Türkiyədə polislərə hücum edilib
Türkiyə -İzmirdə meydana gələn hadisədə, məhəllədə silahlı dava çıxdığı xəbəri üzərinə çox sayda polis qrupları bölgəyə sövq edilib. Bakuinfo.net xəbər verir ki, ünvana gələn polis qruplarına M.S.Ç. adlı şübhəli şəxs tərəfindən silahlı hücum edilib. Hücumda 2-si ağır olmaqla ümumi 3 polis - komissar F.H.A və polis əməkdaşı M.T.B. və polis məmuru İ.G. yaralanıb. Onu da qeyd edək ki, hücumu həyata keçirən şəxsin iş yerinə bölgədə vətəndaşlar tərəfindən hücum edildiyi öyrənilib.
Laçında bir nəfərə ayı hücum etdi, hərbçilər köməyə gəldi
Bakuinfo.net Globalinfo.az-a istinadən xəbər verir ki, hadisə Həkəri çayının sahilində baş verib. Yaxınlıqda olan hərbçilər səsi eşidərək hadisə yerinə gəliblər və sürücünü xilas ediblər. O, ağır dərəcəli bədən xəsarətləri alıb.
Maşın məktəblilərin üzərindən keçdi
Çinin Hunan əyalətində bu gün səhər qorxunc hadisə ilə başlayıb. Belə ki, yolsuzluq maşını gözlənilmədən ibtidai məktəbinin girişi qarşısındakı səkiyə çıxaraq dərslərin başlamasını gözləyən uşaqları vurub. Bakuinfo.net verdiyi məlumata görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verir. Bildirilir ki, dəhşətli qəza nəticəsində ibtidai sinif şagirdləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralı məktəblilər təcili olaraq xəstəxanaya çatdırılıblar, onlara lazımi tibbi yardım göstərilir.
10 yaşlı qız bacısını qətlə yetirib
Rusiyanı Moskva vilayətində 10 yaşlı qız 13 yaşlı bacısını öldürüb. Bakuinfo.net yerli mediaya istinadla bildirir ki, hadisə Podolsk şəhərində baş verib. Valideynləri evdə olmadığı üçün 13 yaşlı qız balaca bacısından qabları yumağı tələb edib. Bundan hiddətlənən kiçik qız stolun üstündən bıçağı götürərək, bacısını vurub. Bundan sonra o, təcili yardım çağırıb. Lakin gələn həkimlər çoxlu qan itirən yaralını xilas edə bilməyiblər.
Türk evinin qarşısında bıçaqlanma
ABŞ-nin Nyu-York şəhərində yerləşən “Türk Evi”nin qarşısında bıçaqlanma hadisəsi olub. Bakuinfo.net bu barədə “Associated Press”ə istinadən xəbər verir. Belə ki, Manhetten bir adam üç nəfəri bıçaqlayıb, onlardan ikisi ölüb, biri isə ağır yaralanıb. Səlahiyyətlilərin sözlərinə görə, öz qurbanlarını təsadüfi seçib. Agentliyin məlumatına görə, hadisəni törədən şəxs əvvəlcə Hudson çayı yaxınlığında iş yerində dayanan 36 yaşlı inşaat işçisini öldürüb. Təxminən iki saat sonra Manhetten adasında 68
Bu ölkədə bina çökdü 13 nəfər həlak oldu 84 nəfər yaralandı
Tanzaniyanın paytaxtı Dar-əs-Salamın mərkəzində bina çöküb. Bakuinfo.net "The Express Tribune" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Samiya Suluhu Hasan videomüraciətində bildirib. Məlumata görə, xilasedicilər binanın dağıntıları altından 13 nəfərin meyitini çıxarıblar. Bundan başqa 84 nəfər xəsarət alan şəxs xilas edilib. Çökmüş binanın qalıqları altında hələ də insanların olduğu bildirilir. Hələlik qəzanın səbəbləri məlum deyil, lakin şahidlərin sözlərinə
Biləsuvarda FACİƏ: Ov tüfəngi gənc kişinin həyatına son qoydu
Biləsuvar rayonunda baş verən dəhşətli hadisə nəticəsində 33 yaşlı kişi dünyasını dəyişib. Hadisə zamanı ov tüfəngindən açılan atəş gənc kişinin həyatına son qoyub. Hadisənin təfərrüatı: 🔸 Hadisə yeri: Biləsuvar rayonu, Ağalıkənd kəndi 🔸 Qurban: Mətləb Famil oğlu Nəhmədov (1990-cı il təvəllüdlü) 🔸 Hadisənin vaxtı: məlumat dəqiqləşdirilir İlkin araşdırmanın nəticələri: - Hadisə qurbanın yaşadığı evdə baş verib - Ölümün səbəbi ov tüfəngindən açılan atəşdir - İlkin versiyaya görə, silahla
Mərkəzi Xəstəxanada güclü yanğın baş verib
Rusiyanın Yekaterinburq şəhərində 3 saylı mərkəzi şəhər xəstəxanasında güclü yanğın baş verib. Bakuinfo.net -ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Alov xəstəxana ərazisində yerləşən inzibati binanın damını bürüyüb. Ərazidən qalın qara tüstü yayılır. Hadisə yerində 48 xilasedici və 16 texnika işləyir. Yanğının 300 kvadratmetr sahədə lokallaşdırılmasına nail olunub. Tibb müəssisəsinə gələn ziyarətçilər və
Bakıda yeniyetmə intihar etdi
Bakıda yeniyetmə özünü 13-cü mərtəbədən atıb Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 16 yaşlı Amal Pərviz oğlu Vəliyev yaşadığı 18 mərtəbəli binanın 13-cü mərtəbəsindən özünü atıb. Nəticədə gənc aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır. Bakuinfo.net
Zəngəzurda zəlzələ baş verib
İran-Azərbaycan-Ermənistan sərhədi yaxınlığında zəlzələ baş verib. Bakuinfo.net bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, zəlzələ İrəvan vaxtı ilə saat 12:41-də baş verib. Episentrdə zəlzələnin gücü 5 bal olub. Zəlzələ Zəngəzur (Sünik) rayonunun bir sıra yaşayış məntəqələrində hiss olunub.