Hadisə

DƏHŞƏTLİ CİNAYƏT: qardaşının arvadını öldürdü

Bərdədə qadın qaynı tərəfindən qətlə yetirilib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakuinfo.net-ə verilən məlumata görə, avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qayını, 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. İlkin məlumata

10:30, 05 avqust Hadisə

Bakıda ağır qəza: avtobus 20 maşını əzdi - FOTOLAR

Bakının Yeni Yasamal adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakuinfo.net xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, sürücü anidən idarəetməni itirərək avtobusu hərəkətdə olan və yol kənarında dayanan maşınlara çırpıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində iki avtomobil yanıb və 10-dan çox maşına ciddi ziyan dəyib. Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili yardım

09:06, 05 avqust Hadisə

Bakıda restoran ərazisində DƏHŞƏTLİ YANĞIN

Bakı şəhərinin Xətai rayonunda bir restoranın ərazisində yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi 140 kvadratmetr olan tikilinin dam örtüyü 40 kvadratmetr sahədə və içərisindəki əşyalar 80 kvadratmetr sahədə yanıb. Bakuinfo.net xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, tikilinin qalan hissəsi və restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

11:23, 04 avqust Hadisə

DƏHŞƏT: 51 yaşlı kişi evində öldürüldü

Avqustun 4-də gecə saat 01 radələrində Bakının Nərimanov rayonu ərazisində bir evdə 1973-cü il təvəllüdlü Ülvi Qasımovun bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakuinfo.net-ə verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Hikmət Muxtarov polis tərəfindən saxlanılıb. İlkin məlumatlara əsasən, hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma davam edir.

11:01, 04 avqust Hadisə

Laçında heyvan otaran şəxs minaya düşdü

Laçın rayonunda mina partlaması baş verib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin Bakuinfo.net-ə verdiyi məlumata görə, 2024-cü il avqustun 3-də Laçın rayonunun Kalafalıq kəndi ərazisində mina partlaması baş verib. Hadisə zamanı Laçın rayonunun Vağazin kənd sakini, 1960-cı il təvəllüdlü Əli Zeynalabdin oğlu Süleymanov Sarıbaba yüksəkliyində heyvan otararkən mina partlayıb. Partlayış nəticəsində Əli Süleymanov

17:07, 03 avqust Hadisə

Şirvanda Ana və Azyaşlı Qızı Faciəvi şəkildə öldü

Şirvan şəhərində faciəvi hadisə baş verib: ana və azyaşlı qızı beşmərtəbəli binadan yıxılaraq həlak olublar. Məlumata görə, 1991-ci il təvəllüdlü Kərimova Aygün Yunis qızı və onun azyaşlı övladı binadan yıxılaraq həyatlarını itiriblər. Hadisə ilə bağlı araşdırma aparılır.

11:16, 03 avqust Hadisə

Bakıda ağır yol qəzası baş verdi - Ölən var

Bakıda baş verən qəza nəticəsində bir nəfər həyatını itirib. Hadisə Qala-Pirallahı yolunda baş verib. Fərəcullayev Maarif Arif oğlunun idarə etdiyi "Shacman" markalı yük maşını yolun əks istiqamətinə çıxaraq, qarşıdan gələn "Kia Rio” markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1984-cü il təvəllüdlü Aslanov Mehdi Rauf oğlu hadisə yerində həlak olub. Faktla bağlı araşdırma aparılır.

10:28, 03 avqust Hadisə

Qazaxda minalar PARTLADI: Yaralılar var

Qazax rayonunun Qızılhacılı kəndində mina partlayışı baş verib. Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti (DSX) və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin Bakuinfo.net-ə verdiyi birgə məlumata görə, avqustun 2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə qaytarılmış Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb. Hadisə zamanı DSX-nın hərbi qulluqçusu gizir Əhədli Xəyal

14:49, 02 avqust Hadisə

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub: Xeyli sayda yaralı var YENİLƏNİB

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb. Bu barədə "Report"un yerli bürosu məlumat verir. Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli sayda yaralı var. Bakuinfo.net report-a istinadən xəbər verir ki, qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb. Məlumata görə, 42 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusla toqquşub. Hadisə nəticəsində 10-dan çox yaralının olduğu bildirilir.

12:15, 02 avqust Hadisə

Tanınmış kriminal avtoritet HƏBS EDİLDİ - FOTO

Ukraynadakı Azərbaycan diasporunun tanınmış rəhbərlərindən biri olan və kriminal dairələrdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin Bakı şəhərində Mütəşəkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azinforum.az-a verilən məlumata görə, Krapivin törətdiyi cinayət əməlinə görə 3 aylıq həbs qətimkan tədbiri ilə cəzalandırılıb. Polis əməkdaşları tərəfindən cinayət işi ilə bağlı əməliyyat-istintaq tədbirləri davam

22:57, 01 avqust Hadisə

Powered by MirTech