Hərbçimiz faciəvi şəkildə dünyasını dəyişib
Oktyabrın 5-də Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini Elçin İslamovu vurub. "Unikal"ın əldə etdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Elçin İslamov Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçusu olub. O, Cəbrayıl rayonunda xidmət edib.
Azərbaycanda paraşütçü dünyasını dəyişdi
Azərbaycanda paraşütçü faciəli şəkildə ölüb. Bakuinfo.net xəbər verir ki, hadisə Quba rayonunda baş verib. Uzun müddət həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olan, 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb və aldığı xəsarətlərdən şoka düşərək ölüb.
Yüksək vəzifəli şəxs işdən çıxarıldı
Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərov vəzifəsindən azad edilib. Bakuinfo.net xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov müvafiq əmr imzalayıb. Həmin vəzifəyə Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Mirbəşir Ələsgərovun təyin edildiyi bildirilir.
İsrail ordusu bu ərazini ələ keçirib
İsrail ordusu Cenini ələ keçirdi İsrail ordusu İordan çayının Qərb sahilində yerləşən Cenin şəhərini ələ keçirib. Bakuinfo.net verdiyi məlumata görə, bu barədə Fələstinin WAFA xəbər agentliyi xəbər yayıb. "İsrail işğal qüvvələri bazar ertəsi səhər tezdən Cenin şəhərinə hücum edərək ələ keçirib", - deyə agentlikdən bildirilib. Qeyd olunub ki, hərbçilər hərbi texnika və buldozerlərin müşayiəti ilə şəhərin şərq hissəsinə, Halima əl-Saadiya və Bayader məhəllələrinə hücum ediblər.
Metroda nə baş verir?
Metropolitenin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Sərnişin qatar yolundan çıxarılıb. Təssüfki, qatarın altına düşən sərnişin həyatını itirib. Metroada qatarların hərəkəti əvvəlki rejimdə bərpa olunub. Bakı metrosunda bütün sərnişinlər qatardan düşürdülüb. Milli.Az xəbər verir ki, metronun " Sahil" stansiyasında sərnişinlət təcili olaraq qatardan "28 May" metrosunda yaşlı kişi qatarın altına düşüb. Milli.Az xəbər verir ki, hadisə metronun "Həzi
Beş aylıq körpə faciəli şəkildə ÖLDÜ
Astarada azyaşlı ölüb. APA-nın verdiyi məlumata görə, 5 aylıq körpə yatdığı yerdə çevrilib və yastıq uşağın nəfəs borusunu tutub. Nəfəs ala bilməyən uşaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Tailand da məktəblilərin olduğu aftobus yanıb
Tailandda faciə baş verib. Ekskursiyadan qayıdan məktəb avtobusunun qəfil yanması nəticəsində 20-dən çox uşaq həlak olub. Oxu.Az-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, nəqliyyat vasitəsində ümumilikdə 38 şagird və altı müəllim olub. Bildirilir ki, faciənin səbəbi avtobusun ön təkərinin partlaması ola bilər. Bunun nəticəsində maşın nəzarətdən çıxıb və yolun kənarındakı metal maneəyə çırpılıb. Toqquşma nəticəsində yanğın başlayıb və tezliklə avtobusun bütün hissəsini bürüyüb.
Bakıda avtobus qəza törədib
Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un məlumatına görə, 150 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Hadisə zamanı avtobusda olan sərnişin, 2000-ci il təvəllüdlü Əli Şahin oğlu Babayev xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Yunanıstanda meşə yanğını başlayıb
Yunanıstanın Peloponnes yarımadasında yanğın səbəbi ilə kəndlərin boşaldılması tələb olunub. BAKU.WS türk mediasına istinadən xəbər verir ki, Yunanıstanın Peloponnes bölgəsindəki meşə sahəsindəki yanğın üçüncü gündür davam edir. Korinf şəhərinin Gelini bölgəsi də yanğından zərər çəkib. Bölgədə hökm sürən güclü külək səbəbindən yanğınsöndürənlər, yerli əhali və könüllülərin dəstəyi ilə yanğının söndürülməsi işləri çətinliklə davam edir. Bakuinfo.net
Xeresonda bazara artilleriya hücumu olub
Rusiya qüvvələri oktyabrın 1-də səhər saatlarında Ukraynanın Xerson şəhərində ictimai nəqliyyat dayanacağına və bazarlardan birinə artilleriya zərbəsi endiriblər. Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının sədri Aleksandr Prokudin özünün "Telegram" kanalında xəbər verib. "İşğalçılar Xersonun mərkəzindəki bazara hücum ediblər. Səhər xersonluların məhsul aldığı və ya satdığı ticarət nöqtələri zərbə altında qaldı", - deyə o bildirib.