Hadisə

Gecə saatlarında dəhşət – XEYLİ SAYDA YARALI VAR

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var. Bakuinfo.net APA-ya istinadən bildirir ki, Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində Yevlax rayon sakini, 34 yaşlı Qabil Famil oğlu Əkbərlinin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Hadisə zamanı beton parcaları əks hərəkətin təşkil olunduğu yola tökülüb. Hadisə zamanı əks itiqamətdə hərəkət edən Ucar rayon sakini, 48 yaşlı Alim Hüseynalı oğlu

22:54, 26 oktyabr Hadisə

Kürdəmirdə 63 yaşlı qadın hamam otağında dünyasını dəyişdi

Kürdəmirdə 63 yaşlı qadın hamam otağında ürəktutmasından dünyasını dəyişib. Hadisə rayon ərazisində yerləşən hərbi şəhərcikdə qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü Həsənova Elfirida Veysəl qızı hamam otağında yuyunarkən qəfildən halı pisləşib və o, xəstəxanaya çatana qədər yolda dünyasını dəyişib. Hazırda rayonun hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunub və fakt araşdırılır.//Report

22:44, 26 oktyabr Hadisə

Azərbaycanda toy yasa döndü

Şəkidə toyda ölüm hadisəsi olub. Lent.az-ın əldə etdiyi məlumata görə, rayon sakini 42 yaşlı Şıxəliyeva Leyla Kamil qızı toyda qəfil vəfat edib. Onun ürəyində problem olduğu bildirilir. Araşdırma aparılır.

11:22, 26 oktyabr Hadisə

Bakıda aktyorun boynunu kəsib arvadını qətlə yetirdilər: Qanlı hadisənin TƏFƏRRÜATI

Oktyabrın 22-də Bakıda aktyor və arvadının qətlə yetirilməsi barədə yeni təfərrüat məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1973-cü il təvəllüdlü İslam Hadıyev tamah məqsədilə evə girib və cinayəti bu səbəbdən törədib. Hadisə Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsi bina 4, mənzil 86 ünvanında qeydə alınıb. Məlumata görə, İslam Hadıyev mənzilə daxil olub 85 yaşlı İosif Zusyeviç Tkaçın boynunu kəsdikdən sonra arvadı 80 yaşlı Lyudmila Tkaç Mixaylovnanın başına zərbələr endirərək onu

13:32, 24 oktyabr Hadisə

Daşkəsəndə partlayış - Xəsarət alanın son vəziyyəti AÇIQLANDI

Daşkəsəndə partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb. TƏBİB-dən Bakuinfo.net-ə bildirilib ki, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu bu gün saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib. Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda

11:22, 24 oktyabr Hadisə

Oğuzda qız qaçırtmağa çalışdılar: Atəş açıldı - YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Oğuz rayonunda 18 yaşlı qızı qaçırtmağa cəhd edən 2 nəfər saxlanılıb və hazırda faktla bağlı istintaq araşdırmaları davam etdirilir. Polisin “dayan” əmrinə tabe olmayan şəxslərə qarşı xəbərdarlıq atəşi açması barədə iddialar əsassızdır. *** Xəbər verdiyimiz kimi, Oğuzda axşam saatlarında polis "dayan" əmrinə tabe olmayan şəxslərə xəbərdarlıq atəşi açıb. Bakuinfo.net-in xəbərinə görə, hadisəni törədib qaçan şəxslərdən

10:31, 23 oktyabr Hadisə

Azərbaycanda FACİƏ: Ata odun sobasına benzin atdı, iki yaşlı oğlu yanıb öldü

Lerikdə yanıq xəsarətləri alan 2 yaşlı uşaq ölüb. APA-nın məlumatına görə, 2022-ci il təvəllüdlü V.Abbaslı bu gün səhər səhər yanıq xəsarətlərindən xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır. 18 oktyabr, 23:57 Lerikdə benzinlə ehtiyatsız davranma 2 yaşlı uşağın yanmasına, ata və ananın xəsarət almasına səbəb olub. APA-nın verdiyi məlumata görə, hadisə Lerik rayonunun Blaband kənd ərazi vahidliyinə daxil olan Şinəbənd kəndində baş verib. Kənd sakini 1987-ci il təvəllüdlü Rüfət

10:56, 19 oktyabr Hadisə

Xəzər dənizində zəlzələ oldu

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Sfera.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələ yerli vaxtla 01:02 -də, 68 km dərinlikdə qeydə alınıb. Bakuinfo.net

09:28, 19 oktyabr Hadisə

Azərbaycanda təlim toplanışı Başlayıb

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim və digər təminat növləri ilə təmin olunublar. Toplanış müddətində hərbi

08:52, 19 oktyabr Hadisə

Şəkidə məktəbli intihar edib

Şəkidə məktəbli intihar edib. APA-nın məlumatına görə, hadisə axşam saatlarında rayonun Orta Zəyzid kəndində baş verib. Kənd sakini, 16 yaşlı Çiçək Habil qızı Lətifovanın meyiti yaşadığı evdə qapının tutacağından asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı 11-ci sinif şagirdi olan C. Lətifovanın intihar etdiyi məlum olub. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

22:58, 18 oktyabr Hadisə

Powered by MirTech