Azərbaycanda DƏHŞƏT - ÖLƏNLƏR VAR
Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib. "Bakuinfo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Maarif kəndində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, daha bir nəfər ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏT - ÖLƏNLƏR VAR
Sabirabadda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakuinfo" xəbər verir ki, hadisə iki VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində sürücülərdən biri - Rəhim Əliyev və onun azyaşlı nəvəsi həlak olublar. Digər avtomobilin sürücüsü və üç sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sumqayıtda zəlzələ oldu
Bu dəqiqələrdə Sumqayıtda zəlzələ olub. Teleqraf xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib. Sakinlər yeraltı təkanları hiss etdiklərini yazıblar
“Sədərək” ticarət mərkəzində güclü YANĞIN - VİDEO - YENİLƏNDİ
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb. Bu barədə "Bakuinfo"ya FHN-in Mətbuat xidmətindən bildirilib. Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Əlavə məlumat veriləcək. *** Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət
Ağstafada AĞIR YOL QƏZASI - Ölən və xəsarət alan var
Ağstafada avtomobil qəzası olub, ölən və xəsarət alan var. "Bakuinfo" "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində Zəlimxan kənd sakini, 2002-ci il təvəllüdlü Ayxan Məmmədov ölüb. Daha bir nəfər isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Boya zavodunda yanğın: 7 ambulans cəlb edildi
Abşeron Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış əsasında ilkin olaraq 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
Qarabağda yanğın zamanı mina partlayışları – Əməliyyat davam edir
A ğd ərədə ba ş ver ən yan ğınlar zamanı 5 d əfə mina partlay ıb. "Bakuinfo" Teleqraf-ıa istinadən xəbər verir ki, A ğd ərə ş əhər ərazində me ş ə massivində ba ş ver ən yan ğınlar partlayışla m ü şahid ə edilir. Me ş ə massivində davam edən yan ğın zamanı 5 d əfə mina partlay ıb. Hazırda yanğıns öndürm ə əməliyyatlar ı qurudan FHN- nin T ərtər və A ğd ərə rayonlar ının yanğıns öndür ən əməkda şları havadan Aviasiya d əstəsinin 2 helikopteri yan ğıns öndürm ə əməliyyatlar ını davam
Ağdərədə MİNA PARTLADI - Yaralı var
Ağdərədə baş verən yanğın zamanı mina partlayışı nəticəsində bir yanğınsöndürən yaralanıb. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, Ağdərə şəhəri yaxınlığındakı dağlıq ərazidə yerləşən meşə massivində baş verən güclü yanğın zamanı mina partlayışları müşahidə olunub. Partlayış nəticəsində yanğınsöndürən əməkdaş Babək Zeynalov xəsarət alıb. Yaralıya ilkin tibbi yardım göstərilib və onun Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılması təmin olunub. Hazırda yanğınsöndürmə işləri
Bakıda dəhşət: arvadını öldürdü, sonra özünü asdı
Avqustun 21-də paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. "Bakuinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı 1979-cu il təvəllüdlü İlham Məmmədovun gecə saatlarında birgə yaşadıqları evdə arvadı 1988-ci il təvəllüdlü Gülnaz Məmmədovaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq
Balıqçıların üzərinə torpaq uçdu: ölən var
Qobustanda kişi bədbəxt hadisə nəticəsində ölüb. "Bakuinfo" xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov Qobustan kəndi ərazisində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatın qoparaq üzərinə düşməsi nəticəsində hadisə yerində ölüb. Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov isə Kliniki Tibbi Mərkəz PHŞ-nə yerləşdirilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.