərbər olunduğunu elan edib. "Bakuinfo" xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat verib. "İsrail Müdafiə Qüvvələri 8 saylı əmrə uyğun olaraq minlərlə ehtiyatda olan hərbçini əsasən kritik birləşmələrə göndərir: Hərbi Hava Qüvvələri, arxa cəbhə komandanlığı, şimal və mərkəzi komandanlıqlar, hərbi kəşfiyyat və tank əleyhinə müdafiə komandanlığı", - deyə məlumatda bildirilib.

16:01, 13 iyun Dünya

İsrail öldürülən generalların siyahısını yaydı – Müəmma

İsrailin İrana bu gün həyata keçirdiyi hücum zamanı öldürülən yüksək rütbəli rəsmilərin siyahısı açıqlanıb. "Bakuinfo" xəbər verir ki, “Mouze” Teleqram kanalı siyahını İsrail kəşfiyyatının yaydığını bildirib. Həlak olan şəxslərin siyahısı: 1. General Məhəmməd Hüseyn Bagiri – İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi; 2. Hüseyn Salami – SEPAH komandanı; 3. General Qulam Əli Rəşid – “Xatem əl-Ənbiya” qərargahının komandanı; 4. Məhəmməd Pakpur – SEPAH Quru Qoşunlarının komandanı; 5.

16:01, 13 iyun Dünya

İsrailin hücumu: Azərbaycan şəhərinə dəyən zərər...

Bu gün səhər saatlarında İsrailin İranda hərbi hədəflərə hava zərbələrindən sonra onlarla şəhərdə, o cümlədən Təbrizdə yanacaq qıtlığı yaranıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Təbrizin “Təbrizon” Teleqram kanalı məlumat və videolar paylaşıb. Bildirilib ki, yanacaqdoldurma məntəqələrinin fəaliyyəti pozulub, onların qarşısında uzun növbələr yaranıb. Qeyd edək ki, bu gün səhər saatlarında İsrailin İranda hərbi hədəflərə hücumu çərçivəsində Təbrizdə də 3 hərbi hədəf, o cümlədən 2

13:56, 13 iyun Dünya

İranda İsrailin zərbələri nəticəsində 1 nəfər ölüb, 95 nəfər xəsarət alıb

İsrail Hərbi Hava Qüvvələrinin İranın 12 vilayətinə endirdiyi zərbələr nəticəsində bir xilasetmə işçisi həlak olub, 95 nəfər xəsarət alıb. "Bakuinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. “Bakuinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin rəsmi nümayəndəsi Mojtaba Xaledi bildirib. "Bu gün səhər baş verən hadisələr zamanı 95 nəfər yaralanıb, onlar tibb mərkəzlərinə çatdırılıb.

13:56, 13 iyun Dünya

Xameneidən iki vacib təyinat

İranın ali rəhbəri Əli Xamenei Məhəmməd Pakpuru İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) Baş komandanı təyin edib. “Bakuinfo” İran mediasına istinadən xəbər verir ki, bununla yanaşı, Əbdulrəhim Musəvi Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəyinə gətirilib. Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrailin İrana zərbələri nəticəsində ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı

13:48, 13 iyun Dünya

Pezeşkiandan SON DƏQİQƏ AÇIQLAMASI - Tezliklə...

İran prezidenti Məsud Pezeşkian xalqa müraciət ünvanlanacağını açıqlayıb. "Bakuinfo" Musavat.com-a istinadən xəbər verir ki, o, bu barədə “X”də paylaşım edib. Pezeşkian bildirib ki, hücum baş verən kimi prezident və hökumət komandası hadisə yerinə nəzarəti öz üzərinə götürüb və bununla bağlı hökumət şurasının xüsusi iclası keçirilib. “Tezliklə xalqa müraciət olacaq. İnşallah, sionist rejim bu əməlindən peşman olacaq”, - deyə paylaşımda qeyd edilib.

13:46, 13 iyun Dünya

İsrailin hücumu nəticəsində 3 azərbaycanlı həlak oldu

İsrailin İranın şimal-qərbindəki Təbriz şəhərinə endirdiyi zərbələr nəticəsində azı üç yerli sakin həlak olub. "Bakuinfo" xəbər verir ki, Tasnim agentliyi bu barədə Şərqi Azərbaycan Vilayətinin Böhran Vəziyyətlərinin İdarə Edilməsi İdarəsinin rəisinə istinadla məlumat yayıb. “İsrail Şərqi Azərbaycanda 10 yaşayış məntəqəsinə zərbələr endirib. Hücum nəticəsində Təbriz şəhərində üç nəfər həlak olub”, - deyə məlumatda bildirilir. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin 200-dən çox

13:22, 13 iyun Dünya

İsraildən şok: İran ballistik raketləri çıxaranda... – Video

İranın İsraili hədəf almaq üçün döyüş mövqeyinə çıxarılan bütün ballistik raketləri buraxılmazdan öncə məhv edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. “Buna görə də İranın PUA hücumu raket buraxılışı ilə müşayiət olunmayıb”, - məlumatda qeyd olunub. Qeyd edək ki, İsrail ordusunun bu gün səhər saatlarındakı zərbələrinə cavab olaraq İran 800 PUA ilə hücum edib. PUA-lar İsrailə çatmadan havada vurulub.

13:09, 13 iyun Dünya

İsrail İran kəşfiyyatını DARMADAĞIN ETDİ – gecə hücumunda Amerika İŞTİRAK EDİB – ŞOK GÖRÜNTÜLƏR

“Balaca” HƏMAS-ı il yarımdır bitirə bilməyən İsrail İranımı bitirəcək? İsrailin İrana etdiyi son hücumla əlaqədar ən müxtəlif iddialar səslənməkdədir. "Bakuinfo" xəbər verir ki, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin iddiası daha çox diqqət çəkib. O hesab edir ki, bu hücumda ABŞ da iştirak edib: “Bir “balaca” HƏMAS-ı il yarımdır (2023-cü ilin 7 oktyabrından bəri) məğlub edib bitirə bilməyən İsrail İranımı bitirəcək? İranla müharibədə təkbaşına qalib gələ

12:56, 13 iyun Dünya

Markov: İsrail vurdu, İranın zəifliyi üzə çıxdı

İsrail niyə İrana hücum etdi? Burada əsas səbəblərdən biri Təl-Əvivlə Tehranda hakimiyyətdə olan radikal islamçılar arasında qarşılıqlı nifrətdir. "Bakuinfo" xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Konkret olaraq, İran İsrailin Livanda Hizbullaha hücumuna və İrana qarşı bir sıra məhdud raket hücumuna güclü cavab verə bilmədikdə öz zəifliyini göstərdi. Hücumun məqsədi İranda radikal islamçıların gücünü tamamilə aradan qaldırmaqdır. Amma bu, sonra baş verəcək. Həm

12:55, 13 iyun Dünya

Powered by MirTech