Hadisə

Azərbaycanda DƏHŞƏT - Ölənlər var

Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub. “Report”un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində 5 nəfər: Ağstafa rayon Muğanlı kənd sakinləri - 1995-ci il təvəllüdlü M. Qəribov, 2004-cü il təvəllüdlü N. Qəribova, 1969-cu il təvəllüdlü K. Məmmədov və Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Ş. Pənahova, eyni zamanda Gürcüstan vətəndaşı 1970-ci il təvəllüdlü B.Gözəlova. 08:09 Şəmkirdə ağır yol qəzası baş verib. “Report”un Qərb bürosunun

09:09, 07 avqust Hadisə

Azərbaycanda istidən beyninə qan sızan kişi ÖLDÜ

Şəmkirdə beyninə qan sızan kişi ölüb. Hadisə rayonun Keçili kəndində qeydə alınıb. Kənd sakini 50 yaşlı Çingiz Məhəmməd oğlu Məhərrəmovun isti hava şəraitində beyin qan sızması keçirib. Nəticədə o müalicə aldığı xəstəxanada ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. /Lent.az

14:50, 05 avqust Hadisə

Azərbaycanda DƏHŞƏT - Ana və körpəsi həyatını itirdi

Avqustun 2-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib. Bu barədə "Bakuinfo"ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qobustan rayon sakini Nuran Faiq oğlu Nuriyev tərəfindən idarə olunan “VAZ-21074” markalı, 90-CL-577 dövlət qeydiyyat nişanlı avtomobil yolun müəyyən olunmayan hissəsindən – yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən 1993-cü il təvəllüdlü

13:28, 05 avqust Hadisə

Bakıda DƏHŞƏT: ölən var

Bakıda 46 yaşlı kişi qətlə yetirilib. “Bakuinfo” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsindəki mənzillərdən birində baş verib. Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Natiq Quliyev evində bıçaqla qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, N.Quliyevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Nərgiz Quliyeva saxlanılıb. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.

12:25, 05 avqust Hadisə

Azərbaycanda SİLAHLI İNSİDENT

Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb. DİN-in Mətbuat Xidmətindən "Bakuinfo"ya bildirilib ki, kənd sakini, 1990-cı il təvəllüdlü, Vətən müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində “AK-74” markalı avtomat silahdan atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus “VAZ-21014”

10:06, 04 avqust Hadisə

Azərbaycanda DƏHŞƏT - Ölənlər var

Gədəbəydə avtomobil aşıb, ölənlər və yaralananlar var. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb. Avtomobilin aşması nəticəsində 2 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

19:14, 03 avqust Hadisə

Azərbaycanda DƏHŞƏT: Ölənlər var

İmişlidə baş verən qəzada 3 nəfər ölüb. "Bakuinfo" APA-ya istinadla xəbər verir ki, hadisə İmişli şəhərində qeydə alınıb. Yük avtomobili ilə VAZ-21099 markalı avtomobilin toqquşması nəticəsində VAZ-21099-un sürücüsü və 2 qadın sərnişin ölüb. Faktla bağlı araşdırma aparılır.

13:49, 02 avqust Hadisə

Azərbaycanda DƏHŞƏT - Ölənlər var

Laçında ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb. "Bakuinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarakeçdi kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində Mahir Abdullayev, Şəhla Novruzova və Xədicə Novruzova hadisə yerində ölüb, Ramilə Abdullayeva isə xəsarət alıb Faktla bağlı araşdırma aparılır.

14:20, 27 iyul Hadisə

SON DƏQİQƏ: Şuşada yanğın nəticəsində mina partlayışları müşahidə olunub

Azad edilmiş ərazilərdə növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazidə baş verib. "Bakuinfo" "Report"-a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub. Yanğının meşə ərazisinə keçməsinin qarşısını alıb. Aparılan işlər nəticəsində yanğın söndürülüb. Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəticəsində ərazidə bir neçə mina partlayışı da müşahidə edilib.

15:03, 26 iyul Hadisə

Azərbaycanda vəzifəli şəxslərə HÜCUM

Gəncədə iki nəfər döyülüb. “Bakuinfo” bidirir ki, "Unikal"ın məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb. Belə ki,2002-ci il təvəllüdlü İ.Muradov və 1990-ci il təvəllüdlü F.Gəncəzadə döyülmə ilə xəstəxanaya aparılıb. Hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə döyülənlər - İ.Muradov və F.Gəncəzadə Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşlarıdır. pizza mizza Fakt araşdırılır.

12:23, 26 iyul Hadisə

Powered by MirTech