Hadisə

"BakuBus" avtobusu ilə yük avtomobili toqquşdu, ölən və yaralılar var

Bakı-Qazax magistral yolunda "BakuBus" avtobusu ilə yük avtomobili toqquşub. Bununla bağlı Oxu.Az-a hadisə yerindən görüntülər daxil olub: Hadisə ilə bağlı Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib ki, ilkin məlumata görə, "BakuBus" avtobusunun içərisindəki bir sərnişin həlak olub: "Hadisə Bakı-Qazax magistral yolunun 24-cü kilometrliyində saat 10:30-da baş verib. Yol kənarındakı, Tacikistan

12:39, 04 yanvar Hadisə

Ölkə ərazisinin hava məkanında partlayış baş verib? - VİDEO

Ölkə səmasında naməlum partlayış səsi eşidilib. Bakues.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntülər yayılıb. Səmadakı ağ buluda bənzər görüntünü lentə alan vətəndaşların sözlərinə görə, bu gün səhər saat 11:00 radələrində Siyəzən, Şabran, Xaçmaz səmasında naməlum partlayış səsi eşidilib. Partlayışdan sonra səmada tüstü dumanının müşahidə edildiyi iddia olunur. İlkin məlumata görə, partlayış hava məkanında zərərsizləşdirilən dronla bağlıdır. Müvafiq qurumlar hələlik yayılan

00:01, 04 yanvar Hadisə

Bakıda avtomobil polis bölməsinə çırpıldı: Maşında tanınmış müğənninin qızı olub?

"2025-ci ilin ilk günü mənim maşınımı vuran 90-OJ-071 dövlət nömrə nişanlı "Hyundai Azera" markalı avtomobilin sürücüsü olub. Maşında bir oğlan, bir qız olublar". Bunu hadisə nəticəsində zərər çəkən avtomobillərdən birinin sürücüsü Oxu.Az-a verdiyi açıqlamada deyib. O qeyd edib ki, avtomobili sürən oğlanın 17 yaşı olub. "Mən iki nəfəri gördüm. Deyəsən, çox adam olub, qoyub qaçıblar, Maşını gətirib 33-cü polis bölməsinə çırpıblar. Bildiyimə görə, maşındakı sərnişin

15:37, 01 yanvar Hadisə

Bayram gecəsi faciəvi şəkildə öldü

Bayram gecəsi yolun kənarında dayanan piyada canından olub. “Bakuinfo”nun məlumatına görə, hadisə Tovuz rayonunun Əlimərdanlı kəndində qeydə alınıb. Belə ki, magistral yolda hərəkət edən “BMW” və "VAZ-2107" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən aşan “BMW” yolun kənarında dayanan 69 yaşlı Həmid Tağıyevi vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Toqquşan avtomobillərdə olan 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

09:32, 01 yanvar Hadisə

Zaqatalada qəza: Bir ailənin beş üzvü xəsarət aldı

Zaqatalada ağır yol qəzası baş verib. “Bakuinfo” APA-ya istinadən xəbər verir ki, hadisə ilin son günü dekabrın 31-dən Yeni ilin ilk gününə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, baş vermiş qəza zamanı biri azyaşlı olmaqla 5 nəfər xəsarət alıb. Xəsarət alanların bir ailənin üzvüləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

09:02, 01 yanvar Hadisə

Bakıda polislər qəzaya düşdü - 1 ölü, 1 yaralı - YENİLƏNİB

Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərindən Bakupost.az -a bildirilib ki, post-patrul xidmətinin iki əməkdaşı qəzaya düşərək ağır bədən xəsarəti alıblar. Yaralılardan birinin - Emil Zeynalovun vəziyyətinin kəskin ağır olduğu bildirilir. Xəsarət alanlar Təcili Tibbi Yardımla xəstəxanaya aparılıblar. *** Qəza nəticəsində ağır xəsarət alan 1987-ci il təvəllüdlü Emil Zeynalov vəfat edib. Digər yaralı - Anar Abbaszadənin vəziyyəti isə normaldır.

16:02, 31 dekabr Hadisə

Azərbaycanlı yeniyetmələrin ölümünə görə qarşıdurma yarandı - Video

Xəbər verdiyimiz kimi, Gürcüstanda iki azərbaycanlı yeniyetməni avtomobil vuraraq öldürüb. “Qafqazinfo” gürcü mətbuatına istinadən xəbər verir ki, həmyerlilərimiz iki yeniyetmənin həyatını itirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı etiraz aksiyası keçiriblər və vəziyyət gərginləşib. Məlumata görə, sakinlər uzun müddətdir təcili yardımı gözlədiklərini, lakin həkimlərin gəldikdən sonra yeniyetmələrə deyil, avtomobil sürücüsünə ilkin tibbi yardım göstərdiyini bildiriblər və bu da

12:38, 31 dekabr Hadisə

Qəzaya uğrayan "Embraer 190" hava gəmisinin qara qutusunda nələr var?

Qəza edən azal təyyarəsinin qara qutusunda əsasən iki növ məlumat toplanır: uçuş məlumatları və pilotların səsi. 1. Uçuş məlumatlarının qeydi (Flight Data Recorder - FDR): Bu hissə təyyarənin uçuş zamanı aldığı müxtəlif parametrləri qeydə alır. Bunlara təyyarənin sürəti, hündürlüyü, bucağı, mühərrik vəziyyəti, qanadların bucağı, təzyiq və temperatur kimi məlumatlar daxildir. Bu məlumatlar təyyarənin qəza səbəbini anlamağa kömək edir. 2. Pilotların səsinin qeydi (Cockpit Voice Recorder - CVR):

22:36, 30 dekabr Hadisə

Daha bir məmur külli miqdarda qızılla tutuldu: Bakı aeroportunda əməliyyat - VİDEO

Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb. Ajans.az "Bakupost"a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb. Qeyd edək ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır. Xatırladaq ki,

20:19, 30 dekabr Hadisə

Müğənni Tural Gəncəli həbs edildi- VİDEO

Müğənni Tural Gəncəli yol hərəkəti qaydalarını pozaraq bir neçə avtomobilə ziyan vurub. "Bakuinfo" xəbər verir ki, görüntülərdə onun Prius markalı maşını bir neçə dəfə qəsdlə vuraraq, ərazidən uzaqlaşdığı, polis əməkdaşlarının tələbinə məhəl qoymadığı görünür. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, idarənin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında olan, hərəkət iştirakçılarının həyatına real təhlükə

22:23, 29 dekabr Hadisə

Powered by MirTech