Tanınmış həkim bacısı qızının toyunda ÖLDÜ: Xeyir-dua verdikdən sonra... - TƏFƏRRÜAT
Toyda ölüm hadisəsi baş verib. Hadisə Şəkidə olub. Rayonun tanınmış həkimlərindən olan Leyla Şıxəliyeva bacısı qızının xoş günündə dünyasın dəyişib. O, toyda xeyir-dua verdikdən sonra rəqs etmək istəyərkən yerə yıxılıb. Təcili yardım gələnə kimi isə o artıq dünyasın dəyişib. Beləcə, toy yasa qarışıb. /Titul.az
Bakıda Restoranda güclü YANĞIN BAŞLADI - VİDEO
Bakıda restoran yanır. Bakuinfo.net xəbər verir ki, yanğının görüntüləri sosial şəbəkələrdə yayılıb. Məlumata görə, yanan restoran Atatürk prospektində yerləşir.
Zaqatalada FACİƏ: doğuş zamanı körpə öldü
Zaqatalada doğuş zamanı körpə ölüb. Bakuinfo.net-in əldə etdiyi məlumata görə, hadisə Zaqatala rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Yengiyan kənd sakini S.M doğuş üçün xəstəxanaya müraciət edib. Doğuş zamanı körpə ölüb. Hadisə ilə bağlı müvafiq ekspertizalar təyin olunub. Araşdırma aparılır.
Bakıda məşhur restoranın qarşısında kütləvi DAVA: Araşdırmalara başlanıldı
aytaxtın Əhmədli qəsəbəsində yerləşən "Təbrik" şadlıq sarayının həyətindəki kütləvi dava ilə bağlı ərazi üzrə müvafiq polis şöbəsində araşdırmalara başlanılıb. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib. "Qeydə alınan insidentdə iştirak edən şəxslər müəyyən olunub və izahatları alınıb",- deyə E.İbrahimov əlavə edib. Məhərrəm Əliyev *** Bakıda məşhur restoranda kütləvi dava düşüb. Bakuinfo.net xəbər
Azərbaycanda ağır qəza: ölən var
Gədəbəy rayonunda bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. “Qafqazinfo”nun məlumatına görə, hadisə Ərtəpə kəndində qeydə alınıb. İlkin məlumata görə, hadisə nəticəsində “QAZ53” markalı avtomobil dərəyə yuvarlanıb. Bu zaman 1975-ci il təvəllüdlü Məzahir Bağırov həyatını itirib. Avtomobildə olan 31 yaşlı Kamil Allahyarov isə ağır yaralanıb.
SON DƏQİQƏ ‼️ Azərbaycanda GÜCLÜ YANĞIN BAŞLADI - ANBAAN VİDEO
Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb. Bakuinfo.net Report-a istinadən xəbər verir ki, yanğın hadisəsi Abşeron Gənclər Şəhərciyində qeydə alınıb. Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz işlər həyata keçirilir. Əlavə məlumat veriləcək.
Bakıda DƏHŞƏTLİ HADİSƏ: İki nəfər qatarın altında qalıb öldü
Oktyabrın 29-u axşam saat 10 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkətdə olan zaman iki nəfəri vurub. Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Elməddin Fərzəliyev və 2007-ci il təvəllüdlü Səbuhi Zərbəliyev qatarın altında qalıblar. Hər iki şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib. Sakinlər qəza ilə bağlı bir sıra iddialar səsləndirib. "Elektrovozun işığı yanmırdı, yansaydı görüb saxlayardı", - deyə
Bakıda qadını zorla maşına mindirdilər - VİDEO
Bakıda qadını zorla maşına mindiriblər. Bakuinfo.net xəbər verir ki, bu barədə görüntüləri bloqqer Saleh Nəsirov paylaşıb. Məlumata görə, hadisə Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksində baş verib. İki kişi naməlum səbəbdən bir qadını zorla avtomobilə mindiriblər. Daxili İşlər Nazirliyindən Bakuinfo.net-ə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək.
Bakıda tələbə faciəvi şəkildə vəfat edib
Bakıda tələbə dəm qazından boğularaq ölüb. Bakuinfo.net Lent.az-a istinadla xəbər verir ki, Azərbaycan İdman Akademiyasının tələbəsi Ramal Hüseynov kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.
Qəbələ AĞIR QƏZA, ölən var
Qəbələ də avtomobil qəzası baş verib. Bakuinfo.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Soltannuxa kənd ərazisində Əmili kənd istiqamətində baş verib. İlkin məlumata əsasən, VAZ 21015 markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, bir nəfər də ağır bədən xəsarəti alıb. DIN Şəki regional qrupundan Lent.az-a bildirilib ki, baş vermiş avtomobil qəzası ilə bağlı araşdırma aparılır. *** Qəbələdə avtomobil qəzası baş verib.