Hadisə

Bakıda avtomobil ana və qızını vurdu - Ölən var

Bakının Qaradağ rayonunda ağır qəza baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən "Bakuinfo"ya verilən məlumata görə, hadisə Bakı-Qazax avtomobil yolunun 46-cı kilometrliyində, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. 1984-cü il təvəllüdlü Elnur Eynulla oğlu Yaqubov idarə etdiyi 99 AU 092 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolun kənarındakı səkiyə çıxıb. Nəticədə o, səkidə olan 1974-cü il

17:10, 09 iyul Hadisə

Azərbaycanda ağır qəza: Mikroavtobus aşdı - Xeyli sayda yaralı var

Ağdam-Füzuli yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. DİN Mətbuat xidmətinin regional qrupundan “Bakuinfo”ya bildirilib ki, qəza bu gün saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində qeydə alınıb. “Ford” markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində mikroavtobusda olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

09:34, 09 iyul Hadisə

3 uşağın meyiti tapıldı — Azərbaycanda tükürpədici hadisənin DETALLARI

Şəmkirdə 3 uşağın suda boğulmasının bəzi təfərrüatları məlum olub. "Report"un məlumatına görə, rayonun Qədimqala kəndinin sakinləri olan, 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və əmisi oğulu, 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlu birlikdə suni göldə çimməyə gediblər. Ehtimallara görə, 4 yaşlı İ.Nadirli suda batıb, bu zaman iki qardaş onu xilas etməyə çalışsalar da, onlar da suda boğulublar. Qeyd edək ki,

11:00, 06 iyul Hadisə

Vitse-prezident Bədəlov Moskvada ölü tapıldı

"Transneft" şirkətinin vitse-prezidenti Andrey Bədəlov Moskvada ölü tapılıb. “Bakuinfo” xəbər verir ki, bu barədə Rusiyanın "Mash" Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, o, bu gün səhər saatlarında Rublevskoye şosesində yaşadığı mənzilin pəncərəsindən yıxılaraq ölüb. İlkin məlumata görə, A.Bədəlovun ürəyində problemlər olub. Onun cansız bədənini yaşadığı binanın nəzarətçisi aşkar edib. O, A.Bədəlovun üzərindən holter cihazı (holterdən ürək ritminin və ürək

12:40, 04 iyul Hadisə

“Golden Beach” istirahət mərkəzində DƏHŞƏT- Ölən var

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Bakuinfo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyulun 1-i saat 21 radələrində Mərdəkan qəsəbəsinin ərazisində yerləşən “Golden Beach” istirahət mərkəzində fəhlə 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

10:00, 03 iyul Hadisə

SON DƏQİQƏ! Əsgərlərimizi daşıyan maşın qəzaya DÜŞDÜ – FOTO

Bu gün səhər saatlarında “N” saylı hərbi hissənin əsgərlərini daşıyan hərbi avtomobil qəzaya uğrayıb. "Bakuinfo" Bizim.Media -ya istinadən xəbər verir ki, hadisə Daşkəsən rayonu istiqamətində qeydə alınıb. Xoşbəxtlikdən qəza nəticəsində həyatını itirən olmasa da, yüngül xəsarət alanlar var. Hadisənin hansı vəziyyətdə baş verdiyi məlum deyil. Qeyd edək ki, məsələ ilə bağlı Müdafiə Nazirliyi rəsmi məlumat yaymayıb.

09:52, 03 iyul Hadisə

"Sputnik Azərbaycan"da saxlanılan iki nəfər binadan çıxarılıb

"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan iki nəfər binadan çıxarılıb. "Bakuinfo""Report"a istinadən xəbər verir ki, həmin şəxslər hüquq-mühafizə orqanlarının avtomobili ilə ərazidən aparılıb. Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir

17:27, 30 iyun Hadisə

Metronun qarşısında DƏHŞƏT: ölən var

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. “Bakuinfo” xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının qarşısında qeydə alınıb. Belə ki, “Toyota Prius” markalı avtomobil 24 yaşlı Ceyhun Səxavət oğlu Abbasovu vurub. Gənc oğlan hadisə yerində ölüb. Faktla bağlı Nizami RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

12:21, 30 iyun Hadisə

Voronejdə azərbaycanlılara qarşı reydlərə başlanıldı

Rusiyanın Voronej vilayətində azərbaycanlılara qarşı genişmiqyaslı reydlərə və həbslərə başlanılıb. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, bunu adıçəkilən ölkənin “Новые известия” nəşri yazıb. Bildirilib ki, Voronejdəki Alekseyevski bazarı ("Çernozemye" topdansatış bazarı) uzun müddətdir hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. İldə bir neçə dəfə burada miqrasiya sahəsində pozuntuların aşkarlanması üçün reydlər keçirilir. Yerli sakinlər mütəmadi olaraq

22:42, 29 iyun Hadisə

Bulvarda meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ Şəhər bulvarı ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə "Bakuinfo"ya FHN-dən bildirilib. Müraciətlə əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb

19:20, 29 iyun Hadisə

Powered by MirTech