Hadisə

Azərbaycanda vəzifəli şəxs müəllimi qaçırdı

Gədəbəydə vəzifəli şəxs qız qaçırıb. Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisi Alim İsmayılov qız qaçırıb. Qarşı tərəf isə şikayətçi olduğuna görə sözügedən şəxs saxlanılıb. Məlumata görə, qaçırılan şəxs rayonda müəllim kimi çalışırmış və öz razılığı olmadan hadisə baş verib. Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı Gədəbəy rayon İcra Hakimiyyətinin alt qurumlarından biridir./Milli.Az/

11:53, 15 oktyabr Hadisə

Təyyarə göyərtəsində dava düşdü

Təyyarə göyərtəsində kütləvi dava - təcili eniş etdi Anadır-Moskva marşrutu ilə uçan Boeing 777 təyyarəsi göyərtəsində kütləvi dava baş verdiyi üçün Krasnoyarsk hava limanına məcburi eniş etmək məcburiyyətində qalıb. News24.az xəbər verir ki, bu barədə “Aviatorschina Telegram” kanalı məlumat yayıb. Baza-nın məlumatına görə, 44 yaşlı İlya Puşkarev sərxoş halda təyyarəyə minib. Uçuş zamanı o, həm də spirtli içki qəbul edib və münaqişə yaradıb. Stüardessalar adamı sakitləşdirməyə çalışsalar da,

08:36, 15 oktyabr Hadisə

ABŞ vətəndaşlarına müraciət edib

ABŞ-ın Livandakı səfirliyi buradakı amerikalıları dərhal ölkəni tərk etməyə çağırıb. Bakuinfo.netxəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb. Açıqlamada səfirliyin Beyrutu tərk edən ABŞ vətəndaşları üçün təşkil etdiyi əlavə uçuşların sonsuza qədər davam etməyəcəyi bildirilib.

23:34, 14 oktyabr Hadisə

Tarix Əliyev ÖZÜNÜ ASDI

Bakıda intihar baş verib. Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Tarix Əliyev yaşadığı evin həyətində yerləşən talvardan özünü asıb. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır

20:38, 14 oktyabr Hadisə

Qonşu ölkədə zəlzələ oldu

Oktyabrın 14-də Gürcüstanda ard-arda iki dəfə zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Tianetinin Bindauri kəndində olub. Zəlzələnin gücü 3,9 bal təşkil edib. Təkrar təkanlar saat 05:03-də Vajas Tskaro kurort ərazisində qeydə alınıb. İkinci təkanlar 3,8 bal gücündə olub.

14:37, 14 oktyabr Hadisə

Bakıda müğənni bıçaqlandı - foto

Bakıda məşhur şadlıq saraylarından olan “Monte Karlo”da müğənnini bıçaqlayan ofisiantlar cinayət məsuliyyətinə cəlb edilib. Bakuinfo.net Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən ilin yayında şadlıq sarayında keçirilən toydan az sonra baş verib. Nizami Rayon Məhkəməsi bir neçə gün əvvəl hadisəni törətmiş şəxslərə hökm oxuyub. Bildirilib ki, şadlıq sarayında aparıcı-müğənni kimi fəaliyyət göstərən Murad Musayev ilə oranın ofisiantları arasında mübahisə yaranıb. Belə ki, sərxoş olan

14:18, 14 oktyabr Hadisə

Qazaxda mülki şəxs minaya düşdü

Qazaxda mülki şəxs minaya düşüb. Oxu.Az xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Qazaxın Quşçu Ayrım kəndində qoyun otaran 2001-ci il təvəllüdlü İlkin Sarıyev kənd ərazisində minaya düşərək xəsarət alıb. O, xəstəxanaya yeləşdirilib.

11:47, 14 oktyabr Hadisə

Bu işçilərin diqqətinə - qaydalar dəyişdi

Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"nın təsdiq edilməsi haqqında" 18 yanvar 2012-ci il tarixli qərarında dəyişiklik edib. Oxu.Az xəbər verir ki, bununla bağlı nazir Samir Şərifov yeni qərar imzalayıb. Qərara əsasən, dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5%-i qədər vəsait ödənilir. Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin

11:38, 14 oktyabr Hadisə

Güclü geomaqnit qasırğası olacaq

Günəş küləyinin maksimal sürəti 833 km/san-dək artıb. Bu barədə Sfera.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Qeyd olunub ki, hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 1-ə bərabərdir və kosmik hava sakitdir: “14-20 oktyabr tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin

11:33, 14 oktyabr Hadisə

Azərbaycanda tanınmış həkim vəfat etdi

Tanınmış nevroloq Zakir Əliyev dünyasını dəyişib. Bakuinfo.net xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova öz "Facebook" hesabında paylaşım edib. Qeyd edək ki, o, Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının professoru olub.

11:18, 14 oktyabr Hadisə

Powered by MirTech