Bakıda gözəllik salonunda DƏHŞƏTLİ QƏTL – Şok
Bakuinfo.net Teleqraf.com-a istinadla bildirir ki, Nəcəf Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həmin hökmə əsasən həmin cəzası 2 il sınaq müddətinə şərti hesab edilməklə məhkum edilib.
Nəcəfin həmin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş halda daha bir ağır cinayət törədib. O, 2023-cü ilin yanvarın 11-də Tərtər Rayon Məhkəməsinin 2022-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuş keçmiş arvadı Nəcibənin dırnaq ustası işlədiyi gözəllik salonuna gəlib.
Nəcəf gözəllik salonuna girib və Nəcibəni yanına çağırıb. Ona sürdüyü yüngül həyat tərzinə son qoymasını bildirib. Nəcibə isə keçmiş ərinə “get işinlə məşğul ol, öz həyatımdı, özüm bilərəm” deyib.
Bu zaman Nəcəf qısqanclıq zəminində qisas almaq niyyəti ilə əvvəlcədən yaşadığı mənzildən götürərək gödəkçəsinin sol cibinə qoyduğu mətbəx bıçağı çıxarıb və Nəcibəyə çoxsaylı zərbələr vurub. Ümumilikdə 25 bıçaq zərbəsi alan qadın vəfat edib.
İstintaq orqanı tərəfindən Nəcəfin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Nəcibə ilə 2004-cü ildə ailə qurub, 2022-ci ildə boşanıblar: “İki övladımız olub. Nikah dövründə münasibətlərimiz yaxşı olub. Boşanmağımıza səbəb evdən pul götürərək getməyi olub. Boşanma səbəbi olan pul oğurluğu ilə bağlı polisə müraciət etməmişəm. Nikahımız pozulandan sonra Nəcibə gözəllik salonunda işləməyə başladı. Ona orada işləməməsi barədə xəbərdarlıq etdim. Lakin xeyri olmadı. Atasına və qardaşına xəbər yollayaraq bildirdim ki, sizin uşağınız düz yolda deyil. Onlar da ondan yana gəlib-getmədilər, baxmadılar. Ancaq anası gəlib-getdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Nəcibənin tanımadığı yad kişinin maşına minərək getdiyini gözü ilə görüb: “Xəbərdarlıq edərək dedim ki, sənin maşına mindiyini görmüşəm, bu yoldan qayıt, mən də məhv olaram, sən də məhv olarsan, uşaqların gələcəyi var. Bizim 17 və 18 yaşlı iki qız övladımız var. Onları da nəzərə almaq lazımdır ki, gələcəkləri məhv olub getməsin. Uşaqlarla görüşdüm, uşaqlar da bildilər. Böyük qızım hamısını danışdı, dedi ki, anası evə gəlmir. Hadisədən qabaq neçə dəfə xəbərdarlıq etdim. Mümkün olmadığından artıq onu vurası oldum. Öldürəsi olsa idim, iki ildir orada işləyirdi, gedib həmin dəqiqə öldürərdim. Ondan boşanmışdım. Hərə öz işində olub. Amma ona dedim ki, yüngül həyat tərzi keçirdiyin o yoldan qayıt. Gözəllik salonuna da danışmaq üçün getmişdim. Orada söhbət başqa cür oldu. İçəriyə girəndə balaca otağa çağırdım. Gözəllik salonunun içinə girsəm də, xanımlara yaxın getmədim. Çağıraraq dedim ki, səhv yollara gedirsən, bunu etmə. Cavabında “nə edirəm yaxşı edirəm, nə istəyərəm edərəm, get işinlə məşğul” dedi. Mən də öldürdüm. Bıçaqlayarkən heç bir müqavimət göstərmədi. Bir-iki dəfə qışqırdı. Sonra səsi kəsildi. Niyə bu qədər çox bıçaq vurmağımı özüm də bilmirəm. Özümdə olmamışam. Sənədi oxuyanda o qədər bıçaq vurulduğunu görmüşəm. Hadisə salonda olub, orada əlavə iki nəfər qadın da olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, qətl hadisəsi olandan sonra heç evə də getməyib: “Birbaşa 35-ci Polis Bölməsinə gedərək təslim oldum. Mən özüm şəhid övladıyam. Yalan ifadə vermirəm. Nə varsa, onu deyirəm. Orada özümdə olmamışam. Zədələri sayıb vurmamışam. Orada neçə zədə yazıldığını bilməmişəm, indi eşidirəm. Mən namus təmizləmişəm, uşaqlarımın gələcək həyatlarının məhv olmaması üçün etmişəm. Altı ay Nəcibəyə xəbərdarlıq etmişəm. Yenə də xəbərdarlıq etməyə getmişdim. Lakin orada elə sözlər dedi ki, özümü ələ ala bilmədim”.
