Hadisə

Azərbaycanda GÜCLÜ YANĞIN - VİDEO

Sumqayıtda yaşayış evi yanır, xəsarət alan var. ”Bakuinfo” "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospekti, "Əşya bazarı" adlanan yerdə qeydə alınıb. Yanğının söndürülməsinə yanğından mühafizə bölmələri cəlb edilib. İlkin məlumata görə, hadisə zamanı yanğınsöndürən Bəxtiyar Ağayev adlı şəxs xəsarət alıb. Sosial şəbəkələrdə Sumqayıt şəhəri ərazisində yanğın baş verməsi ilə bağlı məlumat yayılıb. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN)Oxu.Az-ın

14:54, 19 yanvar Hadisə

DİN İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb

Daxili İşlər Nazirliyi İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb. ”Bakuinfo” xəbər verir ki, görüntüdə hərəkətdə olan xidməti avtomobilin qarşısına "Mercedes" markalı maşının çıxaraq qəza şəraiti yaratması əks olunub. Görüntünü təqdim edirik:

17:37, 18 yanvar Hadisə

Azərbaycanda DƏHŞƏT - İki uşaq həyatını itirdi

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətindən “Bakuinfo”ya bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb. Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

14:29, 18 yanvar Hadisə

Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub, 80 min manat oğurlanıb

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Bu barədə Ölkə.Az-a danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib. O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib. C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməldaşı olduğunu deyərək aldadıb: "Telefonla zəng edərək dedilər ki, sizin şifrənizimi, kartınızımı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80

10:21, 18 yanvar Hadisə

Bakıda piyada son anda ölümdən xilas oldu - ANBAAN GÖRÜNTÜLƏR

Qəzalar nəticəsində işıqforlar yararsız hala düşüb, piyada son anda qəzadan xilas olub. "Bakuinfo"nun xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, ötən gün axşam saatlarında paytaxtın Ceyhun Hacıbəyli və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman yolun hərəkəti hissəsindən keçən piyada qəzadan son anda xilas ola bilib. Hadisə zamanı kəsişmədə olan piyada işıqforu

15:58, 17 yanvar Hadisə

Niyam Salami dələduzluqda ittiham olunur

Müğənni Niyam Salami bir nəfəri aldadaraq 21 800 manat dəyərində malını mənimsəmədə ittiham olunur. "Bakuinfo" Oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini E.Abbəkirov 2023-cü ilin avqust ayında Novxanı qəsəbəsində yerləşən restoranın icarədarı Niyaməddin Səfərovun (müğənni Niyam Salami - red.) ondan 21 800 manat dəyərində kömür alıb pulunu verməməsini bildirilib. Faktla bağlı araşdırma aparılır.

10:46, 17 yanvar Hadisə

Aeroport şosesində baş verən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Ötən gün Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. "Bakuinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Qəza səbəbindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində sıxlıq yaranıb. Həmin qəzanın anbaan görüntülərini təqdim edirik:

10:31, 17 yanvar Hadisə

Azərbaycanda DƏHŞƏT: Ölənlər var

Sumqayıtda minik avtomobilləri toqquşub, ölənlər var. "Bakuinfo" xəbər verir ki, hadisə Sülh küçəsində qeydə alınıb. "Hunday" və KİA markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

08:57, 17 yanvar Hadisə

Azərbaycanda tanınmış iş adamı ağır qəzaya düşdü - FOTO

Beyləqan rayonu ərazisində iki minik maşını və yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Çavuş Göçər Yunus türkiyəli tanınmış iş adamı imiş. ”Bakuinfo” TNS-ə istinadən xəbər verir ki, Çavuş Göçər Yunus Türkiyədə tanınmış “Eu-Turan” Şirkətlər Qrupunun rəhbəridir. Türkiyədə tekstil işi ilə məşğul olan şirkətlər qrupu bir neçə xarici ölkədə də tanınır. İş adamı Azərbaycana gəzmək üçün gəlibmiş. O azad olunan ərazilərdən qayıdarkən yolda qəzaya düşüb.

19:27, 16 yanvar Hadisə

Bakıda YPX maşını dəhşətli qəzaya düşdü - ANBAAN GÖRÜNTÜLƏR

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. “Bakuinfo” xəbər verir ki, qəza ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda YDM-ə daxil olmaq istəyən avtomobilin avtobus zolağı ilə sürətlə hərəkət edən YPX maşını ilə toqquşması əks olunub. Həmin görüntüləri təqdim edirik: [media= ]

01:38, 05 yanvar Hadisə

Powered by MirTech