Hadisə

Partiya sədrinin nəvəsinin meyiti tapıldı

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində 18 yaşlı gəncin meyiti aşkarlanıb. “Bakuinfo” xəbər verir ki, hadisə şəhərin 30-cu məhəllə ərazisində qeydə alınıb. Məlumata görə, həmin ərazidə yaşayan 2007-ci il təvəllüdlü Fəttayev Müşfiq Mirmehdi oğlunun cansız bədəni yaxınları tərəfindən tapılıb. Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilib. Əraziyə gələn həkimlər gəncin artıq həyatını itirdiyini müəyyən ediblər. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hadisə yerinə

21:39, 17 dekabr Hadisə

Bakıda orta məktəbdə FACİƏ: müəllim dərsdə ÖLDÜ

Bakıda müəllim iş yerində ölüb. "Bakuinfo" xəbər verir ki, hadisə Qaradağ rayonu Korgöz qəsəbəsinin ərazisində yerləşən 197 saylı tam orta məktəbdə qeydə alınıb. Orada müəllim işləyən qəsəbə sakini, 1979-cu il təvəllüdlü Sevda Qismət qızı Həsənova qəfil ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilir. Araşdırma aparılır.

11:10, 17 dekabr Hadisə

Binə Ticarət Mərkəzində görünməmiş gecə…

Binə Ticarət Mərkəzində saatlardır elektrik enerjisinin kəsildiyi bildirilir. "Bakuinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunur ki, soyuq hava və qaranlıq səbəbindən mağaza sahibləri obyektləri erkən bağlamaq məcburiyyətində qalıb. Əldə etdiyimiz məlumata görə, ticarət mərkəzinin yaxınlığında yerləşən 35 kV-lıq elektrik dirəyi aşıb. Nəticədə ticarət mərkəzinə elektrik verilişində fasilə yaranıb. Hazırda problemin aradan qaldırılması üçün müvafiq

21:42, 16 dekabr Hadisə

Azərbaycanda məşhur polkovnikə ağır itki

Məşhur Ramaldanovlar ailəsində bir neçə saat əvvəl böyük faciə yaşanıb. Polkovnik Şair Ramaldanovun qardaşı, polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasına düşüblər. "Bakuinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov qeyd edib. O bildirib ki, qəza nəticəsində ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla xanım Ramaldanova və 43 yaşlı Cəmilə xanım Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər. Ailə üzvlərindən

01:03, 15 dekabr Hadisə

Bakıda kişi arvadını mağazada öldürdü

Bakıda qətl hadisəsi törədilib. Baş Prokurorluğun Mətbuat xidmətindən "Bakuinfo"ya bildirilib ki, dekabrın 2-də paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsi ərazisində yerləşən mağazalardan birində 1995-ci il təvəllüdlü Leyla Quliyevanın qəsdən öldürülməsinə cəhd faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq sonuncunun əri Faxrəddin Quliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

15:11, 03 dekabr Hadisə

Kişi kanala düşən qadını xilas edərkən öldü

Bərdədə kişi su kanalında boğulan şəxsi xilas edərkən ölüb. "Bakuinfo" xəbər verir ki, hadisə Nazirli kəndində baş verib. Belə ki, 1957-ci il təvəllüdlü Yasin Kərimov 1981-ci il təvəllüdlü Sərəncam Kərimovanı su kanalından çıxarmaq istəyərkən boğularaq ölüb. Sərəncam Kərimova isə sudan sağ olaraq çıxarılıb. Faktla bağlı araşdırma aparılır. (APA)

09:29, 03 dekabr Hadisə

Bakıda maşın yandı - Sürücü öldü

Bakıda avtomobil sürücüsü ilə birgə yanıb. Bu barədə “Bakuinfo”ya FHN-dən bildirilib. Qeyd edilib ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisinidə, Binə-Sədərək yolunda avtomobil yanıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində “DONG FENG AEOLUS E 70” markalı minik avtomobilinin yanar hissələri yanıb. Atomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar

09:10, 03 dekabr Hadisə

Azərbaycanda ər-arvad faciəli şəkildə öldü

Samuxda iki nəfər dəm qazından boğularaq ölüb. "Bakuinfo" xəbər verir ki, rayon sakinləri - 1957-ci il təvəllüdlü T.Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı M.Musayeva yaşadıqları evin hamamında dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı araşdırma aparılır. (Apa)

15:56, 01 dekabr Hadisə

Cəlilabadda qadın ərini öldürdü

Noyabrın 30-u saat 13:00 radələrində xəsarət alması səbəbilə 1990-cı il təvəllüdlü (kişi) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, ona döş qəfəsinin, ürək nahiyəsinə nüfuz edən kəsilmiş-deşilmiş iti alət yarası, ürəyin tomponadası, daxili qanaxma və hemorragik şok 3-4 diaqnozu təyin edilib. Pasiyent dərhal cərrahi əməliyyata alınıb. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin

19:52, 30 noyabr Hadisə

Azərbaycan kəndində kütləvi dava: 3 nəfər öldü

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhəri yaxınlığındakı Golan kəndində kütləvi dava olub. "Bakuinfo" xəbər verir ki, bu haqda yerli media məlumat yayıb. Məlumata görə, dava nəticəsində 3 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Əyalət polisinin yaydığı məlumatda ölü sayının artacağı ehtimalının olduğu bildirilib. Ailələr arasında baş verən kütləvi dava iştirakçılarının hamısı həbs edilib. (Axar.az)

14:21, 28 noyabr Hadisə

Powered by MirTech