Hadisə

Partlayış baş verən evin görüntüləri - FOTOLAR

Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qumbara partlayışı nəticəsində bir ailənin 5 üzvü həlak olub, 3 nəfər isə xəsarət alıb. TNS hadisə yerinin görüntülərini əldə edib. Hadisənin baş verdiyi evin görüntülərini təqdim edirik:

13:50, 31 yanvar Hadisə

Ağcabədidə partlayış nəticəsində ölən şəxslərin adları AÇIQLANDI

Ağcabədidə əl qumbarası partlaması nəticəsində ölən və yaralananların kimliyi məlum olub. "Bakuinfo" "Trend"ə istinadən xəbər verir ki, hadisə zamanı Quliyeva Fatimə, Quliyev Bəhruz, Məmmədli Məhəmməd, Məmmədli Murad, Quliyev Şamil həlak olublar. Məmmədli Ülviyyə, Quliyeva Aysun, Quliyev Natiq isə yaralanıb. Qeyd edək ki, yaralıların sayı 3-ə çatıb.

13:01, 31 yanvar Hadisə

Azərbaycanda GÜCLÜ PARTLAYIŞ: Bir ailənin beş üzvü öldü, yaralılar var

Ağcabədidə əl qumbarası partlayıb, ölən və yaralılar var. “Bakuinfo” Trend-ə istinadən bildirir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib. Hadisə nəticəsində beş nəfər ölüb, iki nəfər isə yaralanıb. Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir. Faktla bağlı araşdırma başlanıb.

12:52, 31 yanvar Hadisə

Azərbaycanda DƏHŞƏT: Ölənlər var

Salyanda avtomobil kollektora düşüb, ölənlər və yaralılar var. “Bakuinfo” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşaraq yolun kənarındakı kollektora düşüb. Hadisə nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir. Hazırda əraziyə təcili yardım briqadası, FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

01:14, 30 yanvar Hadisə

Bu ərazilərdə təhlükə ARTDI: Bakı sakinlərinə XƏBƏRDARLIQ

Son illərdə Bakıda çökmə hadisələri əsasən yol infrastrukturu sahəsində müşahidə olunsa da, yaşayış massivlərində də bu hadisəyə tez-tez rast gəlirik. Məsələn, 2023-cü ildə Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən körpünün üzərində asfalt-beton örtüyünün aşınması nəticəsində çökmə yaranmışdı. Bundan əlavə, 2024-cü ildə ölkə ərazisində qeyri-sabit və yağmurlu hava şəraitindən sonra bəzi bölgələrdə, o cümlədən Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsində

19:12, 29 yanvar Hadisə

Vəzifəli şəxs ağır qəzada HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR

Salyanda yol-nəqliyyat hadisəsi baş verib. "Bakuinfo" APA-ya istinadən məlumat verir ki, hadisə Salyan rayonunun Şorsulu kəndində qeydə alınıb. VAZ markalı avtomobillərin toqquşması nəticəsində 3 saylı Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Biləsuvar rayonu üzrə nümayəndəsi və oranın digər əməkdaşı Şorsulu kənd sakini, Mustafa Əhmədov hadisə yerində ölüblər. Yaralılar Cəlal Ceyhun oğlu Quliyev və Samid Eldəniz oğlu Zeynalov isə Salyan xəstəxanasına yerləşdiriliblər. Faktla

20:43, 28 yanvar Hadisə

Bakıda hündürmərtəbli bina yanır: Sakinlər təxliyə edilir - YENİLƏNİB

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binası yanır. Bu barədə "Ajans"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. *** Yasamal rayonu ərazisində

19:23, 28 yanvar Hadisə

Lənkəranda sərnişin avtobusu aşıb, xəsarət alanlar var - FOTO - VİDEO

Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib. APA-nın cənub bürosu xəbər verir ki, qəza Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində qeydə alınıb. Sərnişin avtobusu "VAZ-2107" markalı avtomobilin üstünə aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

14:14, 28 yanvar Hadisə

Bakıda bağ evində partlayış oldu - ölən var

Bakıda yaşayış evində partlayış olub. Hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Bağ evində qaz sızmasından baş verən partlayış nəticəsində orada yaşayan Quliyev Nurəddin Mustafa oğlu aldığı yanıq xəsarətindən ölüb. Faktla bağlı araşdırma aparılır./lent.az

14:47, 27 yanvar Hadisə

Azərbaycanlı məşhur tiktokerin evinə silahlı basqın edildi

Məşhur "TikTok" fenomeni Nia və Furkan Ağluçun evinə silahlı basqın olub. ”Bakuinfo” xəbər verir ki, maskalı və əli silahlı şəxs Furkanın evdən çıxdığını görüb və evin arxasındakı mətbəx qapısından evə daxil olub. Nianın evdə yalnız olmasını görən şəxs onu silahla hədələyərək qızılları verməsini tələb edib. Külli miqdarda zinət əşyasını götürüb evdən qaçan soyğunçu Niaya heç bir zərər verməyib. 5 günlük araşdırmadan sonra o, Diyarbakır şəhərində yaxalanaraq həbs olunub. Furkan Ağluç

11:21, 26 yanvar Hadisə

Powered by MirTech