Moskvada partlayış baş verib - yaralılar var
Rusiyanın paytaxtı Moskvada yaşayış binalarından birində partlayış olub. Bakuinfo.net Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb. Məlumata görə, Karelski bulvarındakı mənzildə 20 kvadratmetr sahədə baş vermiş yanğın xilasetmə qüvvələri tərəfindən söndürülüb. Partlayış nəticəsində 7 nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanlıların olduğu avtobus qəzaya düşüb
Misirin Ras Sidr şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər yaralanıb. Bakuinfo.net Trend-ə istinadən xəbər verir ki, bu barədə "Cairo24" televiziya kanalı xəbər verib. Məlumata əsasən, Azərbaycan, Qazaxıstan, Rusiya və Ukraynadan olan turistlər də xəsarət alıblar. Xəsarət alanlar artıq xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilməyib.
Daha bir ölkədə zəlzələ baş verib
İtaliyada 4 bal gücündə zəlzələ qeydə alınıb. Bakuinfo.net xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb. Qeyd edilib ki, yeraltı təkanlar Kampobasso əyalətinin Monteçilfone bölgəsində 18 kilometr dərinlikdə baş verib. İnsan tələfatı və dağıntı olmadığı bildirilib. Hazırda ərazidə yoxlanışlar aparılır.
Bakıda ağır qəza: Xeyli sayda yaralı var
Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bakuinfo.net APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb. Belə ki, Mərdəkan-Qala şossesində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Nəticədə 9 nəfər xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı şəxslərdən ikisinin - Fatimə Qasımova və Əlfəddin Əlhüseynovun vəziyyəti ağırdır. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Azərbaycanda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi
Saatlı rayonunda 2005-ci il təvəllüdlü Murad xalasının yetkinlik yaşına çatmayan qızı Ləmana (adlar şərti verilib - red.) təcavüz edib. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Murad 29 noyabr 2021-ci ildə babasının evinə qonaq gəlib. Həmin gün saat 12 radələrində qonaq kimi müvəqqəti qaldığı babası Xalidə məxsus Saatlı rayonunun kəndi ərazisindəki evdə 2012-ci il təvəllüdlü xalası qızı Ləmanla zorla cinsi əlaqədə olmaq və ona qarşı seksual xarakterli digər zorakılıq
Təcili yardım maşını qəzaya uğradı - Yaralılar var
Noyabrın 6-da Qusar şəhəri Çingiz Qurbanov küçəsində ağır yol qəzası baş verib. Bakuinfo.net qafqazinfo.az-a istinadən xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına məxsus "Mercedes" markalı təcili tibbi yardım avtomobili, "VAZ-21140" və "Mercedes" markalı digər minik avtomobili toqquşub. Nəticədə tibbi yardım maşınında olan həkim, tibb bacısı və sürücü, eləcə də "VAZ"ın sürücüsü xəsarət alıb. Faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır.
Bakıda DƏHŞƏTLİ HADİSƏ: "Koroğlu" metrosunun yaxınlığında... - ANBAAN VİDEO
Bakıda bir nəfər intihara cəhd edib. Musavat.com xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyasının yaxınlığındakı körpüdə baş verib Həmin şəxs özünü körpüdən yerə atacağını bildirib. Əraziyə polis əməkdaşları və FHN xilasediciləri cəlb olunublar.
Kürdəmirdə ağır qəza: Altı nəfər xəsarət aldı
Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə bu gecə Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində altı nəfər müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda əsgər intihar etdi
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Anar Yolçu oğlu Hüseynovun özünü öldürməsi barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub. Bakuinfo.net-in əldə etdiyi məlumata görə, Ağdam Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra
Azərbaycanda DƏHŞƏT: Qızı döyüb alçaldaraq üzr istəməsini tələb etdilər - VİDEO
Sosial şəbəkənin Azərbaycan seqmentində qızlar arasında davanın görüntüləri yayılıb. Bakuinfo.net xəbər verir ki, videoda bir qızın döyülərək alçaldıldığı və kiminsə arxasınca danışdığına görə üzr istəməyə məcbur edildiyi əks olunub. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır.