Toyu üçün yığdığı pulu aldılar, öldürüb hissələrə parçaladılar
Bakının Nəsimi rayonu ərazisində törədilən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. "Bakuinfo" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə avqustun 4-də saat 4 radələrində baş verib. Ağsu rayon sakini, 1977-ci il təvəllüdlü Fazil Feyzullayev Bakıdakı tikinti şirkətlərindən birində işləyib, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndər Əliyev və Cəlilabad rayon sakini Ülvi Abasovla birlikdə Nəsimi rayonu ərazisində mənzil kirayələyib. F.Feyzullayev bir müddət işləməyib və
Kəlbəcərdən ACI XƏBƏR: Ölən var
Kəlbəcərdə yol-nəqliyyat hadisəsi nəticəsində ölən sürücünün kimliyi məlum olub. "Report"un Qərb bürosunun məlumatına görə, Kəlbəcərdə yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü, 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur. Faktla bağlı araşdırma aparılır. *** Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. “Report”un Qərb bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Qılınclı kəndində qeydə alınıb. Yük avtomobilinin dərəyə aşması
Azərbaycanda DƏHŞƏT - ÖLƏNLƏR VAR
Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. "Bakuinfo""Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Hadisə zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ-2115" markalı nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ölən və
Balaxanıda AĞIR QƏZA
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən "Bakuinfo" ya verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobillərinin toqquşması
SON DƏQİQƏ! Ağdamda Güclü YANĞIN BAŞLADI
Ağdam rayonu ərazisində güclü yanğın başlayıb. “Report”un Qarabağ bürosunun xəbərinə görə, yanğın rayonun Novruzlu kəndi ərazisindəki açıq ərazidə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirlyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Azərbaycanda kənd sakinlərinə HÜCUM - Yaralılar var
TƏBİB Cəlilabadda baş verən çaqqal hücumu ilə bağlı açıqlama verib. Qurumdan "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 7 və 8 avqust tarixlərində çaqqal dişləməsi səbəbi ilə 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1974 və 1999-cu il təvəllüdlü şəxslərə hər iki aşağı və yuxarı ətrafların dişlənmiş yaraları diaqnozları təyin olunub. Hər üç şəxsə zəruri tibbi yardım göstərilib və
Azərbaycanda zəlzələ oldu
İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonunda zəlzələ qeydə alınıb. Bu barədə "Bakuinfo"ya Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 11:03-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4, dərinliyi 16 km olub.
Yevlaxda AĞIR QƏZA - Ölən və xəsarət alanlar var
Yevlax-Mingəçevir avtomobil yolunun Hacıselli kəndindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, 1960-cı il təvəllüdlü Nazim Əli oğlu Tağıyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobil ilə 1981-ci il təvəllüldlü Asif Loğman oğlu Osmanovun idarə etdiyi “Honda CVR” markalı avtomobillər toqquşub. Nəticədə “Honda” markalı avtomobildə olan sərnişin Xuraman Cəfərqulu qızı Xəlilova ölüb, digər iki sərnişin - Xalid Soltanməcid oğlu
Azərbaycanda DƏHŞƏT - ÖLƏNLƏR VAR
Tərtərdə ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub. "Report"un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, Tərtər şəhər M.Hüseynzadə küçəsindən yaşayan sürücü, 1972-ci il təvəllüdlü Mustafayev Ramin Nurəddin oğlu, sərnişinlər; ata-oğul, 1974-cü il təvəllüdlü Quliyev Həbib İvan oğlu və 1998-ci il təvəllüdlü Quliyev Vudadi Həbib oğlu qəza zamanı hadisə yerində ölüblər. Faktla bağlı araşdırma aparılır. Tərtərdə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat
Sumqayıtda BƏDBƏXT HADİSƏ: kişi velosipeddən yıxılıb öldü
Sumqayıt şəhərində bədbəxt hadisə baş verib. “Bakuinfo" 1962-ci il təvəllüdlü şəhər sakini Qəfərov Zeynal Səhlədar oğlu Sumqayıtçay qəsəbəsi ərazisində - Bakı-Quba yolunun 30-cu kilometrində hərəkətdə olarkən idarə etdiyi velosipeddən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.