Hadisə

Cəbrayılda AĞIR QƏZA - Ölənlər var YENİLƏNİB

Cəbrayıl rayonu ərazisində yol qəzası nəticəsində ölən şəxslərin kimliyi məlum olub. Bakuinfo.net Unikal-a istinadən xəbər verir ki, qəza nəticəsində İsmayıllı rayon sakinləri, minik avtomobilin sürücüsü Asim Şirəliyev və onun sərnişini Rəşad Zərbalıyev ölüb. Məlumata görə, ölən şəxslər yeznə-qayındır. Faktla bağlı Cəbrayıl rayon polis şöbəsində araşdırma aparılır. *** Bu gün səhər saatlarında Cəbrayılda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın məlumatına görə, "Hyundai"

19:50, 14 noyabr Hadisə

Bakıda "Lexus" bordürə çırpıldı - VİDEO

Bakıda bu gün səhər saatlarında qəza baş verib. Bakuinfo.net News24.az-a istinadən xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsinin yaxınlığında olub. "Lexus GX 460" bordürə çırpılıb. Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib. Hadisə yerindən görüntüləri təqdim edirik:

16:23, 14 noyabr Hadisə

BAKIDA DƏHŞƏT: Boğazında noxud qalan azyaşlı öldü

Bakıda uşaq faciəvi şəkildə ölüb. News24.az “Lent.az”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. 5 yaşlı Ü. Nuriyevin boğazında qalan noxud onun ölümünə səbəb olub. Faktla bağlı araşdırma aparılır.

13:51, 14 noyabr Hadisə

Tanınmış jurnalist vəfat etdi

Jurnalist və teleaparıcı Aleksey Zimin dünyasını dəyişib. Bakuinfo.net Rusiya mediasına istinadən xəbər verir ki, 52 yaşlı jurnalistin ölüm səbəbi bilinmir. Zimin son illərdə Londonda yaşayırdı. Zimin "Aleksey Ziminlə yemək" proqramının müəllifi və aparıcısı idi. Bundan əlavə, o, “Afisha-Eda” və “GQ” jurnalının baş redaktoru və “Kommersant”ın qastronomiya üzrə köşə yazarı olub.

13:08, 13 noyabr Hadisə

Sumqayıtda FACİƏ: biri azyaşlı olmaqla 3 nəfər ZƏHƏRLƏNDİ

Sumqayıtda biri azyaşlı olmaqla 3 nəfər dəm qazından zəhərlənib. Hadisə şəhərin Stansiya Sumqayıt ərazisində qeydə alınıb. 1980-ci il təvəllüdlü Elmir Rəsulov, onun həyat yoldaşı Samirə Abbasova və övladları 2007-ci il təvəllüdlü Zəminə Rəsulzadə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıblar. Fakt araşdırılır.//APA

10:16, 13 noyabr Hadisə

Gəncədə minik maşını aşıb: Ölən var

Gəncə şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumatına görə, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hadisənin baş verməsinə səbəb "NAZ Lifan" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması olub. Qəza zamanı Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Elnur Ağayev hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

10:01, 13 noyabr Hadisə

Azərbaycanda ağır qəza - Ölən və yaralılar var

Qəbələdə "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Hadisə noyabrın 11-i saat 09 radələrində Qəbələ rayonunun Nohurqışlar kəndi ərazisində qeydə alınıb. Nəticədə "VAZ"-ın sürücüsü, 1964-cü il təvəllüdlü Ağamalı Xanalıyev aldığı xəsarətlərdən ölüb, "Mercedes"-in sürücüsü, 30 yaşlı Elgün Məmmədzadə və iki sərnişini xəsarət alıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat

15:17, 11 noyabr Hadisə

Azərbaycanda toyda FACİƏ - Çıxış etdi sonra Öldü

Dünən Lənkəran rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, toyda iştirak edən rayon sakini Mircəlal Dadaşovun halı qəflətən pisləşib. Belə ki, M.Dadaşova məclisdə söz verilib. O, çıxış edərək ailə quran gənclərə xeyir-dua verib və rəqs edib. Az sonra masaya əyləşən qonaq qəfil yıxılıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun vəfat etməsini müəyyən edib. M.Dadaşovun ürək çatışmazlığından dünyasını dəyişməsi bildirilib.

15:07, 11 noyabr Hadisə

Daha bir ölkədə zəlzələ baş verdi

Monqolustanın mərkəzi yerləşən Bayanxonqor aymağında 5 maqnitudalı zəlzələ olub. Bakuinfo.net Publika.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib. Qeyd olunub ki, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Bakı vaxtı ilə 00:37-də qeydə alınmış yeraltı təkanların episentri Bayanxonqor şəhərindən 175 km şimal-qərbdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib.

12:24, 10 noyabr Hadisə

Aeroport yolunda ağır yol qəzası: Ölən və xəsarət alanlar var

Aeroport şossesində üç avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb. Bakuinfo.net APA-ya istinadən xəbər verir ki, hadisə aeroport şossesinin Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb. Piyada 1963-cü il təvəllüdlü Nəsibov Emin Əziz oğlu şossedə əks tərəfə keçmək istəyərkən onu "Range Rover" markalı avtomobil vurub. Eyni istiqamətdə olan "Fiat" markalı nəqliyyat vasitəsi "Range Rover" markalı maşına çırpılıb. Qəza

12:09, 10 noyabr Hadisə

Powered by MirTech