DƏHŞƏTLİ İSTİLƏR GƏLİR - Temperatur 43 dərəcəyə QALXACAQ !!
medianews.az
Digər
22:56 22.05.2024
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
Bir müddətdir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Qarşıda yay fəsli gəlsə də, havalar getdikcə soyuyub, yağıntı çoxalmağa başlayıb. Xarici mənbələrdə isə bu il yay fəslinin dəhşətli istilərlə müşaiyət olunacağı ehtimal edilir. Proqnozlar bir neçə ay ərzində temperaturun dözülməz dərəcədə artacağı ilə bağlıdır.
Bəs ölkəmizdə yay fəsli necə keçəcək?
Bakuinfo.net xəbər verir ki, meteoroloq Cavid Hüseynov “Yeni Sabah”a açıqlamasında yaxın bir neçə ay ərzində hava şəraitinin necə olacağı ilə bağlı sualları cavablandırıb:
“36 saatdan artıq müddətə verilən hava proqnozları uzunmüddətli proqnozlar adlanır və qısamüddətli proqnozlarla (36 saata qədər müddətə) müqayisədə özünüdoğrultma ehtimalları çox kiçik olur. Ona görə də ölkəmizdə yay fəslinin necə keçəcəyi haqqında indidən verilən proqnozlar çox kiçik ehtimalla özünü doğrulda biləcək.
Azərbaycanda təbii sinoptik-iqlim yay fəsli may ayının ikinci ongünlüyündən sentyabr ayının ortalarınadək, təxminən 120 gün davam edir. Yayın əvvəlində (iyun ayının axırlarına qədər) Şimal dənizləri və Şimali Atlantika üzərindən sərin hava kütlələri ölkə ərazisinə daxil olur və dəyişkən sinoptik-hava şəraiti yaranır. Bu zaman Azərbaycanda yaz ayları üçün xarakterik olan atmosfer dövranı təkrarlanır. Yayın ikinci yarısında isə tropik kontinental hava kütlələrinin müdaxiləsi daha çox takrarlanır. Bu zaman dayanıqlı sinoptik şəraitdə düzənlik və dağətəyi regionlarımızın həddindən artıq istiləşməsi tropik hava kütləsinin yerli hava kütləsinə çevrilməsinə, havaların quraq və çox isti keçməsinə səbəb olur. Respublikamızın ərazisinin oroqrafik və hipsometrik şəraiti meteoroloji kəmiyyətlərin, xüsusən də havanın temperaturunun ərazi üzrə fərqlərinin yaranmasında ən əsas amillərdəndir”.
Ekspert düzənlik ərazilərdə temperaturun 43 dərəcəyə çatacağını bildirib:
“İyul ayının orta temperaturu Azərbaycanın düzənlik bölgələrində 24-27°C olduğu halda, ortadağlıqda 20-15°C, yüksək dağlıq ərazilərdə isə 10-5°C müşahidə ediləcəkdir. Düzən ərazilərimizdə (Lənkəran və Gəncə-Qazax düzənliyindən başqa) mütləq maksimal temperaturların 40-43°C, dağətəyi zonalarda 37-40°C, 1500-2000 m yüksəkliklərdə 27-30°C və yüksək dağlıq ərazilərdə (3000-3500 m) 20-30°C olacağı ehtimal edilir.
Yay fəsli üçün səciyyəvi olan dolu və leysan yağışların intensivliyi və təkrarlanması dağlıq vilayətlərdə, xüsusən də Böyük Qafqaz dağlarında digər bölgələrlə müqayisədə daha çox müşahidə olunacaq. İyun-avqust aylarında Arazyanı düzənliklər (Naxçıvanda) və Kür-Araz ovalığında mümkün buxarlanmanın orta aylıq miqdarı 135-240 mm arasında tərəddüd edəcək”.
Diqqət Çəkənlər
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında razılaşmanın, eləcə də TRİPP (Zəngəzur dəhlizi) ilə bağlı məsələlərin həyata keçirilməsi üçün intensiv işlərin aparıldığını bildirib. "Bakuinfo" xəbər verir ki, o, bu dəhlizin Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirmək və Türkiyənin Türk dünyasına və Orta Asiyaya birbaşa çıxışı üçün vacib olduğunu vurğulayıb. Fidan qeyd edib ki, texniki məsələlər qalır, lakin məqsəd müqaviləni mümkün qədər tez
Azərbaycanda iki valyuta kəskin UCUZLAŞDI
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. "Bakuinfo" xəbər verir ki, yanvarın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0,0393 manata kimi, Avro 1,9738 manatadək ucuzlaşıb, Rusiyanın 100 rublu isə 2,1849 manata kimi bahalaşıb.
