Azərbaycanda transseksual vəzifəli şəxsin atasını ŞANTAJ ETDİ
Azərbaycanda cinsi azlıq nümayəndəsi vəzifəli şəxsin atasını hədələyərək 12900 manat pul alıb. Publika.az -ın əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən İmişli şəhər sakini 1989-cu il təvəllüdlü Sulduz Bayramov barəsində cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilib. Araşdırmalar zamanı məlum olub ki, Sulduz sosial şəbəkələrdə qadın adı ilə qeydiyyatdan keçib və İmişli rayonunda
Bakıda idman zalında DƏHŞƏT: Ölən var
Bakının Xətai rayonunda idman zalında ölüm hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində yerləşən "Hədəf" idman klubunda qeydə alınıb. Belə ki, məşq zamanı yeniyetmə idmançılardan birinin digər idman yoldaşına tətbiq etdiyi fənd digərinin boğulmasına səbəb olub. Əraziyə təcili tibbi yardım çağırılsa da, boğulma təhlükəsi ilə üzləşən yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin təfərrüatı araşdırılır.
Azərbaycanda yaşayış evində PARTLAYIŞ: Xəsarət alan var
Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun kəndlərinin birindəki yaşayış evində qeydə alınıb. Nəticədə ev sahibi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dərhal əraziyə FHN-in Şəmkir Rayon Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb olunublar. Ərazidə yanğın baş verməməsi üçün təhlükəsizlik tədbirləri görülüb.
Bakıda evdə güclü partlayış: Ölən var
Bakıda yaşayış evində qaz balonu partlayıb. Hadisə bir neçə gün əvvəl Bakının Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb. Türkan qəsəbəsindəki evlərdən birində qaz balonunun partlaması nəticəsində yanğın olub. Nəticədə ev sahibi, 1956-cı il təvəllüdlü Eyyub Qasım oğlu Əliyev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq E.Əliyev dekabrın 12-si orada ölüb. Faktla bağlı araşdırma aparılır./Lent.az
Nazir qəzaya düşdü, sürücüsü öldü
Mordoviya Respublikasının mədəniyyət naziri Svetlana Baulina ezamiyyətdən qayıdarkən ağır qəzaya düşüb. Onun sürücüsü dünyasını dəyişib. Bakuinfo.net Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə dekabrın 11-nə keçən gecə Saranskdan 150 kilometr aralıda, respublikanın Atyuryevski rayonu ərazisində, M-5 avtomobil yolunda baş verib. Baulina ezamiyyətdə olduğu Ryazandan qayıdırmış. Səfər zamanı onun olduğu “Skoda” markalı minik avtomobili yük maşını ilə toqquşub və sürücüsü ölüb. Nazir özü Saransk
AĞIR QƏZA - Ölən və xəsarət alanlar var
Ağsuda ölümlə nəticələnən yol qəzası olub. 1960-cı il təvəllüdlü Bəbir Şirin oğlu Mehdiyevin idarə etdiyi “VAZ 21074" markalı avtomobillə 1987-ci il təvəllüdlü Elmin Ənnağı oğlu Nağıyevin idarə etdiyi “Toyota Prius" markalı maşın toqquşub. Nəticədə “VAZ 21074"ün sürücüsü Bəbir Mehdiyev hadisə yerində ölüb, avtomobildə olan sərnişin, 2014-cü il təvəllüdlü Ceyhun Vüqar oğlu Həsənli, “Toyota Prius"un sürücüsü Elmin Nağıyev və avtomobildə olan 1997-ci il təvəllüdlü Mirzə
Bakıda dəhşətli hadisə - Uşağın qarnından QAPI DƏSTƏYİ ÇIXDI
Bu gün Xətai Tibb Mərkəzində həyata keçirilmiş əməliyyat diqqət cəlb edib. Lent.az araşdırdı ki, hadisə 107 nömrəli məktəbdə baş verib. Məktəbdən saytımıza verilən məlumatda da xəbər təsdiqini tapdı. Belə ki, məlumata görə, 5-ci sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) II mərtəbədə ayaqyouluna gedərkən sürətlə qaçdığı üçün qapının tutacağına toxunub. Nəticədə qapının dəstəyi şagirdin qarın nahiyyəsinin dərisinə batıb. Məsələ ilə bağlı dərhal təcili-tibbi yardıma müraciət
Bakıda DƏHŞƏT: Ailəsi kişinin asılmış meyitini tapdı
Bakıda intihar baş verib. Hadisə Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 37 yaşlı Rövşən Tağı oğlu Əliyev yaşadığı evin həyətində özünü asıb. R.Əliyevin özünə qəsd etməsinin səbəbləri hələ məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Lent.az
Azərbaycanda AĞIR QƏZA - Ölən var
Ağsu-Kürdəmir avtomobil yolunun Ağsu rayonunun Hacısəmədli kəndi ərazisindən keçən hissəsində qəza baş verib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bakuinfo.net-ə bildirilib ki, səhər saatlarında qeydə alınan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri, Mehdiyev Bəbir Şirin oğlu aldığı xəsarətlərdən ölüb. Hadisə zamanı daha 3 nəfər-2014 ci il təvəllüdlü Ceyhun Vüqar oğlu Həsənli, 1987-ci il təvəllüdlü Elmin Ənvər oğlu Nağıyev və 1997-ci il təvəllüdlü Mirzə
SON DƏQİQƏ! Azərbaycanda dövlət işçiləri ağır qəzaya düşdü - Yaralılar var
ANAMA əməkdaşları Füzulidə qəzaya düşüb. Bakuinfo.net Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Horadiz qəsəbəsi ərazisində baş verib. Belə ki, rayonun Qayıdış 3 qəsəbə sakini 1995-ci il təvəllüdlü Qəhrəmanov Samir Salman oğlu idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına yuvarlanıb. Nəticədə sürücü S.Qəhrəmanov olmaqla avtomobildə olan rayonun Qayıdış 3 qəsəbə sakini 2000-ci il təvəllüdlü Bəylərzadə Ramiz İlqar oğlu və Qayıdış 2 qəsəbə