Gəncədə 15 yaşlı oğlan qətlə yetirildi
Gəncədə qətl hadisəsi baş verib. "Bakuinfo" APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Dəmiryolu vağzalı adlanan ərazisində qeydə alınıb. Belə ki, 2010-cu il təvəllüdlü T. Məmmədov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatırılıb. Həkimlərinin müdaxiləsinə baxmayaraq 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Bakıda 46 yaşlı kişi öldürüldü: SEVGİLİSİ saxlanıldı
Avqustun 19-da saat 02 radələrində paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. "Bakuinfo"nun məlumatına görə, araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva
Bakıda DƏHŞƏT: 27 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda 27 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. "Bakuinfo" Oxu.az-a istiandən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib. Avqustun 18-də saat 23 radələrində Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Seymur Arif oğlu Həsənov işlədiyi avtoyuma məntəqəsində ehtiyatsızlıqdan elektrik cərəyanının vurması nəticəsində ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Lənkəranda yeniyetmə göldə boğularaq öldü - TƏFƏRRÜAT - YENİLƏNDİ
18 yaşlı gəncin süni göldə boğularaq ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, Lənkəranın Tükəvilə kənd sakini, 18 yaşlı Tohid Ələsgərov idmanın güləş növü ilə məşğul olub. O, hər səhər dostları ilə dağlarda qaçış edərək daha sonra kənd ərazisindəki süni gölə gələrək əl-üzünü yuyubmış. Hadisə baş verən gün də T.Ələsgərov adəti üzrə dostları ilə qaçışdan sonra gölə gəlib. Əl-üzünü yuduqdan sonra su içmək istədiyi an ayağı sürüşərək
Bakıda yataqxanada YANĞIN - Yaralı var
Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub. "Bakuinfo" FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində 50 m² sahədə məişət tullantıları yanıb. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Saatlıda maşın kanala aşdı - Yaralı var
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Saatlı rayonunun Kamallı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. "Bakuinfo" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Opel" markalı minik avtomobili su kanalına düşüb, 1 nəfər avtomobildə sıxılı
Xaçmazda AĞIR QƏZA - Ölən var
Xaçmazda avtomobil ağaca çırpılıb, sürücü ölüb. "Bakuinfo" xəbər verir ki, hadisə rayonun Yergüc kəndində baş verib. Belə ki, Elvin Əlimərdanov idarə etdiyi “KİA RİO” markalı avtomobillə hərəkətdə olan zaman yolun sərt döngəsində idarəetməni itirərək ağaca çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Moskvada azərbaycanlı döyülərək öldürüldü
Rusiyaya işləmək üçün gedən Gəncə şəhər sakini Elyar Məmmədov Moskva şəhərində öldürülüb. "Bakuinfo" xəbər verir ki, bu barədə Teleqraf-a mərhumun yaxınları məlumat veriblər. E.Məmmədovun döyülərək öldürüldüyü ehtimal olunur. Onun nəşi hələ də Moskva şəhərindədir. Qeyd edək ki, mərhum 4 uşaq atası olub.
Azərbaycanda müəmmalı ÖLÜM: kəndlinin meyiti tapıldı
Lent.az-ın məlumatına görə, hadisə Gözbarax kəndində baş verib. Kənd sakini 66 yaşlı Musayev Rauf Həsən oğlu yaşadığı evdə ölü halda tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.
Azərbaycanda Vəzifəli şəxs ÖLDÜRÜLDÜ
Ötən gün Laçında qardaşı tərəfindən öldürülən Səfər Quliyev vəzifəli şəxs olub. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, 07.12.1967-ci il təvəllüdlü Səfər Əsgər oğlu Quliyev Mədəniyyət işçilərinin Həmkarlar İttifaqının Laçın rayon komitəsinin sədri vəzifəsində çalışırmış. Laçın rayonunun Qozlu kənd inzibati ərazi dairəsinin Fingə kəndində daimi qeydiyyatda olan S.Quliyev müvəqqəti olaraq Ağcabədi rayonunun Şərəfxanlı kəndində məskunlaşırmış. Mərhum ailəli olub, 2 qızı və 2