Hadisə

Azərbaycanda törədilən ən dəhşətli 11 qətl - SİYAHI

Bu yazıda, son illərdə Azərbaycanda baş vermiş bir sıra dəhşətli qətl hadisələri təsvir olunur. Hər biri fərqli səbəblərlə törədilən bu cinayətlər cəmiyyətdə böyük rezonans doğurmuş və ciddi müzakirələrə səbəb olmuşdur. 1. Hacı Məmmədovun Qətliamları 2000-ci illərin əvvəllərində Azərbaycanın ən dəhşətli cinayətkarlarından biri olan Hacı Məmmədovun başçılıq etdiyi qrup bir sıra adam oğurluğu və qətllər törədib. 2005-ci ildə Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı olan Hacı Məmmədovun

19:26, 18 iyun Hadisə

Kürdəmirdə maşın aşdı, 3 nəfər öldü

Kürdəmirdə avtomobil aşıb. Bakuinfo.net xəbər verir ki, hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. İlkin məlumata görə, hadisə nəticəsində avtomobildə olan 3 nəfər Cəyli kənd sakinləri hadisə yerində ölüb. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır.

19:03, 18 iyun Hadisə

Ödənişli yolda AĞIR QƏZA: 6 nəfər yaralandı

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakuinfo.net APA-ya istinadla xəbər verir ki, "Toyota" markalı minik avtomobilinin aşması nəticəsində 6 nəfər xəsarət alıb. Hadisə zamanı nəqliyyat vasitəsində olan paytaxt sakinləri - Aygün Qurbanova, Aydan Qurbanlı, Aylin Qurbanlı, Aytac Əlixanova, Ayan Əlixanlı və Namiq Əlixanlı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya

18:21, 18 iyun Hadisə

Bakıda məşhur hotelin qarşısında YANĞIN - FOTOLAR

Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Excelsior” otelin qarşısıda mirkoavtobusda yanğın baş verib. Bakuinfo.net xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən qısamüddətli məhdudiyyət aradan qaldırılıb.

15:29, 18 iyun Hadisə

Oğuzda ağır yol qəzası baş verib

Oğuzda yol nəqliyyat hadisəsi baş verib. Bakuinfo.net xəbər verir ki, bugün günorta saatlarında Qaraməryəm İsmayıllı Şəki yolunun 112 ci kilometrliyində Oğuz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. VAZ 2107 markalı avtomobil Mercedes panorama markalı avtomobillə toqquşub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Hadisə yerinə dərhal Oğuz rayon yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

14:21, 18 iyun Hadisə

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Kürdəmirin Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb. İmişli rayon sakini 1976-cı il təvəllüdlü Elşən Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə “Kamaz” markalı yük maşını toqquşub. Nəticədə “VAZ-2107”-nin sürücüsü E. Qasımov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

09:10, 18 iyun Hadisə

Ağsuda qəza baş verib, 3 nəfər yaralanıb

Ağsuda avtomobil qəzası baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində üçün nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hadisə nəticəsində Ərəbsağı kənd sakini 1975-ci il təvəllüdlü Yolçusuyev Elsevər Ağamalı oğlu və başqa iki nəfər xəsarət alıblar. Hazırda vəziyyətlərinin birinin vəziyyəti orta ağır digərləri isə normaldır. Faktla bağlı araşdırma aparılır.

21:28, 17 iyun Hadisə

Çoban yükün altında qalaraq öldü

Zərdab rayonunda bədbəxt hadisə baş verib. Bakuinfo.net xəbər verir ki, rayonun Qoşaoba kəndinin ərazisində H.Həsənovaya məxsus fermada çoban kimi işləyən 45 yaşlı Ceyhun Abdulkərimov aldığı xəsarətlərdən ölüb. Belə ki, Ağdaş rayon sakini İ.İbrahimov “Kamaz” markalı yük maşını ilə hərəkət edərkən yük yerində olan inşaat materialları çoban Kotanarx kənd sakini C.Abdulkərimovun üzərinə aşıb. Xəstəxanaya yerləşdirilmiş C.Abdulkərimov tibbi yardıma baxmayaraq vəfat edib. Faktla bağlı araşdırmalar

19:39, 17 iyun Hadisə

Şəmkirdə DƏHŞƏT: tilov balıqçının ürəyini deşdi

Şəmkirdə balıqçı faciəvi şəkildə ölüb. Bakuinfo.net məlumatına görə, hadisə Kür qəsəbəsinin ərazisində yerləşən Yenikənd Su Elektrik Stansiyasında baş verib. Gəncə şəhər sakini 43 yaşlı Orxan Eldar oğlu Mamayev balıq ovlayan zaman ehtiyatsızlıqdan yıxılıb. Bu zaman bədbəxtlikdən onun əlində tilovun qarmaq hissəsi ürəyinə batıb. Nəticədə O. Mamayev yerindəcə keçinib.

19:30, 17 iyun Hadisə

Azərbaycanda AĞIR QƏZA - Ölən və xəsarət alanlar var

Xaçmaz rayonunun Niyazoba kəndində bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakuinfo.net məlumatına görə, “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb. Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Xaçmaz rayon sakini Əhmədov Qabil Əzizağa oğlu hadisə yerindəcə ölüb. Avtomobildə olan digər sərnişinlər Xaçmaz rayon sakinləri - 1957-ci il təvəllüdlü Əhmədov Əkrəm, 1959-cu il təvəllüdlü

16:43, 17 iyun Hadisə

Powered by MirTech