Hadisə

Bakıda üç nəfər dənizdə batdı: İkisi qardaşdır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə 3 nəfərin batması barədə ilkin məlumat daxil olub. FHN-dən Bakuinfo.net-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda batdığı ehtimal olunan şəxslərin, 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlu,

11:41, 12 iyul Hadisə

Bugün Vəfat edən hərbçimizin fotosu

Bu gün vəfat edən 21 yaşlı hərbçi Xanlar Əhmədov əslən Sabirabad rayonunun Qalaqayın kəndindəndir. Oxu.Az xəbər verir ki, o, doğulduğu kənddə torpağa tapşırılacaq. Xanlar Əhmədovun fotosunu təqdim edirik: İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

23:57, 11 iyul Hadisə

Ağır xəstəliyə tutulan qazi vəfat etdi

Kəskin lemfoblast leykoz xəstəliyindən əziyyət çəkən keçmiş hərbçi, Tovuz rayon Vahidli kənd sakini Aslanov Səxavət Tahir oğlu vəfat edib. Bu barədə "Qafqazinfo"ya onun yaxınları məlumat veriblər. Qeyd edək ki, 31 yaşlı Səxavət evli olub və üç övladı qalıb. O, Tovuz rayon Qaraqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib. "Vətən Müharibəsi İştirakçısı" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

12:30, 11 iyul Hadisə

Sumqayıtda kütləvi zəhərlənmə baş verdi

Sumqayıtda zavodda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Bakuinfo.net xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi müəyyən edilib.

11:19, 11 iyul Hadisə

Hacıqabulda ağır qəza: Ölən var

Hacıqabulda bir ailənin 3 üzvü qəzaya düşüb. APA-nın məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "KamAZ" markalı avtomobilin aşması nəticəsində Bakı sakini, 1977-ci il təvəllüdlü Samir Məmmədov hadisə yerində ölüb. Yasamal rayon sakinləri, 1954-cü il təvəllüdlü Füruzə Əsəd qızı Məmmədova və 1955-ci il təvəllüdlü Sahib Fərzəli oğlu Məmmədov xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına

10:59, 11 iyul Hadisə

Azərbaycanda məmur dünyasını dəyişdi - FOTO

Vəzifəli şəxs dünyasını dəyişib. Bakuinfo.net konkret.az-a istinadla xəbər verir ki, Qubadlı rayonu Muradxanli kəndi üzrə Rayon İcra başçısının nümayəndəsi Fazil Əsədov vəfat edib. Allah rəhmət eləsin!

17:39, 09 iyul Hadisə

Bakıda DƏHŞƏT: sənəd ala bilməyən xəstə baş həkimin otağını yandırdı

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb. Bakuinfo.net APA-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğını söndürülməyə cəhd edilir. Xəsarət alan olmadığı bildirilir, əlavə məlumat veriləcək.

14:52, 09 iyul Hadisə

Tərtərdə sürücü maşını aşırıb: Sərnişin ölüb

Tərtərdə sürücü idarəetməni itirərək maşını aşırıb. Bakuinfo.net xəbər verir ki, hadisə iyulun 7-də axşam saatlarında Ağdam-Bərdə avtomagistral yolunun Tərtər rayonu, Təzəkənd kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Elvin İlham oğlu Hüseynov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, yoldan çıxaraq avtomobili aşırıb. Nəticədə sürücü və sərnişin - Ağdam rayon sakini, 1988-ci il

11:07, 09 iyul Hadisə

Meyxanaçı Elnur Valeh vəfat etdi - FOTO

Bir neçə gün öncə komaya düşən tanınmış meyxanaçı Elnur Valeh vəfat edib. Bakuinfo.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. Qeyd edək ki, meyxanaçı 16 ildir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkir, dializ müalicəsi alırdı. Onun bir neçə gün öncə toydan çıxarkən halı pisləşib və komaya düşüb.

08:31, 09 iyul Hadisə

Bakıda DƏHŞƏT: 22 yaşlı oğlan hamamda özünü asdı

Bakıda intihar baş verib. Bakuinfo.net-in məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Rayon sakini, 22 yaşlı Məmmədbağır Kərimov yaşadığı evin hamamından özünü asıb. Onun asılmış meyitini ailə üzvləri tapıb. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

20:20, 08 iyul Hadisə

Powered by MirTech