Astarada maşın mopedlə toqquşdu - Xəsarət alanlar var
Astarada avtomobil mopedlə toqquşub. Bakuinfo" xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb. Astara sakini Eldar Şabanovun idarə etdiyi "Niva" markalı avtomobil rayon sakini 1980-cı il təvəllüdlü Muxtar Rəhimovun idarə etdiyi mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı Bakı sakini 1987-ci il təvəllüdlü Lalə Aslanova xəsarət alıb. Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Faktla bağlı araşdırma
Yanacaq daşıyan maşın yandı - Ölən var
Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb. "Bakuinfo" xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib. Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub. *** Qazax Neft Baza Sahəsinin həyətində MAN markalı avtomobildə baş vermiş partlayış-yanğın
Şamaxıda yol qəzası - Xəsarət alanlar var
Şamaxıda iki avtomobil toqquşub. "Bakuinfo" xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda qeydə alınıb. "Tofaş" və "Opel" markalı avtomobillər toqquşub, daha sonra yoldan çıxaraq maneələrə çırpılıblar. Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Azər Əliyev,1981-ci il təvəllüdlü Mətanət Əzizova, 1975-ci il təvəllüdlü Elminaz Əzizova xəsarət alaraq Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. (APA)
Ağsuda maşın aşdı - Ölən var
Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Bakuinfo" xəbər verir ki,, qəza Muğanlı–İsmayıllı avtomobil yolunda, Ağsu rayonunun Qırlar kəndi ərazisində axşam saatlarında qeydə alınıb. İlkin məlumata əsasən, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü, 1994-cü il təvəllüdlü Orucov Faiq Şükür oğlu ağır xəsarət alıb. Avtomobildə olan 2002-ci il təvəllüdlü, Balakən rayon sakini Orucova Kəmalə isə hadisə yerində həyatını
"Baku City Karting"də FACİƏ: ölən var
Yanvarın 1-də saat 18:30-də Səbail rayonu, akademik Əhəd Yaqubov, 15 ünvanında yerləşən "Baku City Karting"də ölüm hadisəsi baş verib. "Bakuinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxsin idarə etdiyi avtomobil digər avtomobillə toqquşub. Nəticədə o, hadisə yerində həlak olub. Faktla bağlı cinayət işi açılıb. Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. (Bakupost.az)
Bakıda bu ərazidə yanğın oldu - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Emin Bağırov küçəsində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub. FHN Mətbuat xidmətindən "Bakuinfo"ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 320kv.m. olan hamamın saunasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən hamamın digər
Lənkəranda güclü yanğın başladı
Lənkəranda fərdi yaşayış evində yanğın baş verib. "Bakuinfo" xəbər verir ki, yanğın hadisəsi Lənkəran rayonunun Şıxakəran kəndində bir evdə qeydə alınıb. İlkin məlumata görə Samir adlı kənd sakininə məxsus olan ev əşyaları ilə birlikdə tamamilə yanıb. Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Əldə etdiyimiz məlumata görə ev sahibləri Rusiya Federasiyasında yaşayır. Evdə yaşayış olmayıb.
Masazırda GÜCLÜ YANĞIN
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. "Bakuinfo" nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Zaqatalada yol qəzası - Xəsarət alanlar var
Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var. "Bakuinfo" xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, minik avtomobillərinin toqquşması zamanı bir-neçə nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirliblər. Faktla bağlı araşdırma aparılır. (APA)
Bakıda YANĞIN: ölən və xəsarət alan var
Bakının Binəqədi rayonunda evdə yanğın baş verməsi nəticəsində 1 nəfər həlak olub. “Bakuinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 40 m² olan 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 16 m², dam örtüyü 12 m² və dəhlizi 6 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin qismən yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından