Əməkdar artist vəfat etdi - FOTO
Rusiyanın Əməkdar artisti, aktyor Anatoli Xudoleyev 83 yaşında vəfat edib. "Bakuinfo" Söz.az-a istinadən xəbər verir ki, aktyorun ölüm xəbərini Komissarjevskaya Teatrı yayıb. Onun ölüm səbəbi açıqlanmayıb.
Alyaskada 10 nəfərin olduğu təyyarə yoxa çıxdı
ABŞ-nin Alyaska ştatında “Bering Air” şirkətinə məxsus təyyarə müəmmalı şəkildə yoxa çıxıb. “Bakuinfo” CNN-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində doqquzu sərnişin, biri isə pilot olmaqla 10 nəfər olub. Bildirilib ki, hazırda axtarışlar davam edir. Milli Qvardiya, Sahil Təhlükəsizlik və polis əməkdaşları axtarışlara cəlb edilib.
“Yumurta mafiyası” ifşa edildi: Görün qiyməti artırmaq üçün nə edirmişlər
Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) “DV Nevada” şirkətinə və Xabarovsk diyarında iki toyuq yumurtası istehsalçısına (“Xabarovski damazlıq quşçuluq zavodu” ASC və “Komsomolskaya quşçuluq ferması” ASC) qarşı iş açıb. “Bakuinfo” Publika.az-a istinadən xəbər verir ki, istintaq əvvəllər FAS tərəfindən yumurta istehsalçıları və federal pərakəndə satış şəbəkələrində aparılan yoxlamalar nəticəsində aparılır. İstintaqçılar məhsulun maya dəyərinin artmasına səbəb ola biləcək rəqabətə zidd
Dünyanın ən nəhəng buz dağı əriyir - Beş ölkəni su basa bilər
Dünyanın ən nəhəng aysberqi "A23a" parçalanmağa başlayıb. Ondan təxminən 80 kvadrat kilometr sahəsi olan nəhəng bir fraqment qopub. Amma bu, aysberqin yalnız kiçik bir hissəsidir, təhlükə hələ də çox ciddidir. “Bakuinfo” “teleqraf” a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb. Fransa agentliyi yazır ki, üzən buz dağı sutkada 48 km sürətlə Cənubi Corciya adasına doğru irəliləyir. Bu, elm adamları arasında narahatlıq yaradıb. Onlar hesab edirlər ki,
SON DƏQİQƏ: Daha bir təyyarə qəzaya uğradı - Ölənlər var
Moskva vilayətində Myaçkovo aerodromu yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. “Bakuinfo” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir. Hadisə nəticəsində iki nəfər həlak olub.
İranda təcili yardım maşınında xəstələrə təcavüz edildi
İranda tibb işçiləri təcili yardım maşınında xəstəxanaya aparılan iki qadına cinsi təcavüz ediblər. "Bakuinfo" xəbər verir ki, bu barədə İranın “Xəbəronlayn” saytı məlumat yayıb. “Avtomobil qəzasında yüngül yaralandığı üçün xəstəxanaya aparılan qadının əri təcili yardım maşınına buraxılmayıb və xəstəxana yolunda qadına təcavüz edilib”, - məlumatda bildirilib. Hüquqşünas və vəkil Nida Şəms də başqa bir təcili yardım maşınında bir qadına anesteziya verildiyi və ona təcavüz edildiyi
Həbsxanada DƏHŞƏT: 160-dan çox qadına təcavüz edib, diri-diri YANDIRDILAR
Konqo Demokratik Respublikasında Qoma şəhərindəki həbsxanadan qaçan kişilər 160-dan çox qadın məhbusa təcavüz edib, sonra isə onları diri-diri yandırıblar. "Bakuinfo" xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb. Nəşr BMT-nin daxili sənədinə istinadən yazır ki, insident yanvarın 27-də Ruanda tərəfindən dəstəklənən M23 qrupunun üsyançıları şəhəri ələ keçirdikdən sonra baş verib. Məlumatda bildirilir ki, əksəriyyəti kişi olmaqla 4000-ə yaxın məhbus həbsxanadan qaçıb.
Filippində özəl təyyarə qəzaya uğrayıb, ölənlər var
Bu gün Filippinin cənubunda yerləşən Maginadanao-del-Sur əyalətində özəl təyyarə qəzaya uğrayıb. “Bakuinfo” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb. Qəza nəticəsində dörd nəfərin həlak olduğu bildirilir.
Ermənistana 7 ölkədən xəbərdarlıq - fəlakət qaçılmazdır...
rəvan mürəkkəb geopolitik vəziyyətlə üzləşib - onu Bakı və Ankara xilas edə bilər “Bizi hər yerdən gözləyən fəlakətlər barədə xəbərdarlıq edilir: Bakıdan, Moskvadan, Ankaradan, Tehrandan, Minskdən, Vaşinqtondan, Parisdən... hər yerdən!” “Yeni Müsavat” bildirir ki, bunu Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan yazıb. O, dəyişən dünya düzəni fonunda Ermənistanın tamamilə gücsüz qaldığını bildirib: “İçəridə narahat olan fiqurlar var, lakin vəziyyət dəyişməyəcək. Fəlakətin
Bu ölkədə iş saatı azaldıldı: Maaş olduğu kimi qaldı
İspaniyada həftəlik iş saatı 40-dan 37,5 saata endirilib. Bu barədə İspaniya Baş nazirinin müavini Yolanda Dias məlumat verib. Onun sözlərinə görə, iş saatının azaldılması İspaniyanın modernləşməsinə töhfə verəcək: "Bu, cəmiyyətin yaşayış keyfiyyətini yaxşılaşdıracaq və işçilərə ümid verəcək. Tarixi dəyişiklikdir. İşləmək üçün yaşamırıq, yaşamaq üçün işləyirik". Qeyd edək ki, İspaniyada son 40 ildə ilk dəfə həftəlik iş saatı azaldılır. Bu qərar parlamentdə qəbul edilərək qüvvəyə