SON DƏQİQƏ! Ağır yol qəzası baş verdi - Ölən var
İsmayıllıda ölümlə nəticələnən qəza olub. "Report" xəbər verir ki, İlqar Axundovun idarə etdiyi VAZ-2107 avtomobili ilə Anar Həsənovun idarə etdiyi "KIA Ceed" maşını toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq İ.Axundov xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Azərbaycanda toyda FACİƏ: Qadın şadlıq sarayında öldü
Sumqayıtda 58 yaşlı qadın toyda ölüb. "Report" xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən şadlıq saraylarından birində qeydə alınıb. Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib. O, elə restoranda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Toya gedən müğənni qəzaya düşdü: Özü və prodüseri yaralandı
Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüblər. APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız (Şəlalə Nicat) idarə etdiyi KIA markalı avtomobili yoldan çıxararaq aşırıb. Nəticədə sürücü və avtomobildə olan prodüser İlkin Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ermənistanda zəlzələ baş verib
Bu gün saat 20:44-də Ermənistanın Qəmərli (Artaşat) şəhərindən 8 km şimal-qərbdə zəlzələ baş verib. Sfera.az erməni mediasına istinadla xəbər verir ki, 3 bal gücündə zəlzəlnin dərinliyi 10 km-da yerləşib. Bakuinfo.net
Ailəsinin 5 üzvünü öldürən ƏHMƏDƏ CƏZA VERİLMƏDİ
Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəmə prosesi başa çatıb. Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə qərar elan olunub. Qərara əsasən, Əhməd Əhmədov cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək. Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış
Xırdalanda bədbəxt hadisə baş verib
Abşeron rayonunda bədbəxt hadisə baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə ötən gün Xırdalan şəhərində qeydə alınıb. Belə ki, qadın binadan yerə yıxılıb, yolda hərəkətdə olan avtomobil isə onun üzərindən keçib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 07.10.2024-cü il tarixində saat 19 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xırdalan ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
Bərdədə itkin düşən qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. Bakuinfo.net xəbər verir ki, Kənan Əhmədli Sevinc Abbaslıya təcavüz edib. S.Abbaslının hamilə olduğunu öyrənən K.Əhmədli onu qətlə yetirib. Daha sonra məktub yazaraq intihar edib.(Oxu.az)
Abşeronda dəhşət: Kamaz oğlanın üstündən keçdi
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində ağır yol-nəqliyyat qəzası baş verib. Piyada 2003-cü il təvəllüdlü Sarxanlı Vaqif Həbib oğlunu Kamaz yük maşını vurub. Xəstə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ciddi baş-beyin travması və sınıqlar alan xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Fakt üzrə araşdırma aparılır.//Bakupost.az
Bakıda güclü partlayış baş verib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub. Sfera.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Partlayış nəticəsində bir
İsrail səfirliyiyinin yaxınlığında partlayış baş verib
Kopenhagendə İsrail səfirliyindən təxminən 500 metr məsafədə, Fələstinin HƏMAS hərəkatının İsrailə hücumunun ildönümündə partlayış baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə AFP agentliyi polisə istinadən məlumat yayıb. Agentlik qeyd edir ki, hadisə İsrail diplomatik nümayəndəliyinin binası yaxınlığında törədilmiş iki partlayışdan 5 gün sonra baş verib. "Əlbəttə ki, biz İsrail səfirliyi yaxınlığındakı əvvəlki hadisə ilə əlaqənin olub-olmadığını araşdırırıq. Bunun belə olduğuna dair