Hadisə

Azərbaycanda müəllimləri daşıyan maşını SEL APARDI - VİDEO

Qubanın Cimi kəndində müəllimləri daşıyan maşını sel aparıb. Bakuinfo.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, avtomobildə olan bir qrup müəllim heyəti çayı keçən zaman sel gəlib. Nəticədə "Chevrolet" markalı nəqliyyat vasitəsini su basıb və 100 metr məsafəyə aparıb. Avtomobil çaydakı iri daşa ilişərək dayandıqdan sonra nəqliyyat vasitəsini və sürücünü sudan çıxarmaq mümkün olub. Sakinlər bildiriblər ki, kənddə körpü yoxdur,

22:39, 18 oktyabr Hadisə

Hərbçimiz özünü güllələdi

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Gözəlov Novruz Fikrət oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olmuşdur. Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Ajans.az-a məlumat verib. Daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları

19:15, 18 oktyabr Hadisə

Aparıcı faciəvi şəkildə öldü

31 yaşlı teleaparıcı və musiqi şərhçisi Anton Bibikov dünyasını dəyişib. Bakuinfo.net xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müğənni Leysan Boeva sosial şəbəkə hesabında məlumat verib. Aparıcının eyvandan yıxılaraq dünyasını dəyişdiyi bildirilib.

18:07, 18 oktyabr Hadisə

Azərbaycanda atışma 2 ölü 1 yaralı

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb. Bakuinfo.net bildirir ki, oktyabrın 17-də saat 21 radələrində Qəbələ rayonu Zərgərli kəndi ərazisində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı rayonun Laza kənd sakini, 1976-cı il təvəllüdlü Əlibaba Gəncimovun rayonun Zərgərli kənd sakini Akif Məmmədliyə məxsus fərdi yaşayış evinə silahla hücum edərək həmin evdə yaşayan 1951-ci il

17:47, 18 oktyabr Hadisə

Tır rampasının altında qalan gənc dünyasını dəyişib

İstanbulda, TIR rampasının təmirini edən 33 yaşlı Serdar İkier, zəncirin qopması nəticəsində təxminən 1 ton ağırlığında olan rampanın altında qalaraq öldü. Evli və 1 uşaq atası olduğu öyrənilən İkierin anası hadisə yerində "Oğlum, oğlum" deyə fəryad etdi. Faktla bağlı araşdırma aparılır. Bakuinfo.net Raqil Xəyal

10:20, 18 oktyabr Hadisə

Gəncədə PARTLAYIŞ: ölən və yaralananların kimliyi BƏLLİ OLDU -VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Lent.az-ın FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib. Əməliyyat şəraitinə uyğun olaraq həyata

09:28, 18 oktyabr Hadisə

Seçki komissiyasının sədri vəfat edib

Naxçıvan Muxtar Respublikası 5 Saylı Babək- Naxçıvan-Culfa Dairə Seçki Komissiyasının sədri Əzim Əzimov vəfat edib. Bakuinfo.netqafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə deputat Ülviyyə Həmzəyeva məlumat verib. O bildirib ki, bir neçə gündür xəstəxanada koma vəziyyətində olan Ə.Əzimov ötən gün dünyasını dəyişib.

10:22, 17 oktyabr Hadisə

Azərbaycanda şərab zavodunda yanğın başlayıb

Azərbaycanda şərab zavodunda yanğın başlayıb "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılır Gəncəyə beşinci raket hücumu: Ermənistanın hərbi cinayətlərinin sübutu İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib Bəzi universitetlər beynəlxalq reytinqlərdə niyə yer ala bilmir? Hikmət Hacıyev: "Ermənistan Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır" Vətən müharibəsinin 21-ci günü - Füzuli şəhəri işğaldan azad

10:03, 17 oktyabr Hadisə

Keçmiş televiziya rəhbəri və iş adamı vəfat edib

Azərbaycanın ilk özəl televiziya kanallarından biri olan SARA TV-nin təsisçisi və rəhbəri olmuş iş adamı Rəsul Rauf vəfat edib. Bakuinfo.net lent.az-a istinadən bildirir ki, bu barədə onun qızı Sara Nəcəfi Rauf sosial şəbəkədəki hesabında yazıb.

08:59, 17 oktyabr Hadisə

Türkiyədə ağır qəza baş verdi

Bakuinfo.net Türkiyə mediasına istinadən xəbər verir ki Kastamonuda kontroldan çıxan mikroavtobus ilə tırın toqquşması nəticəsində baş vermiş qəza zamaRnı 12-si tələbə olmaqla, ümumilikdə 13 nəfər yaralanıb. Yaralılar, təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb və onların həyatı təhlükəsi olmadığı bildirilib. Olayı müşahidə edən vətəndaşlar vəziyyəti 112 Təcili Çağrı Mərkəzinə bildirmişlər. İhbar üzərinə hadisə yerinə tibbi, yanğın, polis və jandarma komandaları göndərilib.

20:49, 16 oktyabr Hadisə

Powered by MirTech