Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdü - Ölən var
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Ağdam-Füzuli yolunda baş verib. Belə ki, Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar. Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişib, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Ermənistan ordusu Azərbaycanla sərhəddə təxribat törətdi
Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi ilə üzbəüz ərazilərdə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən yanğın törədilib. "Bakuinfo" Globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistan tərəfinin sərhəddə törətdiyi yanğın hadisəsi ərazidəki texniki-müşahidə vasitələri tərəfindən qeydə alınıb. Ekologiyanın mühafizəsi və yanğının geniş ərazini əhatə etməməsi məqsədilə əraziyə cəlb edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən
Azərbaycanda FACİƏ: Oruc tutan qadın qəfil öldü
Zaqatalada 35 yaşlı qadın qəfil ölüb. “Bakuinfo” Lent.az - a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında, imsak vaxtı baş verib. Çökək kənd sakini, 35 yaşlı Rəvanə Qədirova oruc tutmağa hazırlaşanda səhhəti qəfil pisləşib. Beyin qan dövranının kəskin pozulması əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadın tibbi müdaxilələrə baxmayaraq orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Xocavənddə PARTLAYIŞ - Xəsarət alan var
Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var. "Bakuinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursat partlayıb. Nəticədə Füzuli rayonunun Aybasanlı kənd sakini, 2002-ci il təvəllüdlü Əli Ələhbər oğlu Sadıqov əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət
Azərbaycanda DƏHŞƏT: Ölənlər var
Göygöldə 4 nəfər dəm qazından zəhərlənərək ölüb. "Bakuinfo" xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində baş verib. Məlumata görə, vəfat edənlər 1990-cı il təvəllüdlü S. Müseyibova, 1999-cu il təvəllüdlü S. Hüseynli və onun bacıları - 2000-ci il təvəllüdlü M. Hüseynova və 2004-cü il təvəllüdlü X. Hüseynovadır. Faktla bağlı araşdırma aparılır
Neft Emalı Zavodunda yanğın başladı - Video - Yenilənir
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb. “Bakuinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək. *** Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə
Bakıda şəhidin ailə üzvləri faciəli şəkildə HƏLAK OLDULAR
Bakıda 44 günlük Vətən müharibəsi şəhidi Vahid Ağayevin valideynləri həlak olublar. "Bakuinfo" xəbər verir ki, bu barədə Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb. Hadisə axşam saatlarında, Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, şəhidin anası Gülnaz Abdullayeva və atası Məcnun Abdullayev dəm qazından ölüblər. Qeyd edək ki, Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-ündə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. Ailədə öz
SON DƏQİQƏ: Xırdalanda güclü yanğın başladı
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verib. "Bakuinfo" xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatlar əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Azərbaycanda AĞIR QƏZA - 5 nəfər öldü
Ağcabədi rayonunda baş verən zəncirvari qəzada beş nəfər ölüb. “Bakuinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib. “Mercedes”, “Hyundai” və “VAZ” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada “VAZ”ın sürücüsü, həmçinin maşındakı dörd sərnişin hadisə yerində ölüb. Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. Faktla bağlı araşdırma aparılır. *** “Bakuinfo”ya qəza nəticəsində ölən şəxslərin adları bəlli olub. Bunlar Hüsiyev
Yas çadırı qurub geri qayıdırlarmış - Ölənlərin sayı 6-ya çatdı
Dünən axşam saatlarında Ağcabədi rayonu Xocavənd kəndi ərazisində 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı bəzi faktlar üzə çıxıb. “Bakuinfo” “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəzada həyatını itirən 5 nəfərin hamısı rayonun Boyat kənd sakinləri imiş. Onlar Ağcabədinin kəndlərindən birində yas mərasimi üçün çadır quraşdıraraq geriyə-yaşadıqları əraziyə qayıdarkən bədbəxt hadisə ilə üzləşiblər. Bildirilir ki, hadisənin baş verdiyi yolda sürət həddi saatda 70 kilometr olsa