Benzin və Dizelin Qiyməti Bahalaşdı – Yeni Qiymətlər
Qlobal enerji bazarlarında qeydə alınan dalğalanmalar, valyuta məzənnələrindəki dəyişkənlik və neftin qiymətindəki artım səbəbilə yanacağın satış qiymətlərində yenidən artım qeydə alınıb. Eyni zamanda, ÖTV (xüsusi istehlak vergisi) artımları da bu prosesə təsir edən əsas amillərdən biri olub. Dünən gecə yarısından etibarən Türkiyədə benzinin qiyməti 4 quruş, dizelin qiyməti isə 8 quruş artırılıb. Yeni tariflər bu gün – 3 iyun 2025-ci il tarixindən etibarən qüvvəyə minib. Şəhərlər üzrə 3 iyun
Keçmiş prezident parkda bələdçi işləyir
Qvydni Yohannesson 2016-2024-cü illərdə dövlət başçısı vəzifəsində çalışıb. İslandiyanın keçmiş prezidenti Qvyudni Yohannesson yayda Thingvellir milli parkında bələdçi kimi çalışacaq. "Bakuinfo"nun xarici mediaya istinadla xəbərinə göə, yeni vəzifəsinə hazırlaşarkən o, hətta ilk tibbi yardım kursu da keçib. Qeyd edilir ki, parkda işlədiyi ilk gündə bütün turistlər onu tanımayıb. Onların əksəriyyəti turu kimin apardığından şübhələnməyiblər. Yohannesson 2024-cü il iyunun 17-də milli
Pensiya yaşı 70 oldu
2006-cı ildən pensiya yaşını ömür uzunluğuna görə təyin edən Danimarka bu yaş həddini hər beş ildən bir nəzərdən keçirir. “Bakuinfo” News24.az-a istinadən xəbər verir ki, hazırkı qanuni 67 pensiya yaşı 2030-cu ildə 68, 2035-ci ildə 69-a yüksələcək. Yeni qaydaya əsasən, 1971-ci il yanvarın 1-də və ya ondan sonra doğulan hər kəsin pensiya yaşı 70 olacaq. Qeyd edək ki, qanun cümə axşamı 81 "hə" və 21 "xeyr" səsi ilə təsdiqlənib. Eyni zamanda, Sosial Demokratların Baş Naziri
Sabahdan etibarən bütün sürücülər üçün qadağa qüvvəyə minir: YENİ
2025-ci ilin əvvəlindən Rusiyada yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin tətbiqində yeni qaydalar qüvvəyə minib. “Bakuinfo” xəbər verir ki, yenilənmələr sürücülər üçün həm maddi, həm də hüquqi baxımdan mühüm dəyişikliklər gətirib. Əvvəllər 50% endirimlə cəriməni ödəmək üçün sürücülərə 20 gün vaxt verilirdisə, indi bu müddət 30 günə qədər uzadılıb. Lakin endirim faizi 50-dən 25-ə endirilib. Məsələn, 5000 rubl cərimə üçün əvvəl sürücü 2500 rubl ödəyirdisə, indi bu məbləğ 3750 rubla
Dəhşətli təyyarə QƏZASI - Dağa ÇIRPILDI
Cənubi Koreyanın Pxoxan şəhərində hərbi təyyarə qəzaya uğrayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb. Məlumatda bildirilir ki, hərbi-dəniz qüvvələrinə məxsus nəqliyyat təyyarəsi cənub-şərqdəki Pxoxan şəhərində dağa çırpılıb. Təyyarədə dörd nəfər olub. Hadisə yerli vaxtla saat 13:52-də (Bakı vaxtı ilə 08:52) baş verib.
Yol hərəkəti ilə bağlı bu cərimələr ARTIRILDI
Türkiyədə yol hərəkətində asayişi və təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulan yeni qaydalar tətbiq olunacaq. "Bakuinfo" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, yol hərəkəti cərimələrinin artırılması ilə bağlı qaydaların da yer aldığı “Avtomobil Yolları Hərəkəti Qanununa Dəyişikliklər edilməsi haqqında” qanun layihəsi hazırlanıb. Qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət Komitəsi tərəfindən qəbul edilib. Bildirilib ki, müəyyən
Avtobus körpüdən aşdı: 21 idmançı öldü
Nigeriyanın Kano əyalətində avtobus körpüdən aşıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Daily Post" məlumat yayıb. Məlumata görə, qəza zamanı avtobusda 30 idmançı olub. Hadisə nəticəsində 21 idmançı həlak olub. İdmançılar Oqun əyalətinin Abeokuta şəhərində başa çatmış idman festivalından qayıdırdılar. Nəşrin məlumatına görə, zərərçəkənlər xəstəxanaya çatdırılır.
2-3 günə müharibə başlayır!
Hindistanla 2-4 gün ərzində müharibənin başlaması təhlükəsi var. Axar.az "Dawn” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Pakistan müdafiə naziri Xavaca Məhəmməd Asif deyib. “Biz üfüqdə müharibənin yaxınlaşdığı faktına mənəvi olaraq hazır olmalıyıq. Müharibənin yaxın iki, üç və ya dörd gündə başlaya biləcəyi ehtimalı böyükdür. Qarşıdakı günlər həlledici olacaq”, - deyə nazir bildirib.
Sürücülük vəsiqəsi ilə bağlı VACİB XƏBƏR
Bu ilin birinci rübündə Gürcüstanda 6 nəfər Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi alıb. "Bakuinfo" Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin rüblük hesabatında bildirilib. Tbilisi və Kvemo Kartlidə qeydiyyatda olan həmin şəxslərin 4-ü kişi, 2-si isə qadındır. Qonşu ölkədə sürücülük vəsiqəsi əldə etmiş Azərbaycan vətəndaşları 17-29 yaş arasında olan gənclərdir. Yanvar-martda qonşu ölkədə ümumilikdə 6 148 nəfər sürücülük vəsiqəsi alıb ki,
Orduya tapşırıq verildi: Rusiya ilə münaqişəyə hazırlaşın
Avropa ölkələrinin yüksək rütbəli hərbçiləri Rusiya ilə mümkün qarşıdurmaya – hibrid münaqişə və ya birbaşa hərbi toqquşma ehtimalına qarşı hazırlıq görür. "Bakuinfo" xəbər verir ki, bu barədə "Figaro" qəzeti hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb. Fransa ordusunun yüksək rütbəli zabitlərindən biri qəzetə bildirib ki, hərbi qüvvələr ən pis ssenariyə hazırlaşırlar. Nəşr qeyd edir ki, bu cür vəziyyət bütün Avropa ölkələrində müşahidə olunur və hərbçilər müxtəlif