Dünya

Hər gün 9 saat SU KƏSİLƏCƏK - Bu gündən BAŞLAYIR

Yalovanın içməli su ehtiyacını ödəyən Gökçe bəndində suyun səviyyəsi 8 faizə düşüb. "Bakuinfo"“Haber Global”a istinadən xəbər verir ki, şəhərdə 15 günlük içməli su ehtiyatı qaldığı üçün bütün rayonlarda gündəlik 9 saat fasilələr olacaq. Şəhər valisi Hülya Kayanın rəhbərliyi altında "Təcili Su Fəaliyyət Planı" həyata keçirilib. Bələdiyyələr həmçinin üzgüçülük hovuzlarında suyun istifadəsini qadağan etmək və alternativ su təmin edə bilməyən hovuzların fəaliyyətini müvəqqəti

20:15, 30 noyabr Dünya

Generalın general oğlu axtarışa verildi

Ermənistanda Qriqori Xaçaturov axtarışa verilib. "Bakuinfo" news.am-a istinadla xəbər verir ki, o, Cinayət Məcəlləsinin 436-cı maddəsinin 1-ci hissəsi (bir qrup şəxs tərəfindən qabaqcadan razılaşma yolu ilə rüşvət alma) və 549-cu maddənin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ehtiyatsızlıqdan ağır zərər vurma ilə nəticələnən) ilə axtarışdadır. Qriqori Xaçaturov general-polkovnikdir və general-mayor rütbəsi daşıyan KTMT-nin keçmiş baş

13:50, 30 noyabr Dünya

Üçüncü Dünya müharibəsinin anonsunu Türkiyədə verdi

“Qlobal münaqişələr addım-addım Üçüncü Dünya müharibəsi üçün zəmin hazırlayır”. "Bakuinfo" xəbər verir ki, bunu Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Roma Papası XIV Leo deyib. “Beynəlxalq münaqişələr addım-addım həyata keçirilən Üçüncü Dünya müharibəsi üçün zəmin hazırlayır. Buna heç vaxt imkan verməməliyik. Bəşəriyyətin gələcəyi təhlükə altındadır. İki dünya müharibəsindən sonra iqtisadi-hərbi güc strategiyalarının üstünlük təşkil etdiyi, qlobal səviyyədə

14:08, 28 noyabr Dünya

Özbəkistan elektron siqaretləri tamamilə qadağan etdi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkədə elektron siqaretlərin satışını qadağan edən qanunu imzalayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yeni tənzimləmə elektron siqaretlərin və onlar üçün mayelərin əldə edilməsini, saxlanmasını, daşınmasını, ötürülməsini, istehsalını və ölkəyə idxalını qadağan edir. Qanun pozuntusuna görə 5 ilədək həbs cəzası nəzərdə tutulur.

13:00, 28 noyabr Dünya

Putin bu tarixdə Hindistana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfər tarixi dəqiqləşib. "Bakuinfo" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Məlumata görə, Putin 4-5 dekabr tarixlərində Hindistana dövlət səfəri edəcək.

11:17, 28 noyabr Dünya

İmran Xanın ölüm xəbəri yayıldı

Pakistanın keçmiş baş naziri İmran Xanın müəmmalı şəkildə öldürüldüyü iddia olunub. "Bakuinfo" xəbər veri ki, bu barədə “Afganistan Tayms” qəzeti məlumat dərc edib. Onun meyitinin həbsxanadan çıxarıldığı qeyd edilir. "İslamabad Post" qəzeti də öz növbəsində Pakistan Təhrik-e-İnsaf hərəkatının yaraqlılarının Adiala həbsxanasına girməyə cəhd etdiyini bildirib. Hökumətin həbsxananı qorumaq üçün dərhal əlavə hərbi qüvvələr yerləşdirdiyi vurğulanır. Məsələ ilə bağlı Pakistan

14:25, 26 noyabr Dünya

Simonyan vəfat etdi

Tanınmış sovet futbolçusu, olimpiya çempionu və “Spartak” (Moskva) klubunun məşhur bombardiri Nikita Simonyan dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya Futbol Veteranları İttifaqı məlumat yayıb. Qeyd olunur ki, o, 100 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

11:30, 24 noyabr Dünya

“Kurtlar vadisi”nin “Memati”si tanınmaz halda - FOTOLAR

“Kurtlar vadisi”nin əfsanəvi obrazı “Memati” ilə yaddaşlara həkk olunan məşhur aktyor Gürkan Uygunun Sakaryadakı fındıq bağında işləyərkən çəkilən görüntüləri sosial şəbəkələrdə böyük maraq doğurub. "Bakuinfo" xəbər verir ki, aktyorun dəyişimi sosial mediada müzakirələrə səbəb olub. İzləyicilər “İllər mərhəmətsizdir”, “Memati yaşlanıb” kimi şərhlərlə təəccüblərini ifadə ediblər. Musavat.com

11:14, 24 noyabr Dünya

Ərdoğan Makronla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasında keçirilən G20 zirvəsi çərçivəsində Fransa Prezidenti Emanuel Makronla görüşüb. "Bakuinfo" xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb. Rəcəb Tayyib Ərdoğan görüşdə Türkiyə ilə Fransa arasında əlaqələrin inkişafı istiqamətində qarşılıqlı addımların vacibliyini vurğulayıb. Prezidentlər Qəzzadakı son vəziyyəti də müzakirə edib. Qəzzada atəşkəsin

15:23, 23 noyabr Dünya

Sabiq prezidentin oğlu həbs edildi

Qırğızıstan Daxili İşlər Nazirliyi parlament (Joqorku Keneş) seçkilərinin nəticələrindən sonra ölkədə kütləvi iğtişaşlar təşkil etməyə cəhd göstərməkdə şübhəli bilinən 10 nəfərin saxlanıldığını açıqlayıb. "Bakuinfo" xəbər verir ki, Nazirliyin məlumatına görə, saxlanılanlar arasında siyasi xadimlər, keçmiş deputatlar, sabiq məmurlar və hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları var. Məlumata əsasən, qrup seçki nəticələri elan edildikdən sonra ölkənin cənub bölgələrindən başlayaraq

14:50, 23 noyabr Dünya

Powered by MirTech