Hadisə

Bakıda liftdə DƏHŞƏT: ölən var

Paytaxtın Nərimanov rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Bakuinfo" "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə iyulun 24-ü gecə saat 23 radələrində qeydə alınıb. Ağdaş rayon sakini 1989-cu il təvəllüdlü Ruslan Rahim oğlu Əliyev "Çinar" soyuducu zavodunun binasının liftini təmir edən zaman liftin şaxtasına yıxılıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan 36 yaşlı usta vəfat edib. Faktla bağlı Nərimanov Rayon

11:54, 26 iyul Hadisə

Azərbaycanda DƏHŞƏT: Ölənlər var

Balakəndə yol-nəqliyyat hadisəsini baş verib. "Bakuinfo" "Report"-a istinadən xəbər verir ki, hadisə rayonun Qullar kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir qapıya və başqa bir tikiliyə çırpılıb. Nəticədə iki nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.

13:11, 24 iyul Hadisə

Gəncədə bir nəfər şəhərin mərkəzində güllələndi

Gəncədə güllələnmə hadisəsi baş verib. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb. Orta yaşlı kişi aldığı güllə yarası ilə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, araşdırma aparılır.

20:00, 23 iyul Hadisə

Adil Muxtarov Sumqayıt sahilində batdı

Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsinin sahilində Adil Muxtarov adlı şəxs dənizdə batıb. "Bakuinfo" xəbər verir ki, onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

19:39, 20 iyul Hadisə

Azərbaycanda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

"Bakuinfo" "Report"a istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb. Belə ki, istirahət mərkəzində təşkil olunan mərasimdə 10 nəfərdən çox qonaq qidadan zəhərlənib. Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.

05:00, 20 iyul Hadisə

Azərbaycanda ata 22 yaşlı qızını döyərək öldürdü

Gəncədə 22 yaşlı qız qətlə yetirilib. "Bakuinfo" xəbər verir ki, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. Belə ki, 22 yaşlı qız aldığı xəsarətdən dünyasını dəyişib. Onun atası tərəfindən döyülərək öldürüldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

16:13, 19 iyul Hadisə

Azərbaycanda DƏHŞƏT: çox sayda ölən var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. “Bakuinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Hyundai” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində 4 nəfərin öldüyü bildirilir.

13:20, 17 iyul Hadisə

Azərbaycanda DƏHŞƏT: çox sayda ölən var

Salyan rayonunda avtomobil kanala aşıb, 3 nəfər ölüb "Bakuinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Parça Xalac kəndində qeydə alınıb. "QAZ 3111" markalı avtomaşının su kanalına aşması nəticəsində sürücü Salyan rayonunun Parçaxalac kənd sakini, 54 yaşlı Qafarov Sərraf Abbasağa oğlu, sərnişinlər 36 yaşlı Dəmirov Camal Mürşüd oğlu və 38 yaşlı Həsənov Ramiq Vahid oğlu hadisə yerində ölüblər. Faktla bağlı araşdırma aparılır.

16:20, 13 iyul Hadisə

Azərbaycanda silah səsləri eşidildi - ÖLƏN VAR

Sumqayıt şəhərinin Stansiya Sumqayıt adlanan yaşayış massivində güllələnmə hadisəsi qeydə alınıb. 1993-cü il təvəllüdlü, əslən Kəlbəcər rayonundan olan Nuruyev Cavid Saleh oğlu yaşadığı evdə odlu silahla özünə atəş açaraq həyatına son qoyub. Hadisə gecə saatlarında baş verib. Məlumata əsasən, Cavid Nuruyev uzun müddətdir Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşıb və orada yaşayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda

12:17, 13 iyul Hadisə

Qəbələyə istirahətə gedən ailədə faciə: Dörd yaşlı uşaq öldü

Qəbələyə istirahətə gedən ailə faciə ilə üzləşib. “Bakuinfo” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində baş verib. Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi sakini, 2021-ci il təvəllüdlü C.Qasımova (şərti) Qəbələ rayonu, Vəndam qəsəbəsində kirayə qalmaq məqsədilə valideynləri ilə gəldiyi evin həyətində olan hovuzda boğularaq ölüb. Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

10:30, 10 iyul Hadisə

Powered by MirTech