Hadisə

Azərbaycanda tələbə vəfat edib

Qubada tələbə qəfil dünyasını dəyişib. Bakuinfo.net xəbər verir ki, hadisə rayonun Rustov kəndində baş verib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 3-cü kurs tələbəsi 19 yaşlı Ləman Osmanova dünən yaşadığı evdə ürəktutmadan vəfat edib. Faktla bağlı araşdırma aparılır.

10:59, 18 noyabr Hadisə

Əməkdar artist- ə ağır itki

Əməkdar artist Manana Çaparidzeyə ağır itki üz verib. Bakuinfo.net xəbər verir ki, sənətçinin anası Maklava xanım vəfat edib. Manana bununla bağlı instaqram hesabında paylaşım edib. Çaparidzenin anasının yas mərasimi cümə axşamı Tbilisidə təşkil ediləcək. Qeyd edək ki, Manananın atası və qardaşı da illər əvvəl vəfat ediblər.

09:37, 18 noyabr Hadisə

Beyrutun mərkəzinə zərbələr endirilib

Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutun mərkəzindəki binaya zərbələr endirib. Sfera.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “Raket Sodeko və Ras əl-Nabaa rayonları arasındakı binaya düşüb”, - məlumatda qeyd olunub.

18:19, 17 noyabr Hadisə

Qətlə yetirilən şəxs MMA döyüşçüsü olub - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. Bıçaq yaraları alan 1997-ci il təvəllüdlü Xəlilzadə Ceyhun Əşrəf oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, tibb müəssisəsinin qarşısında ölüb. Ajans.az-ın əldə etdiyi məlumata görə, Ceyhun Xəlilzadə MMA döyüşçüsü olub. O, bir neçə yerli və beynəlxalq turnirlərdə işitirak edib. Qeyd edək ki, hadisə bir neçə gün əvvəl baş verib. Həmçinin sosial şəbəkələrdə də bu barədə məlumatlar paylaşılıb.

14:20, 17 noyabr Hadisə

Xalq artistinə ağır itki

Xalq artisti Kamal Xudaverdiyevin ailəsinə ağır itki üz verib. Bakuinfo.net xəbər verir ki, onun oğlu Rövşən Xudaverdiyev vəfat edib. Məlumata görə, mərhum uzun sürən xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, Kamal Xudaverdiyev 2008-ci il aprelin 23-də ürək çatışmazlığından dünyasını dəyişmişdi.

22:40, 16 noyabr Hadisə

Korrupsiya ilə bağlı axtarış həyata keçirilib

"Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqların icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində ardıcıl tədbirlər davam

20:20, 16 noyabr Hadisə

Azərbaycanda dəhşətli qəza: Ata və oğlu öldü - FOTO

İmişli rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakuinfo.net-in məlumatına görə, motosiklet və minik avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində ata və oğul ölüb. Hadisə bu gün saat 17 radələrində İmişli rayonuna giriş yolunda qeydə alınıb. Motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində ölüb. Ağır xəsarət alan motosikletin sürücüsü Mübariz İbişov isə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun

20:13, 15 noyabr Hadisə

Türkiyədə zəlzələ baş verib

Türkiyə Malatyada 4,9 bal gücündə zəlzələ baş verib. Bakuinfo.net xəbər verir ki, zəlzələnin episentri Doğanşehir rayonudur. Fövqəladə Hallar və Fövqəladə Halların İdarə Olunması Başçılığı (AFAD) saat 11.46-da qeydə alınan zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyini bildirib.

12:24, 15 noyabr Hadisə

Dəhşətli yol qəzası baş verib - 35 nəfər ölüb 43 nəfər yaralanıb

Çində baş verən faciəvi yol qəzasında bir sürücü avtomobilini Cənubi Çinin Zhuhai şəhərində insanların üstünə sürüb, nəticədə 35 nəfər həlak olub, 43 nəfər isə ciddi xəsarət alıb. Bakuinfo.net xəbər verir ki, polis, hadisəni törədən 62 yaşlı Fan soyadlı şəxsi həbs edib. Hadisə ciddi ictimai narahatlıq doğurub, sosial mediada isə müzakirələr aparılıb. Olay Zhuhai şəhərində, idman mərkəzində baş verib və həmin vaxt çox sayda insan idman fəaliyyəti ilə məşğul olurmuş. Sürücü, hadisəni törətdikdən

00:02, 15 noyabr Hadisə

İsrail Hizbullah hədəflərinə zərbələr endirib

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbə endirdi İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun ən sıx məskunlaşdığı yerlərdən rayonlarından birində Hizbullahın hədəflərinə hücum edib. Bakuinfo.net xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində Marona Miska və Abdel Kerim əl-Xəlil küçəsindəki şiə məscidinin yaxınlığında bir neçə ev dağılıb. Əlavə məlumat verilmir.

20:58, 14 noyabr Hadisə

Powered by MirTech