İş üzrə təqsirləndirilən şəxsin qızlarından biri də ifadə verib. O, ifadəsində baş verən olayları belə izah edib: “Bizim anamız ölüb. Lakin bu valideyn itkisi deyil, elə bil ki, həyatımız əlimizdən alınıb. Anam üç il idi ki, boşanmışdı, heç bir günahı olmayıb, qeyri-etik bir hərəkət etməyib. Atam üç ildir ki, bizi ancaq tənqid və təhqir edib. Bizə çox iyrənc söyüşlər söyüb. Bununla bağlı sübutum da var. Bu, planlaşdırılmış bir işdir. Bizə ancaq deyib ki, sizi öldürəcəm, yaşadığınız yeri bilirəm, ananızı da, sizi də öldürəcəm. Ondan əvvəl də babamı bıçaqlamışdı. Babam polisə şikayət etməyə qoymayaraq, sabah üz-üzə gələcəyimizi demişdi. Anam ilə görüşüb hazırlığa getdim. Sonra bacım zəng etdi ki, deyəsən anama nəsə olub, get bax. Salonun yanına getdim. Oranın qanın içində olduğunu gördüm. Gözəllik salonunun yanında yaşamamışıq. Oradan köçmüşük. Anam hər gün saat səkkiz, doqquza qədər işləyib. Boşandıqdan sonra atamın bizə maddi köməyi yalnız aliment olub”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəcəf 17 il 7 ay 22 gün azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib
Diqqət Çəkənlər
Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ
Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan
Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş
Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)
Bu nazirliklər birləşdirilir
Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birləşməklə vahid agentlik yaratmaq barədə müzakirələr aparır. "Bakuinfo" "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, plan Arsen Torosyanın rəhbərlik etmək niyyətində olduğu vahid struktur yaratmaqdır. Qeyd olunur ki, təşəbbüs nazirlik işçiləri arasında narazılığa səbəb olub. Qəzet bildirir ki, sistem daxilində təklif olunan dəyişikliklər idarəetmə islahatı deyil, hakimiyyəti cəmləşdirmək və
Son Xəbərlər
Həmzət Çimayev ölüb?
Adam Kadırovun iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı yeni iddialar yayılıb. Musavat.com-un məlumatına görə, qəza zamanı avtomobildə Adamlə birlikdə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu və onun ağır xəsarətlər aldığı bildirilir. Eyni zamanda, bəzi kanallarda Həmzət Çimayevin öldüyü iddiaları da paylaşılır. Lakin hazırda bu məlumatların heç biri rəsmi qurumlar və ya döyüşçünün yaxınları tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı Çeçenistanın rəsmi strukturları, eləcə də Adam
Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ
20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olub. "Bakuinfo" bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb Qanuna əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilib.
Kadırovun oğlu qəzaya düşdü
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya uğrayıb. “Bakuinfo" xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, hadisə nəticəsində yaralanan Adəm Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib Qeyd edilib ki, o, hazırda reanimasiyadadır və Moskva şəhərinə təxliyə üçün hazırlanır. Qəzada bir nəfərin öldüyü də vurğulanıb. İnternetdə yayılan məlumatlara görə, Adəm Kadırovun korteji yüksək sürətlə hərəkət edib.
Bütün KFC restoranları bağlandı
Rusiyada KFC (Kentucky Fried Chicken - ing. 1930-cu ildə ABŞ-də yaradılan fastfud şəbəkəsi) restoranları bağlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat dərc edib. Qeyd olunur ki, bütün restoranlar "Rostic" brendi altında fəaliyyət göstərir və inkişaf edir. Hazırda "Rostic"in müəssisələrinin ümumi sayı 1,3 mini keçib.
Yeni sədr Əfqan Cəlilov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı Sərəncamla Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr təyin edilib. "Bakuinfo" xəbər verir ki, o, bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədrinin əvəzi vəzifəsində çalışıb. Belə ki, Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha
“Şöhrət” ordeni ilə təltif olunan Nadejda İsmayılova kimdir? – DOSYE
Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının qərarı Nadejda İsmayılovanın Azərbaycan mətbuatının inkişafında göstərdiyi xüsusi xidmətlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Nadejda İsmayılova kimdir? – Qısa dosye Nadejda Vasilyevna İsmayılova Azərbaycan
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
İlham Əliyev onu sədr təyin etdi - SƏRƏNCAM
Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.
Sabiq icra başçısının oğlu Yevlaxda adam güllələdi
Bu gün Yevlaxda silahlı insident baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca
Nəsimi rayonuna artıq o rəhbərlik edəcək
Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimov vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra yerli KİV-də onun səlahiyyətlərinin müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılması ilə xəbərlər yayılmışdı. "Bakuinfo" xəbər verir ki, Gülarə Verdiyevaya tapşırılan səlahiyyətlər ondan alınıb. Hazırda isə icra başçısının səlahiyyətlərini müvəqqəti icrası digər müavin Zahid Xəlilovdur. Fotoda Zahid Xəlilov Nəsimi