Hadisə

Azərbaycanda AĞIR QƏZA: Ölənlər var

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan "KİA " markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər hadisə yerində ölüb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

17:45, 19 dekabr Hadisə

İsmayıllıda FACİƏ: ata oğlunun meyitini tualetdən tapdı

İsmayıllıda sanitar qovşaqdan meyit tapılıb. Lent.az-ın məlumatına görə, hadisə İvanovka kəndində baş verib. 20 yaşlı Minnikov Vitaliy Yuryeviçin meyiti yaşayış evinin həyətində evdən ayrı tikilmiş sanitar qovşaqda atası tərəfindən tapılıb. Mərhumun nədən öldüyü isə hələlik məlum deyil. Araşdırma aparılır.

16:29, 19 dekabr Hadisə

Bakıda AĞIR QƏZA - 11 yaşlı qız öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Bakuinfo" Lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan-Türkan avtomobil yolunda baş verib. 35 yaşlı Davud Əhməd oğlu Əhmədovun idarə etdiyi avtomobillə 34 yaşlı Elvin Zülfüqar oğlu Allahverdiyevin idarə etdiyi qızıl rəngli "Hyundai Avente" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb. Sərnişinlərdən biri 11 yaşlı Zəhra Davud qızı Əhmədzadə aldığı xəsarətlərdən Respublika

16:08, 19 dekabr Hadisə

Sumqayıtda HADİSƏ: Bir ailənin beş üzvü...

Sumqayıtda bir ailənin beş üzvü dəm qazından zəhərlənib. "Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin "Yaşıl dərə" yaşayış massivində qeydə alınıb. Dəm qazından zəhərlənən şəxslər 1985-ci il təvəllüdlü Qabil Niftalı oğlu Orucov, onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Gülbuta İmamverdi qızı Orucova, övladları - 2019-cu il təvəllüdlü Niftalı Qabil oğlu Orucov, 2008-ci il təvəllüdlü Aysun Qabil qızı Orucova və 2016-cı il təvəllüdlü Samirə Qabil qızı Orucovadır.

14:36, 19 dekabr Hadisə

Azərbaycanda məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

"Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub". "Bakuinfo" xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin yaydığı məlumatda deyilir. Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyrə ediliblər. "Tovuz rayonu

12:48, 19 dekabr Hadisə

"Neolit" şadlıq evində yanğın başladı

Bakıda yanğın baş verən obyektin "Neolit" restoranı olduğu müəyyənləşib. Bakuinfo.net Report-a istinadən xəbər verir ki, yanğıln restoranın anbarında baş verib. Hazırda FHN qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. *** Bakıda obyekt yanır. "Bakuinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində

10:04, 19 dekabr Hadisə

Şəhidin atası partlayış zamanı HƏLAK OLDU - TƏFƏRRÜAT

Gəncədə baş verən partlayış hadisəsinin detalları məlum olub. Hadisə Məhsəti qəsəbəsində qeydə alınıb. 47 yaşlı Asif Tağıyev fərdi yaşayış evinin həyətində mərmi ilə ehtiyatsız davrandığı üçün partlayış baş verib. Nəticədə, ev sahibi həyatını itirib. "Şəhid atasıdır, oğlu 44 günlük Vətən müharibəsində şəhid olub. Metal tullantıları toplayıb satırdı", - mərhumun qardaşı Arif Tağıyev bildirib. Qeyd edək ki, Asif Tağıyev Vətən müharibəsi şəhidi Eşqin Tağıyevin atası olub. Ətraflı Baku

19:13, 18 dekabr Hadisə

Nazir köməkçisinin atası infarktdan öldü: Qızının faciəsinə tab gətirmədi

Bir müddət əvvəl Xaçmazda iki rəfiqənin göbələkdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik. "Bakuinfo" Lent.az-a istinadən xəbər verir ki, onlardan Günel Abdullayevanın atası V.Abdullayev də iki gün əvvəl infarktdan dünyasını dəyişib. Məlumata görə, buna səbəb onun qızının ölümünə dözə bilməməsi olub. Qeyd edək ki, hadisə oktyabr ayında Xaçmaz rayonu Seyidli kəndində, meşədə baş verib. 47 yaşlı İlahə Vilayət qızı Bayramova rəfiqəsi Günel Valeh qızı Abdullayeva ilə birgə həmin

16:24, 18 dekabr Hadisə

Azərbaycanda partlayış oldu - ÖLƏN VAR

Gəncə şəhər Məhsəti qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb. Bakuinfo.net xəbər verir ki, Daşkəsən rayonu sakini, 1974-cü il təvəllüdlü Asit Tağıyev sursatın partlaması nəticəsində aldığı xəsarətdən həyatını itirib. Qeyd edək mərhum həmin sursatı taparaq yaşadığı ünvana gətirib və ehtiyatsızlıqdan partlayış olub. Faktla bağlı araşdırma aparılır.

14:34, 17 dekabr Hadisə

Azərbaycanda hərbçi qəzaya düşdü

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Bakuinfo.net "Unikal"a istinadən xəbər verir ki, qəza Ağcakənd qəsəbəsi istiqamətində qeydə alınıb. İdarəetmədən çıxan VAZ-2107 markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Sükan arxasında olan hərbçi - 2002-ci il təvəllüdlü Rüstəm Abdullayev xəsarət alıb, ona zəruri tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

21:29, 16 dekabr Hadisə

Powered by MirTech