Bakıda məşhur ticarət mərkəzində dəhşətli yanğın başladı
Bakı şəhərinin Qaradağ rayonunda “Abşeron” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 130 m² olan taxta sexinin içərisində sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, 1 ədəd kondisioner və 30 m² sahədə taxta materialları yanıb. Fövqəladə Hallar Nazirliyindən Bakuinfo.net-ə verilən xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı-Sumqayıt yolunda AĞIR QƏZA - Ölənlər var + FOTO
Bakı-Sumqaqyıt yolunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub. Bakuinfo.net xəbər verir ki, Bakı istiqamətində hərəkət edən “Mercedes” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildəki sərnişinlərdən ikisi ölüb.(Report)
Zaqatalada satıcı qız məktub yazıb siçan dərmanı içdi
Zaqatalada bir qadın geyimləri mağazasında intihara cəhd hadisəsi baş verib. Bakuinfo.net xəbər verir ki, bu gün şəhər ərazisindəki mağazalardan birində, 20 yaşlı Hürü Şahmir qızı Xalbayeva siçan dərmanı içərək intihar etməyə cəhd edib. Hürü Xalbayeva, rayonun Danaçı kəndindən olan bir gəncdir və həmin mağazada satıcı işləyir. Hadisədən sonra gənc qız dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb və onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Məlumata görə, Hürü Xalbayeva intihar
Bakıda avtomobil piyada keçidinə düşüb
Bakıda avtomobil piyada keçidinə düşüb. Bakuinfo.net xəbər verir ki, hadisə Biləcəri-Lökbatan yolunda olub. Belə ki, minik avtomobili idarəetməni itirərək yeraltı piyada keçidinə düşüb. Sürücünün xəsarət aldığı bildirilir.
“Kürd Amo” ÖLDÜRÜLDÜ - FOTO
Goranboyda 40 yaşlı piyada avtomobilin altında qalaraq vəfat edib. Bakuinfo.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Veyisli kəndində qeydə alınıb. "Ford Fusion" markalı minik maşını ilə hərəkətdə olan Tarzan Şamilov həmkəndlisi Əhməd Ərəbovu vurub. Ağır xəsarət alan Ə.Ərəbov xəstəxanada ölüb. Əldə etdiyimiz ilkin məlumata görə, mərhum Əhməd Ərəbov kənddə "Kürd Amo" kimi tanınıb. O, 3 il əvvəl külli miqdarda qanunsuz narkotik dövriyyəsinə görə 3 il müddətinə
Bakıda ağır qəza baş verib - Ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb. Məlumata əsasən, Kamal Cəlilovun idarə etdiyi "Hyundai HD 120" markalı yük avtomobili Fərrux Fəttayevin idarə etdiyi mopedlə toqquşub. Nəticədə ağır xəsarət alan moped sürücüsü xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bakuinfo.net xəbər verir ki, hadisə Şamaxının Məlikçobanlı kəndində qeydə alınıb. İlkin məlumata görə, toy mərasimində iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına aparılıb. On nəfərə yaxın sakin təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb, qalanları isə özləri xəstəxanaya gedib. Hazırda zəhərlənənlərin vəziyyəti normallaşıb. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Bandotdel əməliyyat keçirdi: Saxlanılanlar var
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib. Daxili İşlər Nazirliyindən Bakuinfo.net-ə verilən məlumata görə, tədbirlər zamanı əməliyyat yolu ilə saxlanılan 8 nəfərdən 5 avtomat, 2 tapança, 1 lüləsi-qundağı kəsilmiş “Toz-8” tüfəngi və 170 ədəd patron aşkarlanıb. İdarə
Ağır yol qəzası baş verdi: bir ailənin 2 üzvü...
Qaxda minik avtomobilləri toqquşub, ikisi bir ailənin üzvü olmaqla üç nəfər xəsarət alıb. Bakuinfo.net-in APA-ya istinadən məlumatına görə, hadisə günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qax şəhər sakini 1975-ci il təvəllüdlü Eldəniz Allahverdi oğlu Paşayevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ruslan Natiq oğlu Ələsgərovun idarə
Kürdəmirdə ağır qəza baş verdi: Ölən var
Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" məlumatına görə, hadisə Ağsu-Kürdəmir yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü Şəmkir rayon sakini Şükran Rəvan oğlu Əhmədovun idarə etdiyi "Chevrolet" markalı avtomobil həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən Kürdəmir rayon Çıxımlı kənd sakini, 1952-ci il təvəllüdlü Əhmədağa Əlövsət oğlu İbrahimovu vurub. Yaralı dərhal Kürdəmir