Hadisə

Biləsuvarda maşın aşdı

Billəsuvarda yanacaq maşını aşıb. "Bakuinfo" xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında baş verib. 1994-cı il təvəllüdlü Ruhin Baxşəlixanlının idarə etdiyi yanacaqla dolu yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Xəsarət alan sürücü rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Faktla bağlı araşdırma aparılır. (APA)

10:50, 29 dekabr Hadisə

Göygöldə yol qəzası - 3 nəfər xəsarət aldı

Göygöldə baş vermiş yol-nəqliyyat hadisəsi 3 nəfərin xəsarət alması ilə nəticələnib. "Bakuinfo" xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “QAZ 3110” ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub. Qəza nəticəsində 1977-ci il təvəllüdlü F. Quliyev, 1982-ci il təvəllüdlü K. İsmayılova və 1977-ci il təvəllüdlü Z. Huseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

21:03, 26 dekabr Hadisə

Bakıda ağır qəza - Ölənlər var

Bu gün Qaradağ rayonunda sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşrut avtobusu qəzaya düşüb. “Bakuinfo” Milli.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza törədib. İlkin məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən ikisi ölüb, bir neçə nəfər isə xəsarət alıb. *** Respublika Təcili və

11:21, 25 dekabr Hadisə

Bakıda DƏHŞƏT - Bacı-qardaş faciəli şəkildə öldü

Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüblər. "Bakuinfo" xəbər verir ki, hadisə dekabrın 20-də Xətai rayonunda baş verib. 2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Amin yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər. Araşdırma aparılır

10:37, 22 dekabr Hadisə

Azərbaycanda dəhşət - Ər-arvad faciəli şəkildə öldü

Naxçıvanda ər-arvad dəm qazından ölüb. "Bakuinfo" xəbər verir ki, hadisə Babək rayonu, Hacıvar kəndində baş verib. Dəm qazı sızması nəticəsində 1996-cı il təvəllüdlü Altay Cəfərov və onun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Səmənnaz Cəfərova dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır. (APA)

16:59, 21 dekabr Hadisə

İdarə rəisi qəzada həlak oldu

Xocavənddə vəzifəli şəxs qəza nəticəsində ölüb. "Bakuinfo" xəbər verir ki, rayonun statistika idarəsinin rəisi Fərnad Tahirov rayon ərazisində baş verən yol qəzasında həyatın itirib. Bu barədə Xocavənd rayon icra hakimiyyətinin rəsmi “Facebook” səhifəsində məlumat yerləşdirilib. "Təəssüf hissi ilə qeyd edirik ki, Xocavənd rayon Statistika İdarəsinin rəisi, Əmirallar kənd sakini Tahirov Fərnad Tahir oğlu bu gün keçirdiyi qəza nəticəsində vəfat etmişdir. Mərhumun ailəsinə dərin

14:33, 21 dekabr Hadisə

Vəzifəli şəxs qəzada həlak oldu

Xocavənddə vəzifəli şəxs avtomobil qəzasında həlak olub. "Bakuinfo" xəbər verir ki, bu barədə Xocavənd Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, Xocavənd Rayon Statistika İdarəsinin rəisi, Əmirallar kənd sakini Fərnad Tahir oğlu Tahirov bu gün keçirdiyi qəza nəticəsində ölüb.

00:16, 21 dekabr Hadisə

Mais Bərxudarovun sürücüsü olmuş hərbçi həlak oldu - Foto

Salyanda ağır yol qəzası baş verib. “Bakuinfo” xəbər verir ki, Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində “VAZ” markalı avtomobil qəzaya uğrayıb. Nəticədə Neftçala rayon Xıllı kənd sakini 37 yaşlı Zeyqəm Kamil oğlu İbrahimov həlak olub. Bildirilib ki, Z. İbrahimov hərbçi olub. O, Vətən müharibəsində iştirak edib və ağır yaralanıb. Zeyqəm İbrahimov daha əvvəl sabiq korpus komandiri general-leytenant Mais Bərxudarovun sürücüsü kimi də xidmət edib.

12:29, 18 dekabr Hadisə

Azərbaycanda kişi yanaraq öldü

Naxçıvanda 66 yaşlı kişi ocaqda yanaraq ölüb. "Bakuinfo" xəbər verir ki, hadisə Naxçıvan şəhərində baş verib. Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü İsayev Arif Əli oğlu səhər saatlarında yaşadığı evin həyətində yandırdığı ocağın üzərinə yıxılıb. Bir qədər sonra onun yanmış meyiti aşkar edilib. İlkin məlumata görə, 1 ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayev ocağa benzin tökəndə ürək tutmasından ocağa yıxılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

10:34, 18 dekabr Hadisə

Soğan əkən kişi minaya düşdü

Ağdamda sahədə soğan əkən traktorçu minaya düşüb. "Bakuinfo" xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib. Belə ki, kənd sakini Məlik Məmmədov iş başında minaya düşüb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma başlanıb. (Qafqazinfo.az)

22:07, 17 dekabr Hadisə

Powered by MirTech