Oğlu qucağında maşın sürdü: Övladı öldü, özünün vəziyyəti ağırdır
Bakıda həyətində azyaşlı övladı qucağında avtomobil idarə edən sürücü qəza törədib. "Bakuinfo" xəbər verir ki, hadisə ötən gün paytaxtın Zabrat qəsəbəsində baş verib. Məlumata görə, qəsəbə sakini 1992-ci il təvəllüdlü Tural Süleymanov qucağında 2018-ci il təvəllüdlü oğlu ilə BMV markalı avtomobili idarə edərkən, uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib. U.Süleymanlı hadisə yerində ölüb, T.Süleymanov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı
ANAMA-nın əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ekskavator operatoru xidməti vəzifəsini yerinə yetirərkən oktyabrın 20-də Xocavənd rayonunun Tağaverd kəndi ərazisində minaya düşüb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Report"a ANAMA-dan məlumat verilib. Bildirilib ki, piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinovdur. O, hadisə yerindən təxliyə edilərək Xocavənd Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Zaqatalada avtoqəza: Üç nəfər xəsarət aldı, biri azyaşlıdır
Zaqatalada avtomobil qəzasında 3 nəfər xəsarət alıb. "Bakuinfo" xəbər verir ki, dünən saat 12 radələrində Zaqatala şəhəri ərazisində 30 yaşlı Rəsul Corovun idarə etdiyi “Opel” və 45 yaşlı Vüsal İsayevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər iki sürücü və “VAZ”da olan sərnişin, 4 yaşlı azyaşlı xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. (Lent.az)
Azərbaycanda dəhşətli hadisə: Gəlin qaynatasından uşaq dünyaya gətirdi - Həqiqət yeddi il sonra üzə çıxdı
Azərbaycanda işə düzəlmək istəyən 35 yaşlı kişi dəhşətli faktla üzləşib. "Bakuinfo" qafqazinfo-ya istinadla xəbər verir ki, beynəlxalq şirkətlərdən birinə işə düzələn Ramin Həsənov (ad-soyadlar şərti) tibbi müayinə zamanı həyatını dəyişəcək həqiqəti öyrənib. Paytaxt sakini 8 il əvvəl ailə qurub, həmin nikahdan 7 yaşlı oğlu olduğunu düşünüb. İki il əvvəl isə ər-arvad arasındakı nikah pozulub. Həmin vaxtdan bəri Ramin məhkəmə qərarına uyğun olaraq uşağı üçün müntəzəm olaraq aliment
İki avtobusun toqquşması nəticəsində xəsarət alanların SON DURUMU
Bakı şəhəri, Binəqədi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. "Oktyabrın 17-si saat 06:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Mehdiabad, Balaxanı yolu ərazisindən yol-nəqliyyat hadisəsi ( iki avtobusun toqquşması) səbəbilə çağırış daxil olub. Dərhal təcili tibbi yardım
Bakıda iki avtobus toqquşdu: Sürücü xilas edilidi - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Balaxanı şosesində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. "Bakuinfo" xəbər verir ki, bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən
Yoldaşını öldürən Səbuhinin meyiti tapıldı
Xəbər verdiyimiz kimi, Səbuhi Hacızadə bu gün Tovuzda həyat yoldaşı Mətanət Hacızadəni qətlə yetirdiyi haqda paylaşım edib daha sonra yoxa çıxmışdı. "Bakuinfo" 32 yaşlı Səbuhi Hacızadənin meyiti rayonun Əyyublu kəndi ərazisindəki ağacdan asılı halda tapılıb. Qeyd edək ki, Səbuhi Hacızadə Monteneqroda işləyirmiş. O, 4 ay imiş ki, həmin ölkədə çalışırmış və dünən Azərbaycana qayıdıb. Məlumata görə, cütlüyün 3 övladı var.
Almaniyadan gəldi, arvadını qətlə yetirdi.. - Foto
Tovuz rayonunda qətl hadisəsi baş verib. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib. Kənd sakini 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə 1996-cı il təvəllüdlü həyat yoldaşı Mətanət Hacızadəni bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin axtarışları Tovuz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən davam edir. Qətlin bəzi təfərrüatları da məlum olub.
Bakıda insident: İki nəfər güllələndi
Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib. "Bakuinfo" Bakupost.az-a istinadla xəbər verir ki, bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfəri güllələyiblər. 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Hadisənin motivləri və təfərrüatı araşdırılır.
Bakıda evdə PARTLAYIŞ: yaralılar var
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. "Bakuinfo" xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayışın baş verdiyi