Bakıda dəhşətli hadisə: Xərçəng xəstəsi özünü ÖLDÜRDÜ
Bakıda intihar hadisəsi baş verib. Bakuinfo.net-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Əhməd Cavad küçəsində qeydə alınıb. Orada yaşayan, 1958-ci il təvəllüdlü Vasiliy Strekalov yaşadığı evin damından özünü asıb. Onun asılmış meyitini ailəsi aşkar edib. İntiharın səbəbləri məlum deyil. Mərhumun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Təcili ! Bakıda əməliyyat keçirildi! Saxlanılanlar var..
Səbail Rayon Polis İdarəsinə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər barədə əməliyyat məlumatları daxil olub. Bakuinfo.net-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Rəşad Şahbazov, 1992-ci il təvəllüdlü Ramik Babayev, sonuncunun tanışı 1993-cü il təvəllüdlü Taleh Məmmədyarlı, 2001-ci il təvəllüdlü
Şəkidə ağır qəza baş verdi: Ölən var
Şəki rayonu ölümlə nəticələnən qəza olub. Bakuinfo.net xəbər verir ki, rayonun Cəfərabad kəndi ərazisində qeydə alınıb. İbrahimov Əliəskər idarə etdiyi "Vaz 2107" markalı avtomobili yolun kənarında olan işıq dirəyinə çırpıb. Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin İbrahimova Mehriban isə aldığı xəsarətlərdən Şəki Raron Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı cinayət işi açılıb.
Təcili ! Türkiyə İraqda əməliyyat keçirdi! 6 Terrorçu zərərsizləşdirildi..
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində yeni əməliyyat keçirib. Bakuinfo.net xəbər verir ki, bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyindən açıqlanıb. Qeyd olunub ki, əməliyyat nəticəsində altı terrorçu öldürülüb. “Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz dəmir yumruğu terrorçuların üzərinə endirməyə davam edir. Bölgədə bircə terrorçu da qalmayanadək əməliyyatlarımız qətiyyətlə davam edəcək”, - paylaşımda bildirilib.
SON DƏQİQƏ! Piyadanı öldürüb hadisə yerindən QAÇDI
Bakıda piyadanı vurub öldürən sürücü qaçıb. Bakuinfo.net-in xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsində ərazisində qeydə alınıb. Sadiq Abdullayev "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada Çimnaz Məmmədovanı vurub. Piyada hadisə yerindəcə həyatını itirib. Sürücü Sadiq Abdullayev isə hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb.
Bakıda dəhşətli hadisə: qadın özünü 12-ci mərtəbədən atdı
Bakıda intihar hadisəsi baş verib. Bakuinfo.net-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsindəki binalardan birində qeydə alınıb. 1994-cü il təvəllüdlü Zenfira Həmidova 12-ci mərtəbədən özünü ataraq öldürüb. Onun intihat etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
SON DƏQİQƏ! Bakıda ağır qəza baş verdi: ÖLƏN VAR
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Bakuinfo.net-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, Salmanov Ramiz Çingiz oğlu etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, 10-GK-901 dövlət qeydiyyat nişanlı avtomaşınla səki ilə piyada hərəkət edən, 1962-ci il təvəllüdlü Muradov Əhməd Arif oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Təcili ! Bu ölkədə TEROR xəbərdarlığı sarı həddə QALDIRILIR!
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının zirvə toplantısı ilə bağlı Qazaxıstanda, xüsusilə paytaxt Astanada həmçinin Almatı, Karaqandı və Kökşetau şəhərlərində terror təhlükəsinin “sarı” həddə çatdırılacağı bildirilib. Bakuinfo.net xəbər verir ki, Qazaxıstan Terrorla Mübarizə Baş Qərargahından verilən yazılı açıqlamada 2-4 iyul tarixlərində ŞƏT Dövlət Başçıları Şurasının 24-cü Zirvə Toplantısı üçün bir çox ölkədən yüksək səviyyəli nümayəndə heyətinin paytaxt
Bakıda SİLAHLI İNSİDENT: Gənc oğlanı küçədə güllələdilər
Bakıda gənc oğlanı güllələyən tutuldu. DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, Nərimanov rayonunda bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Əlavə məlumat veriləcəkdir. *** Bakıda güllələnmə hadisəsi baş verib. Lent.az xəbər verir ki, hadisə bir az əvvəl paytaxtın Nərimanov rayonunda, "Metro Park"ın qarşısında qeydə alınıb. Gənc oğlan küçənin ortasında güllələnərək öldürülüb. Hadisənin motivi məlum deyil. Hazırda hadisə
Ağcabədidə yol qəzası olub, ölən var - FOTO
Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakuinfo.net apa-ya istinadən xəbər verir ki, Hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Vaz” markalı minik avtomobili ilə traktor toqquşub. Nəticədə minik avtomobilində olan qadın sərnişin hadisə zamanı həyatını itirib. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və yaralanan şəxslərin şəxsiyyəti müəyyən