Hadisə

Məşhur Şirkətin direktoru evində ölü tapıldı

Aze Bilişim Finance” MMC-nin direktoru Ali Akşun evində ölü tapılıb. Bakuinfo.net ajans.az-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma başlanıb. Şirakətin hüquqşünasının iştirakı ilə polis əməkdaşları tərəfindən meyit ekspertizaya aparılıb. Mərhumun ölüm səbəbini müəyyənləşdirmək məqsədilə bədənindən nümunələr götürülüb. İlkin ekspert rəyinə görə, Ali Akşunun ölümünə narkotik vasitə və ya digər zərərli vərdişlər səbəb olmayıb.

16:09, 16 dekabr Hadisə

Bakıda Bədbəxt hadisə: Xəstəxananın lifti qırıldı

Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən "Avrasiya Hospital"da bədbəxt hadisə baş verib. Hadisə dekabrın 15-nə keçən gecə saat 23 radələrində olub. Belə ki, xəstəxananın liftinin qırılması nəticəsində paytaxt sakini 1978-ci il təvəllüdlü Rəhman Əlisəfa oğlu Məmmədov xəsarət alıb. Ona tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır./"Qafqazinfo"

15:12, 16 dekabr Hadisə

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölən var

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakuinfo.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndi ərazisində qeydə alınıb. VAZ-2121 ("Niva") avtomobilinin aşması nəticəsində sürücü, 1997-ci il təvəllüdlü H.Hacıyev hadisə yerində ölüb. Avtomobildə olan iki nəfər isə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Qəzada ölən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

15:01, 16 dekabr Hadisə

Ucarda DƏHŞƏT: Azyaşlı hovuzda boğulub öldü

Ucarda 5 yaşlı uşaq hovuzda boğularaq ölüb. Bakuinfo.net "Unikal"a istinadən xəbər verir ki, hadisə Qaradağlı kəndində baş verib. Nəzarətsiz qalan 2019-cu il təvəllüdlü Rüfət Dəyanət oğlu İsmayılov hovuzda boğulub. Faktla bağlı araşdırma aparılır.

23:17, 15 dekabr Hadisə

Azərbaycanda iş adamı lüks avtomobili ilə qəzada öldü

Quba rayonunun Üçgün kəndi ərazisində "Lexus" markalı avtomobil dərəyə aşıb. Bakuinfo.net "Unikal"a istinadən xəbər verir ki, qəza nəticəsində 1979-cu il təvəllüdlü Xaçmaz rayon sakini Şamil Zehyəddin oğlu Orucov ölüb. Avtomobildə olan sərnişinlər - 1985-ci il təvəllüdlü Faiq Orucov, 1978-ci il təvəllüdlü Ratiq Dəmirov və 1977-ci il təvəllüdlü Ceyhun Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, hazırda onlara

23:00, 15 dekabr Hadisə

"Lexus" dərəyə aşdı: Ölən və yaralananlar var

Quba rayonunun Üçgün kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakuinfo.net APA-ya istinadən xəbər verir ki, "Lexus" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə bir nəfər ölüb, iki nəfər ağır xəsarətlər alıb. Hazırda fakt araşdırılır.

21:15, 15 dekabr Hadisə

Tanker qəzası ilə bağlı SON DƏQİQƏ: 13 dənizçi...

Xəbər verdiyimiz kimi, Kerç boğazı yaxınlığında "Volgoneft 212" adlı tanker qəzaya düşüb. Bakuinfo.net xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, tankerdən 13 dənizçi təxliyə edilib, bir ekipaj üzvü isə həlak olub. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir. İlkin ehtimallara əsasən, qəza texniki nasazlıq və ya əlverişsiz hava şəraiti səbəbindən baş verə bilər. Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi ("Rosmorreçflot")

16:31, 15 dekabr Hadisə

Azərbaycanda evdə PARTLAYIŞ - Yaralanan var

Bu gün saat 09:14-də Quba rayonu Alekseyevka kəndi ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 1962-ci il təvəllüdlü şəxs (qadın cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə hospitalizasiya olunub. Bakuinfo.net-in xəbərinə görə, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, ona üzün, hər iki əlin və sağ diz oynağinin I-II dərəcəli termiki yanığı (10%) diaqnozu təyin olunub və xəstəxananın Travmatologiya şöbəsinə

16:09, 15 dekabr Hadisə

Azərbaycanda AĞIR QƏZA: Ölən var

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bakuinfo.net lent.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 13-də Mil qəsəbəsi ərazisində baş verib. Şamil Məhəmməd oğlu Nağıyevin idarə etdiyi VAZ-21099 markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarında işıq dirəyinə dəyib. Sürücü Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, yaralı dekabrın 14-də orada ölüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

11:56, 15 dekabr Hadisə

Bakı metrosunda bədbəxt HADİSƏ: Ölən var

Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb. Qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Bakuinfo.net-ə bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib. “İş vaxtı bitən, “İnşaatçılar” stansiyasında iş yerini 05:30-da tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də “Koroğlu” stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib. Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti

13:08, 14 dekabr Hadisə

Powered by MirTech