Şəhriyardan Xameneiyə məsləhətlər... - VİDEO
Son günlər İranda iqtisadi böhran, eləcə də milli valyutanın dəyərinin kəskin enməsi fonunda ölkənin əksər şəhərlərdə etiraz aksiyaları baş qaldırıb. Narazılıqlar əsasən molla rejiminin sərt idarəetməsi, dini-siyasi hakimiyyətin cəmiyyətdə artan sosial-iqtisadi problemlərə adekvat cavab verə bilməməsi ilə əlaqələndirilir. Yüzlərlə insanın həyatını itirdiyi aksiyalarda etirazçılar uzun illərdir ölkəni idarə edən molla rejiminin islahatlara getmədiyini və azadlıqları məhdudlaşdırdığını
Son Xəbərlər
Minimum əmək haqqı anlayışı dəyişdirildi
Qanunvericilikdəki minimum əmək haqqı anlayışı təkmilləşdirilib. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Daha əvvəl minimum əmək haqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ hesab edilirdi. Qanuna əsasən, minimum əmək haqqı ölkədə iqtisadi inkişafın tələbləri, məhsuldarlıq, aylıq orta əməkhaqqı, pul vahidinin
Hikmət Rəhimovun qalmaqallı serialının yayımı kinoteatrda da dayandırıldı
Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu “Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb. “Bakuinfo” xəbər verir ki, bununla bağlı kinoteatrın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, ekran işinin növbəti bölümləri bundan sonra kinoteatrda yayımlanmayacaq. H.Rəhimov da məsələyə sosial şəbəkə hesabında münasibət bildirib. “Serialı həm yutub üzərində, həm televiziyada yayımını dayandırmağı heç cür anlaya bilmirəm. Ümid edirəm, həm bizə,həm
Həmzət Çimayev ölüb?
Adam Kadırovun iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı yeni iddialar yayılıb. Musavat.com-un məlumatına görə, qəza zamanı avtomobildə Adamlə birlikdə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu və onun ağır xəsarətlər aldığı bildirilir. Eyni zamanda, bəzi kanallarda Həmzət Çimayevin öldüyü iddiaları da paylaşılır. Lakin hazırda bu məlumatların heç biri rəsmi qurumlar və ya döyüşçünün yaxınları tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı Çeçenistanın rəsmi strukturları, eləcə də Adam
Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ
20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olub. "Bakuinfo" bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb Qanuna əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilib.
Kadırovun oğlu qəzaya düşdü
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya uğrayıb. “Bakuinfo" xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, hadisə nəticəsində yaralanan Adəm Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib Qeyd edilib ki, o, hazırda reanimasiyadadır və Moskva şəhərinə təxliyə üçün hazırlanır. Qəzada bir nəfərin öldüyü də vurğulanıb. İnternetdə yayılan məlumatlara görə, Adəm Kadırovun korteji yüksək sürətlə hərəkət edib.
Bütün KFC restoranları bağlandı
Rusiyada KFC (Kentucky Fried Chicken - ing. 1930-cu ildə ABŞ-də yaradılan fastfud şəbəkəsi) restoranları bağlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat dərc edib. Qeyd olunur ki, bütün restoranlar "Rostic" brendi altında fəaliyyət göstərir və inkişaf edir. Hazırda "Rostic"in müəssisələrinin ümumi sayı 1,3 mini keçib.
Yeni sədr Əfqan Cəlilov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı Sərəncamla Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr təyin edilib. "Bakuinfo" xəbər verir ki, o, bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədrinin əvəzi vəzifəsində çalışıb. Belə ki, Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha
“Şöhrət” ordeni ilə təltif olunan Nadejda İsmayılova kimdir? – DOSYE
Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının qərarı Nadejda İsmayılovanın Azərbaycan mətbuatının inkişafında göstərdiyi xüsusi xidmətlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Nadejda İsmayılova kimdir? – Qısa dosye Nadejda Vasilyevna İsmayılova Azərbaycan
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
İlham Əliyev onu sədr təyin etdi - SƏRƏNCAM
Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.