ABŞ təyyarəsi 11 kilometr hündürlükdə meteozond ilə toqquşub
Bakuinfo xəbər verir ki, “United Airlines” şirkətinə məxsus “Boeing 737 Max” təyyarəsi 11 kilometr hündürlükdə meteozondla toqquşduqdan sonra Yuta ştatının Solt Leyk Sitiyə təcili eniş edib. Məlumata görə, hadisə oktyabrın 16-da baş verib, lakin araşdırmanın nəticələri yeni açıqlanıb. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının hesabatında qeyd olunur ki, zondun buraxılışına cavabdeh olan “WindBorne Systems” idarəetməni itirdiyini etiraf edib. Toqquşma nəticəsində təyyarənin ön şüşəsi
Tehran çökür - Xəbərdarlıq edildi
İranın Xorasan-Rəzəvi, İsfahan və Kirman əyalətlərində torpaq çökməsi və ya sürüşməsi getdikcə şiddətlənir. "Bakuinfo" xəbər verir ki, bu barədə İranın Fövqəladə Hallar İdarəsinin sözçüsü Hüseyn Zəfəri məlumat verib. O bildirib ki, torpaq çökməsindən ən çox Tehran, Xorasan-Rəzəvi və İsfahan əyalətlərinin əhalisi təsirlənir. Zəfəri qeyd eidb ki, çökmənin nəticələrini azaltmaq üçün lisenziyalı quyulara ağıllı sistemlərin quraşdırılması, lisenziyasız quyuların bağlanması və su
Ermənistan sərhəddə “qalalar” tikir – İşə üç ölkə cəlb olunub
“Ermənistan hakimiyyəti son dövrlərdə tez-tez öyünür ki, guya silah alırlar, sərhədləri təchiz edirlər․ Əvvəllər olduğu kimi sərhədi “konserv bankaları” ilə qorumaqdansa, indi beton bunkerlər və ya parlamentin Müdafiə Komitəsinin sədri Andranik Köçəryanın sevdiyi ifadə ilə desək, “sərhəd qalaları” inşa edirlər”. "Bakuinfo" xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Ermənistan Müdafiə Nazirliyindən nəşrə bildirilib ki, bu “qalalar”ın tikintisi üçün açıq tender elan
Zelenski devrilir: yeni prezident bu şəxs olacaq – İddia
Ukrayna Prezidenti Volodimir Zelenskinin yerinə ölkənin Böyük Britaniyadakı hazırkı səfiri Valeri Zalujnı təyin ediləcək”. "Bakuinfo" xəbər verir ki, bunu Axmat komandiri general-leytenant Apti Alaudinov deyib. “Hazırda onlar güc böhranı və cəbhədə növbəti böhranla üz-üzədirlər. Amerikalılar başa düşürlər ki, Zelenskini vəzifədən uzaqlaşdırmaq üçün istənilən vasitə ilə razılığa gəlmək lazımdır. Yəqin ki, indi Zalujnını İngiltərədən gətirməyə çalışacaqlar”, – o bildirib. Qeyd edək ki,
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ - ŞOK İDDİA
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qəfil səhnədən yoxa çıxması Moskva siyasi dairələrində ciddi müzakirələrə səbəb olub. “Nezygar” Telegram kanalına bir neçə mənbə Lavrovun qəfil yoxa çıxmasının səhhətinin pisləşməsi ilə bağlı olduğunu bildirib. "Bakuinfo" xəbər verir ki, iddialara əsasən, 75 yaşlı nazir ağır hipertonik kriz keçirib və bu səbəbdən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Hazırda o, xəstəxanadan çıxsa da, hələ də reabilitasiya mərhələsindədir. Mənbələr qeyd
Türk gəmisi Ukraynada dronla vuruldu
Türkiyəyə məxsus “Orinda” gəmisi Ukraynada PUA tərəfindən atəşə tutulub. “Bakuinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində gəmidə yanğın baş verib. Hadisə zamanı 16 nəfərlik heyət təxliyə olunub. Məlumata görə, xəsarət alan olmayıb. Bildirilir ki, ekipaj üzvlərinin səhhəti yaxşıdır və yanğın dənizdə nəzarət altına alınıb.
Konqoda nazirin olduğu təyyarə yanıb
Konqo Demokratik Respublikasının sənaye naziri Lui Kabambanın olduğu təyyarə hava limanında yerə enərkən sürüşərək yanıb. “Bakuinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Təyyarədə ümumilikdə 20 nəfərin olduğu bildirilir. Nazir və nümayəndə heyətinin səfərinin məqsədi daha əvvəl böyük sürüşmə baş verən kobalt mədənində aparılan xilasetmə işlərinə nəzarət etmək olub.
Fransa Ukraynaya 100 “Rafale” verəcək – Zelenskidən böyük hava müdafiəsi anlaşması
Zelenskiy bildirib ki, Ukrayna növbəti 10 il ərzində Fransadan 100 ədəd Rafale döyüş təyyarəsi alacaq. Bu razılaşma Fransa ilə imzalanmış niyyət məktubunun tərkib hissəsidir. Bakuinfo Reutersə istinadən xəbər verir ki, məktubda həmçinin hava-müdafiə sistemləri, bombalar və dronlar da nəzərdə tutulub. Zelenskiy razılaşmanın ölkənin hava müdafiəsini gücləndirəcəyini bildirib.
Zəvvar avtobusu qəzaya düşdü - 42 ölü
Səudiyyə Ərəbistanında ağır yol-nəqliyyat hadisəsi baş verib. “Bakuinfo” “India Today”ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Belə ki, Məkkədən Mədinəyə doğru hərəkət edən avtobus dizel yanacağı daşıyan yük maşını ilə toqquşub. Avtobusda olan azı 42 hindistanlı zəvvar ölüb, bir neçə nəfər isə ağır xəsarət alıb. Hadisə yerində xilasetmə işləri aparır və yaralılara tibbi yardım göstərilir.
2025-ci il tarixə düşəcək: "Temperatur hər il artacaq"
2025-ci ildə bir çox yerdə həddindən artıq isti dalğalar yaşanıb və proses davam edir. "Bakuinfo" bildirir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatına görə, 2025-ci il tarixdə ikinci və ya üçüncü ən isti il olacaq. ÜMT Braziliyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının (UNFCCC) 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində "2025-ci il üçün Qlobal İqlim Yeniləməsi" adlı hesabatını dərc edib. Hesabatda qeyd