Hadisə

Azərbaycanda GÜCLÜ PARTLAYIŞ - Üç nəfər yaralandı

Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib. “Bakuinfo” xəbər verir ki, bu barədə “OBA” marketlər şəbəkəsinin mətbuat katibi Ülkər Qasımova məlumat yayıb. İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. Hazırda hadisənin təfərrüatları araşdırılır. Daha ətraflı məlumat veriləcək. *** “Veysəloğlu Şirkətlər Qrupu” nun Mətbuat

10:43, 27 fevral Hadisə

Bakıda FACİƏ - ÖLƏNLƏR VAR

Bakıda evdən ər-arvadın cəsədi tapılıb. “Bakuinfo”nun məlumatına görə, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib. Yaşadıqları evdə 45 yaşlı Emil Qasımov və arvadı 48 yaşlı Saudat İsmətovanın cəsədləri tapılıb. Onların hansı səbəblə ölməsi hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

12:10, 25 fevral Hadisə

Sabunçuda ölənlərin sayı 15-ə çatdı - RƏSMİ

22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq “Bakuinfo”ya bildirilib ki, həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi

12:38, 24 fevral Hadisə

Bakıda DƏHŞƏT: bir yerdə yeyib-içən 4 dostun meyiti tapıldı

Bakıda 4 nəfərin meyiti tapılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub. Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər. Hadisə ilə bağlı polis, prokurorluq və kriminalistlərdən ibarət istintaq qrupu yaradılıb. Onların ölüm

22:24, 22 fevral Hadisə

Qaxda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Qax rayonunda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. "Bakuinfo" APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Ləkit kəndində baş verib. 1986-cı il təvəllüdlü Vaqif Süleymanov, onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Röyanə Süleymanova və ailənin 15, 13, 7 yaşlı övladları zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onların evdə işıq generatorundan ayrılan dəm qazından zəhərlənmələri məlum olub. Zəhərlənən şəxslərə lazımi

11:25, 22 fevral Hadisə

Zaqatalada marşrut avtobusu yoldan çıxaraq aşdı - HADİSƏ ANI

Zaqatalada marşrut avtobusu qəzaya düşüb. "Bakuinfo" xəbər verir ki, rayon mərkəzindən Muğanlı kəndinə işləyən marşrut Dağlı kəndi ərazisində aşıb. Qəza nəticəsində bir neçə nəfərin yüngül xəsarət aldığı bildirilir. Qəzaya qarşı hava səbəb olub. "Bakuinfo" "ZAQATALA NEWS" səhifəsinə istinadən qəza anının və hadisədən sonra çəkilmiş görüntülərini təqdim edir:

15:18, 21 fevral Hadisə

Azərbaycanda güclü yanğın: Həyatını itirənlər var

Xəbər verdiyimiz kimi, Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğında oğlan və qız olmaqla iki azyaşlı ölüb, üç nəfər yaralanıb. "Bakuinfo" xəbər verir ki, 7 yaşlı Məmmədov Kənan Xətai oğlu və 4 yaşlı Məmmədzadə Zeynəb Xətai qızı yanaraq vəfat ediblər. 25 yaşlı Rəfiqə Mirzəyeva, 30 yaşlı Xətai Məmmədov və 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

12:20, 21 fevral Hadisə

Paytaxtda gecə saatlarında baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ

Paytaxtın Ziya Bünyadov və Heydər Əliyev prospektində yük avtomobillərinin iştirakı ilə iki qəza baş verib. "Bakuinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol-nəqliyyat hadisələrinin baş verməməsi, tıxac və sıxlıqların yaranmaması üçün bir daha müraciət edib: "İlk növbədə şəxsi avtomobildən istifadə etməməyə çalışın, əgər yola çıxmısınızsa, zəruri ara məsafəsi

12:08, 21 fevral Hadisə

Bakıda marşrut avtobusu piyadanı vurub öldürdü

Bakıda marşrut avtobusu ağır qəza törədib. “Bakuinfo” xəbər verir ki, 1961-ci il təvəllüdlü İlqar Əliyev “Daewoo” markalı 76 saylı xətt marşrut avtobusu ilə Suraxanı rayonu Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsində piyadanı vurub. Nəticədə yolu keçmək istəyən piyada 1973-cü il təvəllüdlü Xibabayev Zahid Qədim oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Suraxanı RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

10:24, 21 fevral Hadisə

Azərbaycanda dəhşət: iki azyaşlı yanaraq öldü - FOTO

Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğında oğlan və qız olmaqla iki azyaşlı ölüb, üç nəfər yaralanıb. “Bakuinfo” bildirir ki, 7 yaşlı Məmmədov Kənan Xətai oğlu və 4 yaşlı Məmmədzadə Zeynəb Xətai qızı yanaraq vəfat ediblər. 25 yaşlı Rəfiqə Mirzəyeva, 30 yaşlı Xətai Məmmədov və 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Meyitlər daxili və xarici müayinə

09:24, 21 fevral Hadisə

Powered by MirTech