Bakıda sərnişin avtobusu ağır qəzaya düşdü – VİDEO
Bakıda sərnişin avtobusu ağır qəzaya düşüb. Ziya Bünyadov prospektində “KAMAZ” markalı yük maşını ilə sərnişin avtobusu toqquşub. Məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan yoxdur.
Bakıda məşhur ticarət mərkəzi YANIR - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub. Nazirlikdən Bakuinfo.net-ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.
İsmayıllıda DƏHŞƏT: özünü qoz ağacından asdı
İsmayıllıda intihar hadisəsi olub. Bakuinfo.net xəbər verir ki, hadisə rayonun Aşağıbaş kəndində baş verib. 55 yaşlı Əzimov Səlim Ələşrəf oğlu yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib. Faktla bağlı araşdırma aparılı
Dəhşətli hadisə baş verdi - kişi özünü bıçaqlayıb öldürdü
Göygöldə kişi özünü öldürüb. Baş Prokurorluğun mətbuat xidmətindən Bakuinfo.net-in sorğusuna cavab olaraq bildirilib ki, iyulun 30-da Göygöl rayonu, Quşqara kənd sakini Elşad Mustafayev yaşadığı evdə özünə bıçaqla xəsarətlər yetirib. O, aldığı xəsarətlərdən növbəti gün xəstəxanada ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Faciəvi yol qəzası: bir nəfər həyatını itirdi
Bakının Sabunçu rayonunda baş verən ağır yol qəzası bir nəfərin ölümü ilə nəticələnib. Hadisə Zabrat-Məmmədli yolunda qeydə alınıb və iki avtomobilin toqquşması səbəbindən baş verib. Qəzanın təfərrüatlarına görə, Elçin Musayevin idarə etdiyi "KIA Rio" markalı avtomobil Orxan Həsənzadənin sürdüyü "Chevrolet Epica" ilə toqquşub. Toqquşmanın gücü o qədər böyük olub ki, "KIA Rio"nun sərnişini, 44 yaşlı Elnur Əsgərov ağır xəsarət alıb. Təcili tibbi yardım briqadası
Bakıda 77 saylı avtobusda DAVA - VİDEO
Bakıda 77 nömrəli xətt avtobusunda sərnişinlərlə sürücü arasında mübahisə düşüb. Bakuinfo.net oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. Yaranmış vəziyyətdən şikayətçi olan sərnişin qeyd edib ki, havanın yağıntılı olmasına baxmayaraq, kafelərdən birinin qarşısında dayanan 77 saylı xətt avtobusunda 45 dəqiqə sürücü olmayıb. "45 dəqiqə sonra sürücü ilə birlikdə gələn dispetçer içkili olduğundan avtobusun gecikməsinə etiraz edən sərnişinlərlə
Cəlilabadda faciə: 15 yaşlı yeniyetmənin sürdüyü traktor can aldı
Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verən ağır yol qəzası bir ailənin həyatını alt-üst edib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, digəri isə ağır psixoloji travma alıb. Məlumata görə, kənd sakini, 15 yaşlı Məhəmməd Həsənov atasına məxsus traktoru icazəsiz və sürücülük vəsiqəsi olmadan idarə edərkən faciəvi hadisəyə səbəb olub. Gənc sürücü diqqətsizlik nəticəsində həmkəndlisi Cahid Vahabovu vurub. Təəssüf ki, aldığı ağır xəsarətlər səbəbindən Cahid Vahabov hadisə yerində dünyasını
Cəlilabadda FACİƏ: 3 yaşlı uşaq yıxılıb öldü
Cəlilabadda nəzarətsiz qalan uşaq hündürlükdən yıxılaraq ölüb. Bakuinfo.net-in APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndində baş verib. Nəzarətsiz qalan 3 yaşlı C.Vahabov 5 metr hündürlükdən yıxılaraq ölüb. Məlumata görə, uşaq pilləkənlə qonşu evin ikinci mərtəbəsində yerləşən açıq balkona çıxıb və burada o, müvazinətini itirərək yerə yıxılıb. Xəsarət alan uşaq təcili olaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
DƏHŞƏT: 31 yaşlı qadını əri qətlə yetirdi
Ucarda 31 yaşlı qadını həyat yoldaşı bıçaqlayıb. Daxili İşlər Nairliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Bakuinfo.net-ə verilən məlumata görə, bu gün saat 15 radələrində Ucar rayonu, Qazyan kənd sakini Rəvanə İsmayılovaya kəsici alətlə xəsarətlər yetirilməsi nəticəsində ölməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törədən R.İsmayılovanın həyat yoldaşı, 45 yaşlı Kamil Qarayev saxlanılıb.
Dəhşətli hadisə baş verdi - 45 yaşlı kişini...
Sumqayıtda 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb. Bakuinfo.net APA-ya istinadən bildirir ki, hadisə Yaşıldərə adlanan yaşayış massivində baş verib. Mehman Həsən oğlu Həsənov öz evində elektrilə bağlı iş gördüyü zaman onu cərəyanı vuraraq öldürüb.