Zaqatalada 14 yaşlı məktəblini maşın vurdu
Zaqatalada 14 yaşlı oğlanı maşın vurub. Bakuinfo.net xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində baş verib. 2010-cu il təvəllüdlü Əkbər Ülvi oğlu Alxasov minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ü. Alxasov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsinə yerləşdirilib. Ü. Alxasovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki,
Tərtərdə 18 yaşlı gənc dayısı tərəfindən güllələnib
İyunun 23-də saat 05 radələrində Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Süleymanlı Eltac Bəylər oğlunun ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakuinfo.net-ə verilən məlumata görə, araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı 1988-cu il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu saxlanılıb. Araşdırma aparılır.
Genişmiqyaslı ANTİ-TERROR ƏMƏLİYYATINA BAŞLANILDI!
Pakistanın Baş naziri Şahbaz Şərif yeni genişmiqyaslı antiterror kampaniyasını təsdiqləyib. Bakuinfo.net xəbər verir ki, bu barədə Pakistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, iyunun 22-də 2014-cü ildən ölkədə antiterror siyasətini əlaqələndirən orqan olan Milli Fəaliyyət Planının icrası üzrə mərkəzi ali komitənin iclası keçirilib. Baş nazirin sədrliyi ilə keçirilən iclasda əsas nazirlər, eləcə də terror problemindən ən çox zərər çəkən regionların rəhbərləri iştirak edib.
Türkiyədə güclü ZƏLZƏLƏ OLDU !
Türkiyənin Malatya vilayətində ölkənin şərqində 4,0 bal gücündə zəlzələ qeydə alınıb. Bakuinfo.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 21:29-da Doğanşehir rayonunda qeydə alınıb. Zəlzələnin ocağının dərinliyi 10,96 kilometr olub.
Ağtafada kütləvi zəhərlənmə qeydə alınıb
Ağstafada zəhərlənmə faktı qeydə alınıb. Bakuinfo.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonda yerləşən şadlıq sarayların birində qeydə alınıb. Belə ki, şadlıq sarayında keçirlilən toy məclisində iştirak edən 7 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bakıda KURYOZ HADİSƏ: marketdən 200 manatlıq şokolad oğurladı
Bakıda marketdən 200 manatlıq şokolad oğurlanıb. Bakuinfo.net xəbər verir ki, hadisə Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən marketlərdən birində qeydə alınıb. Naməlum şəxs marketdən 200 manat dəyərində şokolad oğurlayıb. Hadisəni törədən Bakı şəhər sakini Tofiq Cəfərov saxlanılıb.
Bakıda 44 yaşlı kişi FACİƏLİ şəkldə öldü
Sabunçu rayonunda bədbəxt hasdisə baş verib. Bakuinfo.net-in məlumatına görə, Balaxanı qəsəbəsində 44 yaşlı Bayramov Qulu Təvəkkül oğlu Bayramovu küçədə elektrik cərəyanı vuraraq öldürüb. Hadisənin onun transformatorda iş gördüyü zaman baş verdiyi bildirilir.
Sumqayıtda FACİƏ: Özünü çardaqda asdı
Sumqayıtda intihar hadisəsi baş verib. Bakuinfo.net xəbər verir ki, şəhər sakini Şahin Məmmədov yaşadığı evin çardağında özünü asıb. Onun meyitini ailə üzvləri aşkar edib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Müğənnini döyüb zorlayan azərbaycanlı 17 il sonra tutuldu
Krasnoyarsk diyarında azərbaycanlıya qarşı başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Həmin şəxs qadına təcavüz edib və 17 il hüquq-mühafizə orqanlarından gizlənib. Bakuinfo.net-in xarici mediaya istinadən məlumatına görə, cinayətin qurbanı müğənni işləyən Norilsk sakini olub. 2006-cı il noyabrın 25-də səhər tezdən yerli kafedə çıxışdan sonra 33 yaşlı şimallıya qonaqlardan biri, əslən azərbaycanlı tərəfindən evə getməyi təklif ediblər. Vətəndaş razılaşaraq maşına minib. Yolda sürücü deyib
Abşeronda XÜSUSİ ƏMƏLİYYAT: 60-dan çox odlu silah aşkarlandı
Abşeron Rayon Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, vətəndaşlarla aparılan profilaktik söhbətlərin nəticəsi olaraq 11-i "Kalaşnikov" avtomatı, 3-ü tapança və 50-si ov tüfəngi olmaqla qanunsuz saxlanılan ümumilikdə 64 odlu silah, 33 əl qumbarası və müxtəlif çaplı patronlar polisə könüllü təhvil verilib. Narkotiklərin